Bir fitnə fellinin, üzü xallının,Bir şirin dillinin qurbanıyam mən.Bir qənd məqallının, ləb zülallının,Bir ağzı ballının qurbanıyam mən.

Bir süsən muylunun, səmən boylunun,Fəriştə xoylunun, mələk soylunun,Bir cənnət kuylunun, tuba boylunun,Bir şümşad qollunun qurbanıyam mən.

Bir gözü şərlinin, cəng nəzərlinin,Zülfü ənbərlinin, müşk tərlinin,Bir səmənbərlinin, zər kəmərlinin,Bir incə bellinin qurbanıyam mən.

Bir çox ülfətlinin, məhəbbətlinin,Bir mərhəmətlinin, şəfəqqətlinin,Bir pəri tellinin, gün tələtlinin,Bir məhcəmallının qurbanıyam mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви