Üçüncü hissə, on altıncı fəsil
Страница 1 из 2
Elməddin xoruzun ilk banında qayıdıb gəlmişdi. Başı çatlayırdı, beynində dəyirman daşının uğultusuna bənzər bir səs vardı. Neçə illər tutqun bir ümidlə gözlədiyi bu qəribə görüş axşamını, tərsliyə bax ki, o, Əfsanənin yanında keçirə bilməmişdi. Çağırıb aparmışdılar, neçə saat iclasda oturmuşdu, mübahisələr olmuşdu, natiqlər kəskin, maraqlı çıxışlar eləmişdi, ancaq Elməddin, tamam başqa bir dünyadan gəlmiş adam kimi, laqeyd, küt nəzərlərlə adamlara baxmış deyilənləri dinləmiş, lakin heç nə başa düşə bilməmişdi Cismən burda otursa da, fikrən evdə, Əfsanənin, Siminin yanında olmuşdu. İndi, o gurultulu, mübahisəli məclisin qurtarmasından iyirmi-iyirmi beş dəqiqə keçsə də, Elməddindən soruşan olsaydı, bircə dənə də dəqiq şey deyə bilməzdi, hamısını qatıb-qarışdırar, baş-ayaq danışardı.
Həyətə girən kimi qəlbi sıxılmışdı — işıqlar sönmüşdü, yəqin ki, Əfsanə də, Simin də yatmışdı. Halbuki, Elməddin onların, xüsusilə Əfsanənin bu uzun ayrılıq illərindən sonra əvəzsiz bir nemət, misilsiz bir səadət kimi ələ düşmüş, şirinliyi, acılığı hələ bilinməyən bu əsrarəngiz görüş gecəsi əsla yatmayacağını, oturub Siminlə söhbət edəcəyini, onu gözləyəcəyini düşünmüşdü. Elməddinin aləmində, bu gecə yatdı yox idi, bu gecə düz səhərəcən üzbəüz oturacaq, başlarına gələn əhvalatları, olub-keçənləri — hər şeyi, hər şeyi lap birinci gündən sonuncu günəcən bir-birinə danışacaqdılar, gah sevinəcək, gah da kövrəlib susacaqdılar, bir-birinə doyunca, bu sonsuzluq kimi uzun görünən, hicran illərinin tüstü kimi acı həsrətini yox edəcək göz də, ürək də toxtayınca baxacaqdılar. Ancaq işə bax ki, itirdikləri səadətin, bəxtəvərliyin müqabilində çox kiçik görünən bu səadət də onlara nəsib olmamışdı. Elməddin qayıdıb gəlincə Əfsanə öz dərdli macərasının tarixçəsini Siminə nəql eləmiş, Simin də Elməddinin başına gələnləri ona danışmış, sonra xeyli gözləmiş, qonağın tez-tez əsnədiyini görən ev sahibəsi onun üçün kiçik otaqda yer salmış, neçə gecə Kabilin küçələrində, dalanlarda səhəri demək olar ki, diri gözlü açan, yorğun yuxusuz olan Əfsanə yatağına girib yatmışdı. Yatmışdımı? Yox, azca əvvəl, Siminlə danışarkən o, həqiqətən yuxudan sarı ölürdü. Lakin yumşaq, təmiz yorğan-döşəyə girən kimi elə bil yuxusu ərşə çəkilmişdi, yorğunluğu da harasa uçub getmişdi. Bu evə ayaq basandan gördüklərini, eşitdiklərini, hiss elədiklərini dərk etmək istəyirdi, anlamaq istəyirdi, ancaq, fikirləri bir-birinə qarışır, düyün düşür, Əfsanə tora düşmüş balıq kimi çalıxıbçapalayırdı. İlk təəssüratı o qədər güclü və mürəkkəb idi ki, ildırım sürəti ilə bir-birini əvəz edən, hərəsi bir cür gözqamaşdıran o təəssüratların heç birisinin üstündə ani də olsa qərar tutub dayana bilmir, hisslər axıb gedir və bu, onu az qala ağlamaq dərəcəsinə gətirirdi. Kim bilir, görəsən indi o yatan bu yorğan-döşəkdə Elməddin haçansa yatmışdımı? Yorğan-döşək, qəribə idi ki, ona doğma, əziz görünürdü. Elə bil, Elməddinin nəfəsi hopmuşdu ona, Əfsanə sinəsinə çəkdiyi yorğanı iyləyirdi, qəlbi sakitləşirdi. —Yadına neçə illər qabaq, Elməddinlə kəbini kəsilən gün soyunub girdiyi yorğan-döşək düşürdü. Onda həmin yorğan-döşəkdən, balışdan Yusifin iyini duymuşdu Əfsanə. Lakin indi ancaq Elməddinin qoxusu gəlirdi, ancaq Elməddinin! Yusifin bədəninin iyini illər çoxdan qovub harasa aparmışdı, unutdurmuşdu.
