Xoşbəxtlər üçün zaman hiss olunmadan ötüb keçir, bədbəxtlər üçün isə… Bədbəxtlərin saatının əqrəbinin ucundan sanki ağır daş asılır, dəqiqələr saatlar, saatlar günlərə, günlər aylara, aylar illərə dönüncə yaddaşın az qala bağrı çatlayır, ürəyi çərləyir, həvəslər daralır, hətta ömür də yanıb-yanıb qurtarır bəzən.

Nəzər bu gün altı il idi ki, burada-həbsxanadaydı və ona elə gəlirdi ki, altımış ildir buradadı, elə burada anadan olub, burada böyüyüb, burada qocalıb. Bu altı ildən o yana heç nə olmayıb-nə anası Səlminaz arvad olub, nə komsomol keçib, nə Əfzəl Əliyevlə qaçaq tutmağa gedib, nə universitetdə oxuyub, nə müharibədə olub; Bəlkə də xanım da olmayıb, uşaqları da olmayıb. Heç nə olmayıb. Yox imiş heç nə. Bütün bunları yuxuda görürmüş yəqin, yaxud xəyalında yaradıbmış…

O zaman Bikə xanımın Tapdığın Bakıya üç dəfə, Moskvaya iki dəfə gedib gəlməsinə, Baba İskəndərovun, Zakirənin səlahiyyətli orqanlara məktubla, teleqramla müraciət eləməsinə, Ali məhkəməsinin işi iki dəfə təzədən baxılmaq üçün geri qaytarmasına baxmayaraq, Nəzərə, necə diyərlər, çığırda-çığırda səkkiz il həbs cəzası kəsmişdilər: çünki Yunis Bayramov sözündən-böhtanından əl çəkməmiş, müstəntiq Hilalov istintaqın nəticəsinin üstündə möhkəmcə dayanıb, prokuror Quliyev tələbindən dönməmişdi. Ona görə ki, bu yoldan geri dönmək olmazdı, tüpürüləni yalamaq olardı. Əgər dönsəydilər, onda gərək bu adamları özləri gedəydilər. O biri tərəfdən onda gərək İcrakomun - əslində bütün rayonun böyüyü-ağası sayılan İsrayılın qəzəbinə düçar olaydılar, ondan sonra isə katiblə - Süleymanla üz-göz olaydılar. Çünki Nəzər orada, kabinetdə onların hamısının gözünün içinə çox ağır ittihamlar irəli sürmüşdü, təhqir» eləmişdi.Belə şeylər isə bağışlamaq onların qanun kitabında yazılmamışdı. Bu işdə birinci katibin tutduğu mövqe hamıdan çox Babanı çaşbaş salmışdı. Süleymanın yaxşı tanıdığı və nə yuvanın quşu olduğunu gözəl bildiyi o adamların-Müseyibin, İsrayılın, Ağayevin tərəfinə keçdiyini və onların dediyini söylədiyini görəndə Baba əvvəlcə qulaqlarına və gözlərinə inanmamışdı, diqqətlə söz-söhbətin gedişinə bir də fikir vermişdi. Yox, yanılmırdı. Süleyman hətta əl qaldıranda da İcrakoma baxmışdı, onun dalıyca, qətiyyətsiz olsa da, əlini qaldırmışdı. «Öz müəlliminin məhvinə, ləkələnməsinə fərman verən, qol qoyan namərd şagird!» Bu, Babanı yaman sarsıtmışdı və elə o andaca da yerindən qalxıb bu qərarın əleyhinə çıxmışdı. Amma gözünə döndüyüm Nəzər də sözünü demişdi. Yaxşı demişdi. «Nəzər kimi təmiz və peyğəmbər adam – rüşvətxor? Niyə? Niyə axı? Kim eləyir bunu? Özümüz. Bəli, özümüz.» - Baba uzun müddət bu suallar əlində çırpınmışdı.

Səkkiz ay davam edən çək-çevirdən, haqla-nahaqqın qılınc-qalxanla döyüşündən, nəhayət, arxası güclü nahaqq haqqın dizlərini günün günorta çağı, hamının gözünün qabağında yerə qoyandan sonra Nəzərə səkkiz il iş kəsiləndə, məhkəmənin qərarı ilə onun şəxsi əmlakı da müsadirə olunmuşdu. Həm qəribə idi və həm də ağlamalı idi ki, müəllimin «şəxsi əmlakını» aparmağa gələnlər onun evindən ancaq iki maşın kitab apara bilmişdilər, vəssalam. İllərlə, lap cavanlıq çağlarından yığmağa başladığı o kitabların aparıldığını eşidəndə Nəzərin az qala ürəyi dayanmışdı. Çünki ona gün kimi aydın idi ki, o özü haçansa, ömür vəfa eləsə, həbsxanadan qayıdıb gəlsə də, o kitablar bir də geri qayıtmayacaq. Kişi yana-yana düşünmüşdü ki, onun kimi ziyalının qədrini bilməyən bir rayonda o kitabların qədir-qiymətini bilən adamlar çətin ki, tapılsın.

Məhkəmə salonu adamla doluydu o gün. Eşidən, bilən gəlmişdi. Qohum-əqrəba qabaq cərgədə oturmuşdu. Bikə yas yerinə gələn adam kimi, qara örpək bağlamışdı.Güldanə də, Güllü də qara paltar geyminmişdi. Nəzər müttəhimlər kürsüsündə oturub büzüşmüşdü, başını qaldırıb heç kəsin üzünə baxmırdı, prokurorun, məhkəmənin, şahidin-bir sözlə, çıxış edənlərin nə dediklərini də sanki eşitmirdi. Elə bil, onu yox, ayrısını mühakimə eləyirdilər. Keyləşmişdi sanki. Düşünə də bilmirdi elə bil. Üç saatdan artıq çəkən içlasın sonunda, hakimin çox qəliz hüquqi dildə dörd-beş dəqiqəlik nitqindən ancaq səksən il həbs cəzasına məhkum edilsin –sözlərini başa düşən Bikə Yooxx. – deyib qıyyə çəkəndə bütün zaldakılar səksənmiş və Nəzər özü də yalnız bu zaman qanrılıb arvadına gözucu baxaraq sarsılmışdı. Hakim səs-küy qaldıranları nizam-intizama dəvət eləyəndən sonra üzünü Nəzərə tutub:

– Vətəndaş müttəhim, son sözünüz, xahişiniz varmı?-dedikdə o, ayaqa qalxaraq sakit, kədər dolu bir səslə:

– Mənim günahım yoxdur, - demiş və oturmuşdu.

Sonra onu milis işçiləri qabağına qatıb aparanda arvadı, qızları, kürəkəni və oğlu dalıycan qapıya sarı addımlamış, ancaq çata bilməmişdir heç biri. Bikə ağlaya-ağlaya:

– Nəzər, bizi qoyub hara gedirsən? - deyirdi, qızları isə:

– Ata-ata diyə fəryad qopardırdı. Qərib donmuşdu, yerində Tapdığın gözləri yaşarmışdı. Zakirə hıçqırırdı. Müsibət o qədər böyük idi ki, Bikə, əlləri Nəzərin dalınca uzalı olduğu halda, elə o uzun və alaqaranlıq dəhlizində bayılıb özündən getmişdi, gedən yaddan çıxmışdı, qalxanın-yıxılanın başına yığışmışdılar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, beşinci fəsil

Əbdül maşın səsi eşidib uşaq kimi qaçaraq darvazanı laybalay açdı, gələnin ağası olduğunu görüb əlini döşünə qoyaraq ədəblə baş endirdi. Dünya arxa oturacaqda əyləşmişdi. İçəri girən kimi elə pəncərə arxasından cah-calallı imarətə, bağ-bağatlı həyətə, səliqə-sahmana ötəri nəzər salıb ürəyində gizli, nəşəli bir sevinc duydu. Əyninə xələt geymiş, su sonasına bənzər qız pilləkənin başında dayanmışdı. Tərpənmirdi, əgər yüngül külək çiyninə atdığı güllü, zərli yaylığı astaca tərpətməsəydi, elə sanmaq olardı ki, o, heykəldi, pilləkənin üstündə, yaraşıq üçün düzəldiblər. İndiyədək üzünü görməsə də, Dünya onun Zərrintac olduğunu anladı və ilk baxışda xoşuna gəldi. Düzdü, hələ ürəyini, xasiyyətini bilmək olmazdı, ancaq Zərrintac zahirən gözoxşayan, qəlbəyatan bir görkəmə malik idi və bu Dünyanın həyəcanlarını, nigarançılığını azaltdı.Nəcməddin maşından düşmüşdü. Aşağıdan-yuxarıya qızına baxır və onun fikrini üz-közündən oxumaq istəyirdi. Qız isə sükut içində dayanmışdı. Nəcməddin nəhayət, həya-qarışıq bir ərklə:

