Birinci hissə, dördüncü fəsil
Sən demə, Nəzər özünü Zakirənin yanında sındırmaq istəmirmiş. Onun özündən başqa yəqin heç kəs heç vaxt bilməzdi və bilməyəcəkdi də ki, bu təqaüd əhvalatını eşidəndə nə hala düşmüşdü
– elə bil qəlbində nə isə çox qiymətli və əziz bir şey qəfildən əsən tufanınmı, küləyinmi təsiri ilə daşa-qayaya dəyib çilik-çilik olmuşdu; sevinc içində göylərdə uçan o, birdən-birə qanadı qırılmış quş kimi, başı üstə yerə gəlmişdi. Qəribə idi ki, torpaq da ayağı altından qaçırdı elə bil.
Qənşərində oturmuş Zakirə sanki güc imiş, qüdrət imiş, iradə imiş onun vücudunda. O gedən kimi kişi sanki sustaldı, taqətsizləşdi. Uşaq kimi ağlamaq istədi, ancaq saxladı özünü. Ayağa qalxıb sərxoş adamsayağı səndələyə-səndələyə həyəti bir neçə dəfə o baş-bu başa ölçdü, elə bil nəyi isə itirmişdi, ya nəyisə hara qoyduğunu unutmuşdu — otaqların üçünə də baş çəkdi. Ən çox öz otağında — yazı masası və kitabxanası olan kəllayı otaqda ayaq saxladı. Dörd divar boyu, tavana qədər rəflərə düzülmüş sevimli kitablarına dağınıq nəzərlərlə xeyli tamaşa elədi və qəmli-qəmli gülümsündü. Bütün ömrü boyu var-dövlət yox, qızıl-gümüş yox, kitab yığmışdı. Kitablar onun həmdəmi, həmdərdi olmuşdu. Əsirdi onların üstündə — övladı kimi. Vaxt var idi — cavanlıq çağlarında Bikə xanım onu bu kitablara da az qalırdı qısqansın. Çünki elə bilirdi ki, bax bu adi kitablar, Nəzərini onun əlindən almaq istəyirlər.
O, gülümsünüb başını bulaya-bulaya yenə həyətə çıxdı, gəlib tut ağacının altında — döşəkçəli stulunda əyləşdi. Sağ tərəfindəki balaca əl televizorunu yandırdı, beş-on saniyə keçmiş ekran ağardı. Bakıdan «Günün ekranı» xəbərlər proqramı verilirdi. Ağ xalat geymiş cavan qız hansı fermadasa ala inəyi tumarlayırdı, üzü ekranda görünməyən müxbir təmtəraqlı sözlərlə ala inəkdən çoxlu süd sağmış o ağ xalatlı qızı yaman tərifləyirdi. Nəzər ikrah hissilə üzünü yana çevirdi, saata nəzər yetirdi. Doqquza on dəqiqə işləmişdi və Bikə xanım bağçadan hələ də qayıtmamışdı. Qərib də yəqin dünəki, srağakünkü kimi, bu kün də evə gəlməyəcəkdi — rayon mərkəzində, yataqxanadakı mənzilində qalacaqdı.
Yaxşı ki, evdə tək idi. Arvadının, oğlunun yanında bu söhbət olsaydı, o, sözsüz əsəbiləşəcəkdi, çünki hərəsi bir sual verəcəkdi. Bikə xanım, şübhəsiz, Şakirin dalınca alıb-verəcəkdi. Qərib də, güman ki, kinayə ilə, «hə, eşitmişəm, bu yaxınlarda Əli Nurlu adına məktəbin həyətində bir adama heykəl qoyacaqlar!» — deyəcəkdi və bu sözü Nəzəri hər şeydən çox yandıracaqdı.
– Ey gidi dünya!—dedi bərkdən, əlini uzadıb stolun üstündəki kağız-kuğuzunun arasından ağ bir vərəq çəkdi, qarşısına qoyub xeyli fikirləşəndən, götür-qoy eləyəndən, xəyalında neçə dəfə yazıbpozandan sonra cəmi bircə cümləlik o müdhiş ərizəni qaralayıb imzaladı. Bu zaman elə bil göy guruldadı — qulaqlarında, beyninin içində bir uğultu, gurultu gəzib-dolaşdı. Ona elə gəldi ki, indicə yağış yağacaq, güclü bir yağış. Elə bildi ki, hava da soyudu. Üşüyən kimi oldu — sol qolundakı tüklər biz-biz durmuşdu.
Ancaq heç nə olmadı —nə göy guruldadı, nə hava soyudu. Yağış-filan da yox idi.
Nəzər vərəqi səliqə ilə dörd büküb, yarımqol köynəyinik döş cibinə qoydu.
Döyülmüş kimi idi, sümükləri sızıldayırdı. Həddindən çox halsızlığını duyub, Bikə xanımın gəlişini də gözləmədən, şam eləməmiş, durub taxtına sarı getdi və tənbəl-tənbəl soyunub miçətkənin altına girdi.
Çox keçməmiş Bikə xanımın səsi həyətdə, mizin yanında eşidildi. Nəzərin şalvar-köynəyinin stulun başından asıldığını görüb:
– Boy, bismillah, bu kişi nə ertədən yatıb? Nəzər ay Nəzər,— deyə taxta yaxınlaşdı,—yatıbsan?
– A kişi, yoxsa xəstələnib eləyibsən?
Bikə xanım miçətkənin ətəyini qaldıraraq alaqaranlıqda ərinin üzünə fikir verdi. Nəzərin gözləri yumuluydu. Sol əlini əlinə aldı, istisi yox idi. Nəbzini tutdu, qaydasında döyünürdü ürəyi, Bikə xanım sakitləşdi.
– Səhər dərslər başlayır axı! Ona görə tez yatıb ki, tezdən də oyansın!...—deyərək çəkilib getdi.
Nəzər arvadının dediklərini, çağırışını eşidirdi, ancaq özü səsini çıxarmırdı: istəmirdi ki, arvadı onu bu düşkün vəziyyətində görsün.
Təbii ki, o gecəni səhərəcən çimir belə eləmədi, yatağına qor dolmuş adam kimi çırpınıb-çevrilib taxtını cırıldatdı. Gözəl cavanlıq çağlarını, ömrünün ən mənalı illərini keçirdiyi o doğma «Qırmızı məktəb»in siniflərini bir-bir gəzib-dolaşdı, xatirələrini təzədən yaşadı, dərs dediyi minlərlə uşaq uzaq-yaxın illərin arxasından boylanıb baxdı, müəllim yoldaşları, xüsusən Əli müəllim ilə xeyli dərdi-dil elədi.
Ancaq bu xatirələr onu sakitləşdirmədi; əksinə, bir az da həyəcanlandırdı.
– Kaş sağ olaydın, ay ana, yanıma gələydin, başımı qoyardım dizinin üstünə, uşaq kimi ağlayardım.—Bu sözləri astadan pıçıldadı Nəzər və gecənin qaranlığı içindənmi, göylərdənmi, xəyallarının, qatmaqarışıq dünyasındanmı gəlmiş anasının — Səlminaz arvadın qırışmış çöhrəsi gözlərinin qabağında canlandı: Nəzərin canı isindi, bədənini gəzib dolaşan gizilti çəkilib yox oldu. Ürəyini sıxıb əzən düşüncələr harasa uçub getdi.
Nəzərin ağ balışdan seçilməyən ağappaq saçları şəvə kimi qaraldı, o bir cavan oğlana döndü, arvad bax, o aralıdakı otaqda, döşəkçənin üstündə oturub, madar oğlunun başını dizi üstünə aldı. İsti, yumşaq barmaqlarını Nəzərin qalın saçları arasında gəzdirdi. Çoxdan, lap çoxdan eşitmişdi bu səsi, indi də məhrəm, nəvaziş dolu səsi eşidəndə ürəyi çırpındı. Ana pıçıltı ilə soruşdu:
– «Naxoşlamısan nədi, qurbanın olum?»
Nəzər də dilini-dodağını tərpətmədən, ürəyindəcə cavab verdi və qəribə idi ki, dilinə gətirmədiyi sözləri qulağı apaydın aldı:
– «Yox, ana. Naxoşlamamışam, qocalmışam, ana!»
– «Nə danışdığındı, oğul? Qocalıq nədi? Sən dünənki uşaq döyülsənmi, ağrın alım! Heç saçlarına dən də düşməyib, bala!»
– «Yox. Bir yaxşı bax. Başımda bir dənə də qara tük qalmayıb. Görmürsən? Yəqin sən də qocalıbsan, ana, ağı-qaradan seçəmmirsən ta!»
– «Mən kedəndən sonra lap yetim qaldın, can bala!.. Bikə səni incitmədi ki? Yox, incitməz, o səni çox istiyir. Atan da gəlib çıxmadı!, hə?»
– «Yoxxx...»
– «Onun yolundan gözlərini yığ, ayağının altında ölüm. O, nə məni, nə səni istəmirmiş, canım-ciyərim. Mən heç kəsə deməmişəm, bircə sənə deyirəm, yaxşı adam deyildi atan. Yaxşı adam olsaydı, o kişiyə elə xəyanət eləməzdi, bizi qoyub getməzdi, ümidim, pənahım. Küsmüşdü məndən, heç nə demədən çıxıb getdi. Mənə yazığı gəlmirdi-gəlmirdi, Heç olmasa sənə, dünyaya hələ göz açmamış körpəsinə yazığı gələydi, bala. Oğlan, ya qız olduğunu da bilməmiş çıxıb getdi. Gözləmə onun yolunu, gözlərimin işığı. Gör neçə ildi gedib. Ta gözləmə!»
Bu da qəribə idi ki, isti və bürkülü yay gecəsinin yarıdan keçən bu vaxtı miçətkənin içində, yaddaşının hansı küncündənsə eşitdiyi bu səssiz-səmirsiz ana-bala söhbəti, Nəzər onuncu sinfi bitirib Bakı deyilən şəhərə oxumağa getməmişdən azca qabaq olmuşdu, bəlkə də bütün təfərrüatı ilə ona görə yadında qalmışdı ki, o çağa qədər, müəyyən mülahizələrə görə, əsl həqiqəti gözünün ağı-qarzsı tək balasından gizli saxlayan Səlmlnaz o gün: «Daha yekə kişidi, maşallah. Hər şeyi bilsə yaxşıdı. Dünya ölüm-itim dünyasıdı, bu gündən sabaha ümid yoxdu» — deyə düşünərək, hər şeyi olduğu kimi danışmışdı. Bir tərəfdən, doğrudan da, oğlunun gözlərini yollardan yığmışdı. O biri tərəfdən isə o cavanın qəlbinə, sonralar da həmişə, lap indinin özünəcən onu göynədib incidən bir intizar və nikarançılıq dastanı yazmışdı.
Və bu, qırx üç il bundan əvvəlin söhbətiydi, altmış il qabaq, — aprel ayının axırıncı günü — bütün kəndləri, obaları, oymaqları bir qırmızı xəbər kəzib dolaşanda baş vermişdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-dorduncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Elməddin imtina sənədini, idarənin, seyfin açarlarını Zərrintac xanımın gözünün qabağında stolun üstünə qoyandan, ertəsi günü talağı geri oxutdurandan sonra da milyoner qızı nə eşitdiklərinə, nə gördüklərinə inanmaq istəməmişdi. Doğrudur, o, evdən çıxan kimi Zərrintac xanımı ağlamaq tutmuşdu, ha eləmişdisə, gözlərilə bacara bilməmişdi. Onlar söhbət etdiyi müddətdə yan otaqda dayanıb Elməddinin dediklərini eşidən, işin axırının belə qurtaracağını ağlına belə gətirməyən və buna görə də qulaqları guruldayan, çox sözü ayırd eləyə bilməyən Siminbər özünə gələndə artıq Elməddin çıxıb getmişdi. Zərrintacın hönkürtüsünə içəri girən Siminbər Elməddini orada görməyib ətrafa baxınmış, görməyib təəccüblənmişdi. Adi olaraq, qız ürəyində ondan incimişdi də: «Gedirsən, heç olmasa xudahafizləşəydin mənimlə, Elməddin!» — deyə fikrindən keçirmişdi. Ancaq bilməmişdi ki, Elməddin bu xanimanı tərk eləyəndə elə pərişan, elə həyacanlı idi ki, Siminbərlə xudafizləşmək belə yada düşməmişdi; onu ancaq küçədə, iti addımlarla getdiyi zaman xatırlamışdı, təəssüf eləmişdi, geri qayıtmaq isə mümkün deyildi. Siminbər bunu bilmirdi.. O, Zərrintac xanımın yanında dayanaraq təsəlli vermək istəmişdi, lakin deməyə söz tapmamışdı. Eləcə: —Ağlama, xanım!—söyləmişdi. Zərrintac xanım özünü Siminbərin yanında sındırmamaq üçün arada olan söz-söhbəti dilinə gətirməmişdi. Həqiqətdə o, Elməddini tamam-kamal atacağını heç xəyalına da gətirmirdi. Qulağı ilə eşitdiklərinə, gözü ilə gördüklərinə inanmaq istəmirdi. Buna Elməddinin «kişilənməyi», adicə şıltağı kimi, baxırdı: «Məni qorxuzmaq istəyir. Gözümün odunu almaq istəyir. Amma bacarmazsan, Elməddin. Mən Nəcməddinin qızıyam, mənimlə sən bacarmazsan!» — deyirdi öz-özünə. Hətta talağı geri oxunandan sonra da uzun müddət özünü tox tutmuşdu, ürəyində sınsa da, çəksə də, üzə vurmamış, deyib-gülmüşdü; sanki heç bir şey olmamışdı. Talaq nə idi ki, quruca kağız deyildimi, məgər insanları bir-birinə bağlayan kağızdı?! Yox, o, ümid eləyirdi ki, hər necə olsa, gec-tez Elməddini öz ayağına gətirəcək, təslim edəcək. Arada bu qədər var-dövlət var. Hələ bu var-dövlət bir yana dursun, Zərrintac kimi gözəl, cavan gəlindən kim imtina edər? Gərək nə qədər nadan olasan ki, taleyin sənə bəxş etdiyi belə cah-calaldan, belə gözəl bir can sahibindən imtina edəsən!—Zərrintac belə fikirləşmişdi. Lakin vaxt dolanıbkeçdikcə Elməddindən səs-səmir çıxmadığını görəndə narahat olmağa başlamışdı. Siminbər də çıxıb gedəndən, lap tək-tənha qalandan sonra o, bərk sarsılmış, qəlbində Elməddinə dərin nifrəthissləri duymuşdu. Yaralanmış aslana dönüb gizli-gizli inləmişdi. Elməddin onun poladdan möhkəm olan qürurunu yaman sındırmışdı. Hərdən belə düşünürdü ki, indiyə qədər bir yana qalsın, bundan sonra yaşayacağı illərdə də heç kəs onu belə alçalda bilməz, bilməyəcək də. Bu, çox ağır bir zərbə idi ki, Elməddin ona vurmuşdu. Zərrintacın bədbəxtliyi bunda idi ki, özündə heç bir günah görmürdü. Xasiyyətindəki tündlüyü, «mənəm-mənəmliyi» başa düşmürdü, elə bilirdi ki, var-dövlət, gözəllik qadının ən ümdə keyfiyyəti və bəzəyidir; bunlara malik olan qadın hakimi-mütləq ola bilər, onun hər sözü qanun olmalıdı. Daha anlamaq istəmirdi ki, qadını gözəl edən, sevdirən, əziz eləyən onun var-dövlətindən, gözəlliyindən çox ürəyinin gözəlliyidir, hisslərinin səmimiliyidir, məhəbbətidir. Bax, bunu o, başa düşə bilmirdi.
Birinci hissə, on ikinci fəsilGünortanın cırhacır vaxtı idi. İçəridə — otaqlarda, eyvanda bürküdən oturmaq mümkün olmadığından Əbdül ərik ağacının dibinə yığışmışdı: uşağın asma yüyürüyünü yam-yaşıl yarpaqlar arasında ərikləri saralıb yetişməyə başlayan ağacın yana əyilən iri budağından asmış, balaca Nəcməddini də nazik ipək tor köynəkdə yüyürükdə yatırmış, özü də balaca, girdə mizin arxasında oturmuşdu. Mizin üstündə çaynik, piyalə və şəkərdan vardı — piyalədəki yaşıl çay çoxdan soyumuşdu. Ərik ağacının sol tərəfində dördbucaq şəklində gül kolları əkilmişdi — həmişəbahar gülləri idi. Zahirən ləkə oxşayırdı. Ancaq əslində bu, lək deyildi, bu, Dünyanın qəbri idi və indi dünyada Əbdüldən başqa heç kəs bilmirdi ki, burada, bu həmişəbahar güllərinin arasındakı qara torpaq altında Dünya xanım uyuyur. Buranı Əbdül öz əlləri ilə belə səliqə-sahmana salmışdı və onun üçün nə qədər ağır olsa da hər gün bir neçə dəfə bura baş çəkir, yanında oturur, çıxan alaq otlarını vurur, gülləri sulayır, dilinə bircə söz belə gətirmədən ürəyində özü ilə, Dünya xanım ilə, ağayi Nəcməddin ilə danışır-danışır və bir də görürdü ki, gözlərindən yaş axır. Qəlbi sıxılıb hövl eyləyəndə o, ya yerdə palaz üstündə oynayan, ya beşikdə uzanmış körpəni götürüb bağrına basır, öpüb-oxşayırdı.Əvvəllər, hələ ağayi Nəcməddin sağ olanda Əbdül Dünyanın qəbrinin üstünə az-az, ancaq gül kolu əkmək, onlara su vermək bəhanəsi ilə gəlirdi. Özü də gündüzlər, gecələr isə, öz hücrəsinə çəkilməmişdən qabaq, dərdli-dərdli, təəssüf hissi ilə başını yırğalaya-yırğalaya bu ərik ağacının dibinə baş çəkər, qəbrin ayaq tərəfində xeyli dayanar, xəyalında Dünyanı məzardan çıxarır, gah öpüb-oxşayır, gah da nifrətlə acı sözlər deyib ürəyini boşaltdıqdan sonra gedib yatırdı. Ağayi Nəcməddin də dünyadan köçəndən, qonaq-qaranın, Elməddinin, Zərrintac xanımın əl-ayağı çəkiləndən, o, balaca Nəcməddinlə burada tək qalandan sonra isə həyət-baca suyu sovulmuş dəyirmana oxşayanda, kişi tənhalaşanda beyni ayazımış, hissləri durulmuş, başına gələn qəzavü-qədər barədə arxayın-arxayın düşünməyə macal tapmışdır. Və Əbdülün ürəyində böyük bir cinayətin gizli məhkəmə prosesi başlanmışdı. Bu məhkəmə prosesinin iştirakçıları Nəcməddin, Dünya xanım, Vəlixan və Əbdül özü idi, şahid-filan yox idi — bəzi işlər balaca Nəcməddinin gözü qabağında olmuşdu, ancaq o şahidlik eləyə bilməzdi, çünki onun gözü ilə gördükləri hələ yaddaşının maqnit lentinə həkk olunmamışdı, olunanı da o, hələ insan dilinə tərcümə eləməyə qadir deyildi, çünki bu dili o özü də bilmirdi hələ.
Birinci hissə, on üçüncü fəsil...Bu gün Zərrintac xanım işdən gələn kimi hamamı yandırıb çimmişdi. Uzun tiftikli qətfədə yataq otağına getmiş, iri bədənnüma güzgünün qabağında qurulanmış, öz mərmər bədəninə, sinəsinə kənar adam gözü ilə baxıb öz gözəlliyindən ləzzət alsa da, kövrəlmişdi də. Elməddin burda olanda belə hallarda onun yanında dayanır, qurulanmağına kömək eləyir, alt paltarını geyməyə imkan verməmiş, qucağına alaraq çarpayısının üstünə gətirir, «neynirsən geyinirsən, onsuz da soyunduracağam!» — deyib özü də yanına girirdi. Bu anları indi o qəribə bir nisgil və həsrətlə xatırlayırdı. Güzgü qabağında özünü tək görüb sinədolusu ah çəkdi və əlini uzadıb çarpayının başına atdığı paltarlarını həvəssiz-həvəssiz geyindi. Kresloda oturdu, boş, sahibsiz çarpayıya baxdı, gözləri doldu. Böyründəki radioqəbuledicinin düyməsini burdu və otağa Rəxşanənin məlahətli səslə oxuduğu mahnının ilıq nəfəsi doldu. Zərrintac xanım ağır əhvali-ruhiyyəsini unutdu, azca yüngülləşdi və qeyri-iradi yan otağa tərəf:– Simin, mənə bir piyalə çay gətir! — dedi və səsindən özü də səksəndi. Səhv elədiyini, hissə qapılıb hər şeyi unutduğunu xatırlayıb köksünü ötürdü. Və qalxıb özü üçün çay gətirdi. Ancaq çay içmək həvəsi öldü nədənsə. Piyalədəki çaya baxa-baxa fikrə getdi. Rəxşanə oxuyurdu, Zərrintac xanımın kədəri getdikcə artırdı. Təklik hissi bütün vücuduna hakim kəsilmişdi — inan ki, bu an, bax elə bu dəm Elməddin qapını açıb içəri girsəydi, Zərrintac durub qabağına qaçar, onun uca boynuna sarmaşıb: «Xoş gəlmisən, əzizim — deyərdi. — Bağışla məni, bilməmişəm. Keç günahımdan». Ancaq Elməddin gəlmirdi. Gəlməyəcəkdi də. Bu həqiqəti bir daha dərk edib Zərrintac məst adam kimi ayağa qalxdı, küçəyə baxan pəncərənin qabağına addımladı, şəhadət barmağının ucu ilə tül pərdəni aralayıb çölə baxdı. Hava qaralmışdı. Cadədən tək-tük maşınlar, piyadalar keçib-gedirdi. Lap pəncərənin qabağından keçən iki kişidən birinin bu sözlərini eşitdi:
Birinci hissə, on dördüncü fəsilƏbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:
Стихи других поэтов
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
MəhəmmədBir cavan tazədən gəlib ərsəyə,Əcayib oğlandır, adı Məhəmməd.
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar olaYoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Budur, Vərqayə ol keydi-qəmərdən Sərvin əxbariƏfqan edüb ol sitəm rəsidə,Heç ruy ilə olmaz aramidə.