Bir az əvvəl, yerində çapalayan, yata bilməyən Əfsanə, həyətdə hənirti eşidəndə ayağa qalxmış, pəncərəyə yaxın gəlmiş, alnını şüşəyə söykəynb çölə baxmışdı. Qaranlıqda Elməddini boy-buxunundan tanımış, ürəyi sinəsində aramsız çırpınmışdı. Hə, odur. Gəldi. Heç dəyişməyib Elməddin: Yerişi, duruşu, danışığı... elə həmən həməndi. Ancaq bir az kökəlib, kişiləşib. Bax, odur, özü evin qapısını açdı, içəri keçdi. Dəhlizdə işığı yandırdı, dayanıb dinşədi. O biri otağın qapısı cırıltı ilə açıldı—deyəsən Simin oyanmışdı. Elədir, odur. Əfsanə onun yuxulu səsini eşitdi:
– Sənsən, Elmi?.. Nə gec gəldin, əzizim?..
Əfsanə bu sözü eşidəndə sanki balacalaşdı, büzüşdü, üşüdü, taqətsiz halda qayıdıb yerinə girdi və qəribə idi ki, onların danışığını eşitməmək üçük yorğanı başına çəkdi. Buna baxmayaraq, Elməddinin bu sözlərini qulağı çaldı:
– Əfsanə hanı bəs?
—Yatıb!..—dedi Simin əsnəyə-əsnəyə.
– Harda?
– O otaqda... — Simin yəqin ki, əlilə kiçik otağı göstərdi. — Yazıq yaman yorğun idi, yuxusuz idi. —Nə üçünsə qəlbinin cırmaqlandığını hiss edən Əfsanə başını balışın altına soxdu və daha onların nə danışdıqlarını eşitmədi.
Ortalıq otağın işığı yanırdı. Elməddin yanını pəncərənin qırağına söykəmiş, əllərini sinəsində çarpazlamışdı. Yuxusuzluqdan idimi, yorğunluqdan idimi—gözləri qızarmışdı, Simin aşkar görürdü ki, halı özündə deyil, həmişəki Elməddin deyil. Neçə dəfə olub ki, o, beləcə yığıncaqdan gec gəlib. Ancaq bu cür olmayıb — deyib, gülüb, zarafat eləyib Siminin içərisində nə isə narahat bir duyğu oyandı; bəlkə o, Əfsanəni görüb bu hala düşüb? — Lakin Simin bütün iradəsini ələ alıb-onun üçün qorxulu olan bu fikri özündən uzaqlaşdırmağa çalışdı və Elməddinin vəziyyətindəki dəyişikliyi, pərişanlığı axşamkı yığıncaqda nə isə xoşagəlməz bir hadisə olması ilə bağlayıb mümkün qədər toxtaq bir şəkildə:
—Yoxsa... bir hadisə üz verib, Elmi? — deyə soruşanda Elməddin huş aləmindən ayrılıb hərəsan:
– Nə? Nə dedin? — dedi.
– Heç, deyirəm, bəlkə bir hadisə olub, fikirlisən.
– Yox, yox, heç bir şey olmayıb... Bərk yorulmuşam, yuxudan sarı ölürəm...
– Yerin hazırdı, niyə dayanmısan, soyun yat.
Elməddin pəncərədən qopdu, o biri otağa keçdi, elə qaranlıqda soyundu, ikiadamlıq taxta çarpayıda, divarın dibində uzandı. Simin əyilib beşikdəki uşağa baxdıqdan sonra, lal-dinməz onun yanında özünə yer elədi. Elməddin arxası üstə uzanmışdı, yorğanı sinəsinin üstünə çəkmişdi — qaranlıqda gözünü yumub-yummadığını Simin görə bilmirdi. Siminin ürəyi dolu idi — Əfsanə həyatını danışandan sonra gəlinin ona yazığı gəlmişdi, hətta yanında neçə dəfə gözləri də dolmuşdu, ancaq özünü birtəhər saxlamışdı. Onu yerinə salıb yatırdıqdan sonra elə hey Əfsanə barəsində düşünmüşdü... «Bədbəxt gözünü açandan bir gün görməyib — allah göstərməsin. Tale adamın yazısını belə yazınca öldürsə yaxşıdı. Nə günahı vardı axı onun?
Yox, gərək ona həyan olaq, qoymayaq fikir etsin, kimsiz-kimsəsiz qadındı — demişdi; gözləmişdi əri gələndə danışdıqlarının hamısını ona söyləsin. Qoy Elməddin də bilsin. Bilsin ki... Lakin Elməddin qayıdıb heç nə soruşmamış yıxılıb yatdı — doğrusu, bu, Siminin heç xoşuna gəlmədi. İki-üç dəfə qəsddəndi ki, özü ordan-burdan söz salıb Əfsanənin hekayətini danışsın, ancaq fikrini dəyişdi. Elə bu zaman Elməddin yerində qurcalandı, səsini kimsənin eşidəcəyindən qorxurmuş kimi astaca:
– Danışdın onunla? — deyə xəbər aldı.
– Hə, Elmi.
– Haradaymış bu vaxta qədər?..
– Burda, — Simin qaranlıqda əlini alnından qaldırıb yana uzatdı, — Qarabağ qəryəsində...
– Qarabağ qəryəsində?.. Bizim bu Qarabağ qəryəsində? — Elməddin dikəldi: — Nə danışırsan, Simin?
– Hə, burdaymış yazıq.
Elməddinin içini təəssüf yandırıb-yaxdı. Əfsanə lap yaxında imiş — Qarabağ qəryəsi Kabilin lap yaxınlığındadı axı.
O elə o vaxt Əfsanəni axtara-axtara Kabilə gələndə bu Qarabağ qəryəsindən keçməmişdimi? Sonra, neçə dəfə öz maşınında
– Nəcməddinin Dəftərində işləyəndə Bəhram şəhərinə gedərkən Qarabağdan keçməmişdimi? Pay atonnan! Dünyanın işinə bax, sən allah. Gör nə qəribə, möcüzəli dünyaymış bu dünya?
– Ora necə gəlib düşüb axı o? Danışmadı?
– Danışdı, Elmi. Ancaq indi sən yorğunsan axı. Yat, səhər danışaram sənə, ya da özü danışar.—Yox, indi danış, Simin! Onsuz da yata bilməyəcəyəm, danış.
Simin dikəlib oturdu və ani fikrə gedərək diqqətini cəmləyib sonra Əfsanənin əhvalatını Elməddinə nağıl eləməyə başladı. Elməddin diqqətlə qulaq asırdı, Simin danışdıqca o fikrən həmin o çağları, özünün «toy» gecəsindən sonra keçirdiyi anlaşılmaz ziddiyyətli anları, Əfsanənin günlərin birində qəfildən yoxa çıxmasını xatırlayırdı, Reyhan adlanan arvadı nəzərində canlandırmağa çalışırdı. Qəribə idi ki Simin Şahinin adını çəkəndə Elməddinin ürəyi qısıldı — elə bil başına kimsə küt bir şeylə zərbə endirdi. Nəfəsi tıncıxdı. Yalnız bu zaman o başa düşdü ki, Əfsanənin məhəbbəti ürəyindən çıxmayıb — o ilk məhəbbət, o uğursuz, o nakam məhəbbət hələ də yaşayır onun qəlbində. Qısqanclıq deyilən acı bir hiss içini yandırıb keçdi. Şahin onun Əfsanəsini sevirmiş, aman allah? Bəs görəsən Əfsanə necə? Simin Əfsanənin bu məhəbbəti hiss elədikdə Qarabağdan getmək qərarına gəlməsini söyləyəndə Elməddin rahat nəfəs aldı, elə bil boğazından yapışıb onu boğmaq istəyən əl boşalıb süstəldi, Elməddinin pərişan, dərdli ürəyi sevindi. Və Əfsanənin təmizliyi, dəyanəti onun sinəsini qürur hissilə doldurdu. Demək, Əfsanə bu illər ərzində heç kəsə uymayıb, heç kəsin olmayıb — fikrində, xəyalında onu, ancaq onu yaşadıb, sevib əzizləyib. Demək, radio ilə Elməddinin şerlərini eşidəndən sonra orda qalmaq istəməyib. Kabilə qaçıb gəlib — Elməddini tapacağına inamla gəlib!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ucuncu-hisse-on-altinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.
Dördüncü hissə, on birinci fəsilŞahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.
Dördüncü hissə, on ikinci fəsilZərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.
Dördüncü hissə, on üçüncü fəsilƏfsanənin qəm qüssə ilə dolu ömür kitabına bu qara gün də yazılıbmış. Gözünün ilk ovu olan, sönməz, qaralmaz bir məhəbbətlə sevdiyi, taleyinin hökmü ilə ayrıldığı vüsalının həsrətindən şəvə saçlarına dən düşən, uzun illərin ayrılığından sonra tapdığı, ancaq yenə həsrət qaldığı, «yenə qardaş namusu» ehkamını qırmayan, təmizliyi, mərdliyi üzündən öz istəklisini bir dəfə qardaşına «verən», bir dəfə Şahinə «təklif eləyən», yerdən-göydən, bəxtindən küsdüyünə görə «etibarsız, vəfasız» adlandırdığı və çiynində o dünyaya getmək arzusunu ağlaya-ağlaya bildirdiyi əziz Elməddinini öz əllərilə torpağa tapşırmaq da bu kədərli ömür dastanının bir səhifəsi olmalı imiş, sən demə....Əfsanə gözünü açdı, ayağa qalxdı, taqətsiz halda, ürəyi çırpına-çırpına, bayaq gördüklərinin yuxu olmasını arzu edə-edə... Elməddinə yaxın gəldi. Yox, o qan içində idi. Əli sinəsinin üstünə düşmüşdü. Gözləri açıq idi, ancaq qanla dolmuşdu. Əfsanə titrək əlini toxundurdu — əli soyumuşdu. Sanki indi o, Elməddinin öldüyünü başa düşdü və tələsik qolunu silkələməyə, onu oyatmağa çalışdı. Qışqırdı: