Страница 2 из 2 · 50%

– Saçlarımın ağlığına baxırsan? — deyə soruşdu. Elməddin nitqi batmış kimi başını yavaş-yavaş tərpətdikdə Əfsanə eyni mükəddər ahənglə: — Hə, — dedi, — ağarır saçlarım, Elmi!

– Sənin nə yaşın var ki, saçların ağarmağa başlayıb — nəhayət Elməddin dilləndi və sanki buna bənd imiş kimi, Əfsanənin iki-üç saniyə bundan qabaq tamam ağarmış təki görünən saçları yenə əvvəlki halına düşdü və Elməddin azca rahatlandı, sonra əlavə elədi:

– Zəmanənin üzü qara olsun, Əfsanə!

– Hə... Bir az zəmanə ağartdı, bir az da...

– Bir az da... — O susub Əfsanəyə günahkar kimi baxdı.

– Bir az da... bir vəfasız vardı bu dünyada, bir az da... o ağartdı, Elmi. — Elməddin Əfsanənin bu sözlərindən tutuldu, nitqi yenə batdı, içinin hərarəti dodaqlarını qurudub bir-birinə yapışdırdı. Aydın idi: Əfsanə onu vəfasızlıqda təqsirləndirirdi, etibarsız sayırdı onu. Elməddin üçün bundan böyük mənəvi cəza ola bilməzdi. Biləyi sındırılanda hiss elədiyi ağrı bu ağrının yanında bir anda unuduldu, heç oldu. Çünki bu zərbə onun ürəyinin başına dəymişdi — ona görə belə bərk incitdi Elməddini. Və yalnız indi başa düşdü ki, Əfsanəyə necə böyük zülm eləyib, ürəksiz olub, aciz olub, lap vicdansız olub! Gör quzu kimi sakit, həlim, hər haqsızlıqa susub dözən Əfsanə nələr çəkib ki, indi bu sözləri Elməddinə söyləməyə özündə cəsarət tapır? Hər şeyin bir həddi-hüdudu olduğu kimi, dözümün də, səbrin də həddi olmalıdı — o həddi keçəndən sonra daha insan heç nədən qorxmur, çəkinmir, utanmır, çünki daha itirəcəyi bir qiymətli şey yoxdu ki, onun üstündə əssin, onun xatirinə sussun. Əfsanə yazıq adam olub, dilsiz-ağızsız adam olub — amma indi Elməddinə vəfasız deyir! Haqqı yoxdumu? Var, var! Düz deyir Əfsanə! Elməddin ancaq öz ürəyinin səsini dinləyib onun taleyi barədə hökm çıxaranda, özünün düşündüyü kimi hərəkət eləyib və bunu yeganə düzgün yol sayıb! Əfsanənin ürəyinin sözünü, istəyini, fəryadını eşitməyib, eşitməyi bacarmayıb, daş olub, kar olub, duyğusuz olub! Amma Əfsanə onu necə istəyirmiş, aman allah? Necə mərd imiş, necə namuslu imiş. O, ümidə, işığa doğru uzanan əllərini — yeganə pənahgahı Elməddinə çatdırmaq üçün nələrə dözməyib, aman allah. Neçə il ona doğru qaçıb, yıxılıbsa da, yorulubsa da, qalxıb yenə ona tərəf yüyürüb; nəfəsi, taqəti çatdıqca yüyürüb, yüyürmək imkanı olmayanda da sürünüb, dizin-dizin sürünüb.

Bütün bunları Elməddin sanki indi başa düşdü, indi duydu, cavab vermək, izah eləmək istədi, ancaq gördü ki, yalnız bu anlarda dərk elədiyi həqiqətləri ifadə eləyəcək söz tapmaqda aciz qalacaq, bəlkə də heç o hissləri, o peşmançılığı, o yanlış düşüncələri çatdıra biləcək söz yoxdu yer üzündə?!

Əfsanə onun ağarmış üzünə, dolub dumanlanmış gözlərinə baxa-baxa hiss elədi ki, illərdən bəri qəlbini didib-parçalayan, ona gecə də, gündüz də rahatlıq verməyən təklikdə, dəli kimi öz-özünə danışanda çox söylədiyi bu acı sözü — nəhayət bu gün, bax elə indicə istəməyə-istəməyə Elməddinə söylədi və o sözü deyəndən sonra sanki ürəyi boşaldı, ruhu çırpıntıların əlindən xilas olub rahatlıq tapdı. Və eyni zamanda bunu da başa düşdü ki, o söz Elməddini öldürdü — diri gözlü öldürdü. Peşman oldu dərhal. Aradakı gərginliyi azaltmaq üçün kədərlə:

– Bağışla, Elmi!.. — dedi. — Bir söz idi, ağzımdan çıxdı. Hər şey kimi onu da unut getsin...

—…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, birinci fəsil

Payız günəşi daranmış qara yuna bənzəyən buludlar arasında gizləndi. Havadan yağış qoxusu gəlməyə başladı. Yağacaqdı. Bu gün elə bir gün idi ki, səmanın sinəsi göz qamaşdıran qılıncla yarılmalı, göylər hönkürtü ilə ağlamalı idi. Çünki göylər vurğunu Əqdəmin səma kimi təmiz, saf ürəyi yaralanmış, bircə anın içində uzun illər boyu qəlbində əmin-amanlıqla yaşayan səadəti qəfil bombardmandan uçulub xarabazara dönən şəhər kimi korun-korun tüstülənməyə başlamışdı. Adicə bir təsadüfün sükuta qərq olmuş ölülər dünyasına gətirib çıxartdığı təyyarəçi ləngərli addımlarla qəbirlər arasında gözdən itəndən az sonra halsız-hərəkətsiz, heykəl sayağı dayanıb qızarmış gözlərini Orxanın başdaşına həkk olunmuş gülümsər şəklindən çəkməyən Gülmirə harda olduğunu xatırlamağa çalışan adam təki yan-yörəsinə baxındı. Bura haçan və niyə gəlmişdi? Bu günmü, dünənmi? Bir qərinə əvvəlmi? Orxan nə zaman ölmüşdü, niyə ölmüşdü?Yox, hələ o, anlaşılmazlıq aləmindən ayrılmamışdı. Zaman məfhumu, səbəblər, suallar anlayışı bu dəqiqə Gülmirə üçün öz hökmünü itirmişdi. hər şey ona ilğım dənizində olduğu kimi gah aydın, gah da uzaq, əlçatmaz, xəyali görünürdü.

5 мин
Üçüncü hissə, ikinci fəsil

Qırmızı qapı aralı idi. Bunu görən kimi Gülmirənin beynində soyuq bir fikir dolaşıb tüklərini ürpəşdirdi: «Əqdəm evdədir!» Əzgin, yorğun, taqətsiz addımlarla içəri girdi. Onun bu dəqiqə yeganə bir istəyi vardı: özünü çarpayısına yetirsin, paltarlı uzanıb azca rahatlansın, toxtasın, əsəblərinii gərginliyi azalsın. Bu vəziyyətdə onun ayaq üstə dayanmağa da taqəti yoxdu.Gülmirə ürkək nəzərlərlə otağa göz gəzdirdi; Əqdəm yox idi. Rahat nəfəs alan kimi oldu. Bu ara mizin üstündəki külqabıdan burula-burula yuxarı qalxan tüstü diqtətini cəlb elədi: Qapı açıq idi. Papiros tüstülənirdi. — Bütün bunlar göstərirdi ki, Əqdəm evə gəlib. Bəs hanı? Gülmirə ağzını doldurub Əqdəmi səsləmək istədi, ancaq səsi çıxmadı.

3 мин
Üçüncü hissə, üçüncü fəsil

Nadirə yataq otağında, taxta çarpayıların arasında qoyulmuş bədənnüma güzgüdə özünə baxanda onsuz da qüssəli olan ürəyində həlim, yumşaq bir nisgil baş qaldırdı. Gödək vurulmuş saçlarına daraq çəkəndə gözünə dəyən təkəm-seyrək ağ tüklər qübar olub sinəsini yandırdı. Sınıxdığını, həmişə qızartılı, təravətli olan yanaqlarının solğunlaşdığını, qara, işıqlı gözlərinin yanında qırışlar əmələ gəldiyini elə bil, birinci dəfə görürdü — bunlar yəni əvvəldən belə idi, ya bu axır vaxtlar bu cür olmuşdu? Bu suala indi o, cavab verə bilməzdi. Çünki insan birdən-birə qocalmır, hiss edilmədən qocalır. «Adam birdən-birə qocalsaydı, bu dərdin ağırlığına ürək tab edə bilməzdi», deyə ürəyindən keçirən Nadirə üzündə, gözlərində, ağ pambıq kimi yumşaq buxağında, qədd-qamətində, saçlarında yaşayan cavanlıq nişanələrini görüb ürəyində alışan ümid, təsəlli qığılcımlarının oduna isinən kimi oldu. Amma bu hiss o qədər yüngül və ötəri idi ki, tez keçib getdi. Yox, bunu Nadirə bəlkə də özü tam aydınlığı və dərinliyi ilə hiss eləmirdi, amma, həqiqətən, o, son vaxtlar qocalmışdı, daxilən, mənən qocalmış, daha doğrusu, qocalığın ilk zərbələrini dadmışdı. Son aylar ərzində baş vermiş hadisələr məgər əsər-əlamətsiz keçən, özündən sonra bir iz qoyub getməyən hadisələr idi? Sevimlisi, gözünün ağı-qarası Ceyhun qəzaya düşmüşdü,— şəkilli-şəmayilli oğlanın üzündəki çapıq ox olub Nadirənin gözünə girir, ürəyini deşib keçirdi. Elə bil, ağ, təmiz bir kağızın üstünə ləkə düşmüşdü — silinməz, pozulmaz ləkə. Nadirə canını verərdi, ömrünün illərini verərdi, təki o çapıq, o ləkə silinə biləydi, izi-tozu belə qalmayaydı. Ancaq bu mümkün idimi? Afa — Ceyhunla birlikdə qəzaya uğramış o yeniyetmə, gözəl qız da şikəst olmuşdu, yeriyəndə qıçını çəkirdi. Bu yaxınlarda Nadirə onu atasının yanında qıçını çəkə-çəkə yeridiyini görəndə heç də az əzab çəkməmişdi.Sonra Salmanla aralarında olan elmi ixtilaf, fikir ayrılığı! Kaş, Salman başa düşə biləydi ki, bu fikir ayrılığının onların ailə həyatına heç dəxli yoxdur, o öz ərini sevir, hörmət eləyir, ancaq səhvlərini də göstərməyi unutmur. Burda nə qəbahət iş var? Bəlkə də Salmanın yerinə ayrı bir alim olsaydı, bununla fəxr edər, arvadının tənqidindən, məsləhətlərindən qaralıb darılmazdı. Ya, məsələn, Salman onun, Nadirənin nöqsanlarını üzünə desəydi, mətbuatda tənqid eləsəydi, nə olardı? Nadirənin acığınamı gələrdi? O bu sualla ürəyinin dərinliklərinə baş vurur: «Yox, inciməzdim!» cavabını alıb rahatlanırdı. Amma Salman... Kaş Salman başa düşəydi. Salmanın Sədəfgildən ayaq kəsməsi, Müseyibin çəkilib yad adam kimi bir qıraqda durması da onu az incitmirdi. «Bizi bir-birimizdən ayırıb uzaqlaşdıran nədir, görəsən? Niyə yad olub gedirik?— deyə öz-özünə soruşur, qəti, aydın bir qənaətə gələ bilmirdi.— Şöhrətmi? Var-dövlətmi?» Kitablar yazıb dərin elmi məsələlər qaldıran, çətin, dolaşıq suallara cavab verən Nadirə həyatın bu sadə sualı qarşısında aciz qalmışdı.

8 мин
Üçüncü hissə, dördüncü fəsil

Neçə gün idi ki, Gülmirənin ürəyi gizildəyirdi: bu müddət ərzində bütün olub-keçənlər, tələsik fırlanan lent yazısı kimi gözlərinin önündən keçir, anlar, dəqiqələr ötdükcə son nöqtənin — hər şeyə xitam verən nöqtənin yaxınlaşdığını duyur və dəli olmaq dərəcəsinə gəlir, inləyirdi. Təəssüf ki, onu heç kəs eşitmirdi, hətta divarın o tayında yaşayan Maşa xala da, bir küçə o yanda olan Xatın arvad da onun ürəyindən xəbərsiz idi. Gülmirə həmişə Əqdəmin təyyarəsində uçmuşdu. İndi isə o həmin yüksəklikdən böyük sürətlə başıaşağı gəlirdi. Onu Əqdəm öz yanından, öz təyyarəsinin kabinəsindən itələmiş, rəhmsizcəsinə itələmişdi və nəhayət, onun məhvinə qərar vermişdi. Niyə? O, vəfasız idi! Əqdəmin təmiz, uçduğu göylər kimi saf olan məhəbbətinə özgə nəfəsinin toxunmasına icazə vermişdi. Əqdəmin o böhranlı dəqiqələrdə yazdığı sözlər Gülmirənin qətlinə fərman kimi səslənirdi. «Hər şey bitdi», deyə gecələr səhərəcən yerində çalıxıbçapalayan, fikir-düşüncə əlində əsir-yesir olan Gülmirə bu dəqiqə qələm-kağızdan, elmi işdən elə qorxurdu ki, bir də miz arxasında oturacağını, zəif də olsa, bir şey qaralayacağını ağlına belə gətirə bilmirdi. Yox, daha bəsdi, daha kifayətdi! Özünü də aldatdı, başqalarını da! Hələ Cəfərii halalca kəşfini vicdan ağrısı çəkmədən öz adına çap etdirdiyini yadına saldıqca tükləri ürpəşirdi: «Salman Qurbanzadə, görəsən, niyə belə etdi?»Həmin məşum günün səhəri Gülmirə özünü əzgin hesab etdiyi üçün işə getmədi, katibəyə zəng vurub, xəstə olduğunu xəbər verdi. İndi dördüncü gün idi ki, işə çıxmırdı. Xatın arvad yamanca əl-ayağa düşmüşdü. Qızının ürəyindən, başına gələnlərdən xəbəri olmasa da, özünü oda-közə vurub ona gah dərman verir, gah da dəsmalı isladıb alnına qoyurdu. Təbib çağırmağa qızı icazə vermirdi: «heç bir şey yoxdur,— deyirdi,— yorğunam».

8 мин

Стихи других поэтов