4 мин
Birinci hissə, altıncı fəsil

Əbdül çatıltı-patıltı ilə qızaran manqalın üstündə kabab bişirirdi. Əmlik ətinin xoş ətri həyəti başına götürmüşdü. Dünya bu evə gələni Əbdülün də işi xeyli yüngülləşmişdi; bazar işi onun payına düşmüşdü, bişirib-düşürmək işi, evlərin silinib-süpürülməsi, yır-yığış isə Dünyanın. Əbdül az bir zaman ərzində anlamışdı ki, əslində Dünya da elə onun kimi bu evin nökəri, qulluqçusu idi. Fərqi bu idi ki, Dünya əziz nökər idi, Nəcməddinin çox əziz və əvəzsiz nökəri idi, qəşəng nökəri idi. İndi qızlar eyvanda stol açırdılar, iş görə-görə ucadan danışır, şaqqanaq çəkib gülürdülər. Dünyanın gəlişi doğrudan da əvvəllər səssiz-küysüz, sakinləri küsülü kimi gəzib-dolaşan Nəcməddinin evinə bir canlanma, qaynama gətirmişdi. Sükut, sükunət burdan qaçaq düşmüşdü. Bu isə sakinlərin hamısını, ən əvvəl isə Nəcməddini xoşhal eləmişdi.Bayaq eyvanda dayanıb səfər təsbehini çevirən Nəcməddin ortalığa demişdi:

14 мин
Birinci hissə, yeddinci fəsil

«Zərnigar» parkında oturmuşdular. Şəhərdən və parkdan əl-ayaq çəkilmişdi. Təpənin üstündəki dirəyin yeganə lampası yanır, ətrafa solğun, dumanlı bir işıq səpələyirdi. Parkın küçəyə çıxan qapısı ağzında iki polis nəfəri gəzişirdi.Havada şaxta vardı: quru bir şaxta dolaşırdı parkın içində. Ətraf dağlardan seyrək duman axıb gəlmişdi, ağacları, evləri nazik, boz pərdəyə bürümüşdü.

12 мин
Birinci hissə, səkkizinci fəsil

Doğma kənd üçün, Ədnan üçün bu qədər bərk darıxdığını indiyəcən Elməddin belə dərindən hiss eləməmişdi. Əslində orda onun heç nəyi qalmamışdı. Boş, kimsəsiz evlərindən başqa heç nəyi... Bir də uşaqlığı, dərdsiz-qayğısız günləri qalmışdı orada, ilk eşqə düşdüyü o əzablı-şirinli günlər qalmışdı orada. Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu.Ancaq bu gün, şəhərə, qardaşı Mümtazgilə gəzməyə gəlmiş, Ətiqullanın səyi nəticəsində tapışıb qabaq-qənşər oturmuş qəryədar Qulamla söhbət eləyəndə Elməddin bir daha dərk elədi ki, doğulub böyüdüyü, ömrünün iyirmi üç ilindən çoxunu qoynunda keçirtdiyi o Ədnandan ötrü nə qədər də möhkəm darıxıbmış! Qəryədar Qulamla görüşü az qala onun üçün toy-bayrama çevrilmişdi, üzü də, gözləri də gülürdü. Elə bil, ən doğma adamını tapmışdı bu yad şəhərdə, sevincək olmuşdu; bu iki ildə qəryədar Qulam elə bil heç dəyişməmişdi, ağ qaşları altında parıldayan xırda, qonur gözləri elə əvvəlki kimi sakit-sakit, nüfuzedici baxışlarla Elməddinə, evinin əşyalarına tamaşa eləyirdi. Təkcə o vaxt dəngil-düngül qara tükləri olan saqqalı dümağ ağarmışdı. Yerişi, hərəkətləri gümrah idi. Yenə məntiqlə, sərrast danışır, ağ sədəf təsbehini aramla çevirirdi. Elməddin neçə il əlinin altında işlədiyi, xasiyyətinə, rəftarına yaxşıca bələd olduğu qəryədar Qulama baxıb elə hey gülümsünür, kənddə ondan sonra baş vermiş hər şeyi mümkün qədər öyrənmək ümidilə gözünü onun ağzına dikib dururdu. Qəryədar Qulam isə, təbiətən azdanışan, daha çox ürəyində həsb-hal etməyi xoşlayan adam olduğundan, öz aləmində ən mühüm hesab elədiyi məsələləri Elməddinə çatdırırdı:

6 мин

Стихи других поэтов