Bir cavan tazədən gəlib ərsəyə,Əcayib oğlandır, adı Məhəmməd.Zahirən özü tək pak imiş əsli,Ola bilməz heç övladı-Məhəmməd.

Yeni gəlib xətti tər bənövşə tək,Qaşı, gözü gözəl, surəti göyçək.Danəndə, fəhmdə, qabil və zirək,Sahibkamal, söz ustadı Məhəmməd.

Məhşər hekayəti müşkül hekayət,Ya həzrəti rəsul, eylə inayətVaqifəm, qulami şahi vilayət,Elə mənə bir imdadı, Məhəmməd.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов