Dördüncü hissə, ikinci fəsil
Страница 1 из 3
Nəzər altı il idi ki, burada – bu ağzıbirdəydi və bu altı ildə beş il universitetdə, altımış iki il o azad dünyada yaşaya-yaşaya öyrəndiklərindən, götürdüklərindən qat-qat çox şey görüb öyrənmişdir. Sən demə, o, heç nə bilmirmiş, dünya deyilən, bir gözü ağlayan, bir gözü gülən bu qəribə aləmi tanımırmış. Sən demə arvadı Bikə, oğlu Qərib: Sən kitablarla yaşayırsan, kişi həyat kitablarında yazılan, göstərilən kimi deyil, kişi! – deyəndə haqlıymışlar. Bir ömür özümü də, dərs dediyim o uşaqları da aldatmışam. Bu dünyanı olduğu kimi onlara tanıtdıra bilməmişəm. Hardan tanıtdıra bilərdim ki, heç özüm onu yaxşı tanımırmışam. Ədalətdən, insafdan, təmizlikdən, vicdandan, namusdan danışmışam ömrüm boyu, yeni insan tərbiyə eləməyə çalışmışam ömrüm boyu. Zülm, haqsızlıq, zorakılıq, ədalətsizlik, ağaqul qaldı iyirminci ildən o yana.» – demişəm, özüm inanmışam buna, başqalarını da inandırmağa çalışmışam. «Dünyanın ən ideal, ən təmiz cəmiyyətidi, sovet adamı isə dünyanın ən kamil insanıdı.» - demişəm və bu fikri başqalarına da aşılamaq üçün nə az, nə çox, düz qırx il boğaz yırtmışam, aman allah! Məgər Mikayıl, Şakir, Müseyib, İsrayıl, İsrafil, Ağayev, Süleyman, Xuduş, Hilalov və bax, bu hündür hasarlı həbsxanada oturanların çoxu mən bədbəxtin xəyalında yaratdığı, təsəvvüründə canlandırdığı, təbliğ elədiyi «Sovet adamı»dı?
Bura – həbsxana o uca hasarın o üzündəki böyük və rəngarəng dünyanın daha maraqsız, daha çirkin və daha dəhşətli kiçik bir nümunəsi idi. Orada, heç olmasa bir gözəllik vardı, sevinc də olurdu hərdən-birdən, sən sərbəst idin, hara istəyirdin, kimin yanına istəyirdin, gedə bilərdin. Ancaq burada…Yox, burda nə sevinc var, nə sərbəstlik var, ola da bilməz olmamalıdır da. Bura düşənləri daha adam hesab eləmirlər, onlara adam olduqlarını unutdurmağa çalışırlar. Bu dörd divar arasında olan beş il, on il ömür sürməyə məcbur olanlar, burdan çıxandan sonra adam kimi yaşaya bilmirlər, tərcümeyi-hallarındakı, alınlarındakı ləkə, damğa onların tək özlərini yox, nəslini də oğul-uşağını gözü kölgəli eləyir, azad, sərbəst yaşamağa qoymur. Yəqin helə buna görədir ki. Bir çoxu o azad dünyada yaşaya bilmədiyindən təzədən qayıdıb o dörd divar arasına düşür. Bu altı ildə Nəzər neçə beləsini öz gözləri ilə görmüşdü və ürəyi ağrımışdı. Nəzər bunu da başa düşmürdü ki, o azad dünyada olduğu kimi, burada da pullular, qoluzorlular, zəiflər,pulsuzlar, vicdanlılar, vicdansızlar var. Qumar əxlaqsızlıq, morfi… hər şey var, hər şey… Nəzəri bu, hər şeydən çox təcübləndirirdi ki, orda adamlar rüşvət aldığına görə tuturlar, ora göndərirlər. Deməli, rüşvət pisdi. Amma burada da Nəzər rüşvətin ayaq tutub yeridiyini görəndə yer ayağının altından qaçırdı. Qapıçı rüşvət alır, nəzarətçi rüşvət alır. Pulun varsa, səni ağır işə göndərmirlər. Pulun varsa, sənə ayrıca otaq ayırırlar, rəngli televizor verirlər, arvadın gəlib yanında qala bilər. Pulun, adamın yoxsa, ümumi barakda, otuz-qırx adamın arasında, çirkin, üfunətin içində yaşa! Yaşa görüm necə yaşayırsan! Eşitmişdi ki, həbsxanaların, məhbusların özlərini xüsusi, yazılmamış qanunları var, amma inanmamışdı. İndi inanırdı.Buna elə o vaxt, altı il bundan qabaq, qarlı bir qış günü, şər qarışan vaxtı gətiriləndən az sonra, yekəpər nəzarətçi onu qabağına qatıb iyirmi birinci baraka salandan bir saat keçməmiş inanmışdır Nəzər.
Bakıda adam çox idi: otağın ortasındakı balaca stolun ətrafında beş-altı nəfər əyləşmişdi. Tavandan asılmış otuzluq lampanın işığı zəif idi, bu işiğa qəzet belə oxumaq olmazdı. Üstəlik, o qədər siqar da çəkmişdilər ki, demək olar içəridə heç nə görmək olmurdu: elə bil duman idi, tüstü idi.Nəzərin ilk növbədə gözü bunu aldı ki, stol arxasında oturanlar kart oynayırlar. Nəzarətçini görən kimi, əllərilə kartların üstünü örtməyə çalışdılar. Ancaq yekəpər nəzarətçi görmüşdü. Əlini bığına çəkib qımışdı və yuxarı başda, damağında çubuq olan çal saçlı kişiyə başı ilə işarə elədi:
– Deyəsən əlin gətirib, hə? Görürəm, kefin kökdü, Cuma.
– Əlimin ixtiyarı nədi gətirməsin, nəçənnik! Başın haqqı, özüm kötüyün üstünə qoyaram, baltaynan çappalayıb ataram o yana. Bax, belə. – deyə Cuma adlanan çalsaç sol əlini yuxarı qaldırıb sağ əlinin üstünə balta kimi endirdi, sonra onun böyründə dayanmış Nəzərə altdan yuxarı zəhmli bir baxış fırlatdı:
– Nədi, təzə adam gətirmisən?
– Hə.
– Nəçidi?
– Deyir müəlliməm.
– Əh, sən də adam tapıb gətiribsən də.
Nəçənnik, müəllim özü nədi ki, nəyidə ola? Harda lat-lüt var, bura ötürürsən, yağlılarını isə o yana, Dadaşın yanına!
– Bu gecəlik qalsın burda, görək səhər rəis hara göndərir, Cuma. Sonra nəzarətçi irəli gəlib stolun üstdəki pullara baxıb, ac adam kimi udqundu. Bu, Cumanın gözündən qacmadı, bir iyirmibeşlik götürüb ona uzatdı. Kişi pulu alan tək tələsik:
– Çox sağ ol. - deyib barakdan çıxdı.
Nəzər istədi onun dalınca qayıdıb çıxsın, ancaq o, qapını bağladı və getdi. Nəzər yerindəcə donub qaldı. Handan-hana gözü bu tüstü dumana alışdı, otağa fikir verdi. Neçə adam divar dibində, döşəmənin üzərinə uzanıb yatmışdı. Neçəsi isə kürəyini divara söykəyib oturmuşdu. Qapı ağzında yanakı uzanmış arıq, saqqallı kişi, alltan yuxarı Nəzərə baxıb:
– A, müəllim, niyə ayaq üstə durubsan, ürəyin istəyən yerdə otursana. Yoxsa təklif gözləyirsən? – söylədi
– Çox sağ ol. – deyəndə onu sürəkli bir öskürək tutdu. Nə qədər elədi saxlaya bilmədi öskürəyini: elə bil, sinəsinə acı tüstü doldurmuşdular. Gözləri yaşardı.
Bu zaman Cumanın səsi eşidildi:
– Ə, müəllim, çuxotkasan sən?
– Yooxx. – deyə Nəzər nəfəsini dərib gözlərinin yaşını silə-silə cavab verdi. Səsindəki yazığlığı özü də hiss eləyib sıxıldı, büzüşdü. Əlindəki torbası sürüşüb yerə düşdü. Uzanmış kişi əl atıb torbanı üstdən yoxladı: Nəzər o saat hiss elədi ki, yemək axtarır.
– Heç nə yoxdu. – dedi. Uzanmış adam azca kənara çəkilib böyründə ona yer verdi: Nəzər bu sözsüz təklifi başa düşüb çömbəltmə oturdu. Havası çatmırdı, boğulurdu. Köynəyinin yaxasını açdı. Yox, faydası yox idi: nəfəsi tıncıxırdı. Canının hayında ikən Cumanın amiranə səsini eşitdi:
– Ə, məəllim, nə qədər pulun var?
– …
– Sənnənəm ey. Eşitmirsən?
Nəzərin şalvarının dal cibində iki yüz manatı var idi: yatıb qalxanda Tapdıq ovcuna basmışdı, «Lazım olar» - demişdi.
– Ə, Maşalla, bu məəllim deyəsən kardı. Dur, onun o şalvarının dal cibindəki o pulları çıxart, gətir bura! – deyə Cuma divar dibində mürgü vuran adama sarı baxdı. O, ayağa qalxanda Nəzər gördü ki, ucaboy, şaqqalı, gözləri cin gözü kimi qaynayan bir adamdı. Ağır addımlarla ona tərəf gələndə uzanmış arıq kişi yavaşca pıçıldadı:
– Nəyin varsa, ver. Əgər döyülmək istəmirsənsə…
Maşalla deyilən adam ona çatıb heç nə demədən qolundan tutaraq qaldırdı. Cuma deyən kimi, əlini Nəzərin şalvarının dal cibinə salıb bükülü səkkiz iyirmi beşliyi çıxartdı, pullara baxıb qımışdı, təzədən çiynindən basıb oturtdu və geri dönüb əlindəkini Cumanın qabağına qoydu. Cuma kartları yerə atıb pulu saydı, əlini bığına çəkib qımışdı və üzünü Nəzərə tutub:
– Hm. Pis döyül, məəllim. Sənin maaşını kəsdim: hər ay bu qədər verəcəksən. Başa düşdün? Ya təkrar eləyim?
– …
– Ə, Maşalla, deyəsən o məəllim başa düşmədi. Onu başa sal.
Uzanmış adam tez pıçıldadı:
– Denən başa düşdüm. Yoxsa o döyəcək səni…
– Başa düşdüm – dedi tələsik Nəzər. Çünki döyülməkdən qorxurdu. Ömründə ilk dəfə Nəzəri Xuduş döymüşdü – həyatı boyu kimsəyə, hətta ən cığal, ipə-sapa yatmayan şagirdinə belə bir çırtma vurmağa əli qalxmamış Nəzərin ürəyindən elə o gecə – rayon milisinin saxlama otağında dünyanın əşrəfi sayılan insanın eyni zamanda necə də qəddar və hələ yetkinləşməyən bir varlıq olduğu fikri keçmişdi. Ancaq o, bu bəd və naqis düşüncəni özündən, içindən kənara qovmağa, unutmağa çalışdığı günlərdə – onu danışdırmağa apartdırmış müstəntiq Hilalovun da eynən Xuduş kimi hərəkət etdiyini - onu, o təmiz, o günahsız, o qəlbi insaf və ədalət hissiylə dolu olan adamı döydüyünü, təmkinlə, səbirlə danışmaq əvəzinə, əliylə, təpiyiylə vura-vura zorla protokola qol çəkdirməyə çalışdığını görəndə həmin məşum və sarsıdıcı fikir yenidən beynində, ürəyində yurd salıb qalmışdı. Hilalov sonrakı istintaqlarda Nəzəri o qədər vəhşicəsinə döymüşdü ki, onun gəldiyini hiss eləyəndə, addım səsi eşidəndə yazıq kişi şaxta altında qalmış üryan adam kimi əsirdi, hətta lap axıra yaxın o boyda kişi özünü taxta çarpayının altına təpirdi. İndi, böyründə uzanmış adam-hər kim idisə xeyirxah insan idi - astaca: «Denən başa düşdüm. Yoxsa döyəcəklər səni» - deyəndə, neçə vaxt bundan qabaq Xuduşun və Hilalovun onun başına, qarnına, qabırğalarına rəhimsizcəsinə endirdiyi o bihuşedici ağır zərbələrin ağrlarını vücudunda təzədən hiss eləyib təzədən əsməyə başlayan Nəzər dərhal, demək olar ki, heç nə düşünmədən cavab verdi:
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-dunyani-tani-dorduncu-hisse-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vaxt dolanıb keçdikcə Sərdar Məhəmməd bir tərəfdən hakimiyyətin ona bəxş etdiyi səadətdən, geniş imkanlardan, hamının onun qarşısında ikiqat olub əyilməsindən, sahibi-ixtiyar olmasından əvəzsiz bir nəşə alırdısa, digər tərəfdən daimi qorxu içində yaşaması kefinə soğan doğrayırdı. Hakimiyyəti çox asan ələ almışdı, ancaq görünür, onu əldə saxlamaq o qədər də asan deyilmiş. Uzun illər yüksək dövlət vəzifələrində çalışan, məmləkətin həm iqtisadi, həm də siyasi vəziyyətini çox gözəl bilən rəisi-cümhur anlayırdı ki, şahı qovmaq, məmləkəti cümhuriyyət elan etməklə mövcud vəziyyəti dəyişmək, artıq oyanmış, öz haqqını-hüququnu az-çox dərk etmiş və daha yağlı vədlərə inanmadığından tez-tez küçələrə çıxan, müxtəlif tələblər irəli sürən camaatı sakitləşdirmək mümkün deyil. Məhz bu fikir Sərdar Məhəmmədin canına gizli bir qorxu salırdı. O, yaxın adamları ilə tez-tez məsləhətləşsə də, ağıllı bir tədbir söyləyən adama rast gəlməyib məyus olurdu, belə hallarda çox vaxt təkbaşına qərarlar qəbul edir və onun yerinə yetirilməsinə çalışırdı. Əlində olan məlumatları saf-çürük eləyəndən sonra bu qənaətə gəlmişdi ki, bütün bu nümayişlərin — müzahirələrin yeganə təşkilatçısı və ilhamvericisi hezbi-demokratexəlqi-Əfqanıstandır. Bu, gizli fəaliyyət göstərən, gözəgörünməz orduya, puhəntuna, müxtəlif müəssisələrə uzanan təşkilatın, onun rəhbərlərinin işidir və nəyin bahasına olursa-olsun onu tapmaq, məhv etmək, ocağını söndürmək gərəkdir. Belə olmasa məmləkətin nizamı pozulacaqdır. Odur ki, o, lap bu yaxınlarda vəzirə-ümure-daxiləni, rəisesazmane-əmniyyəni yanına çağırıb xeyli danladıqdan sonra, onları hezbin əsas başçılarını nə cür olursa-olsun, tapmaq, həbs etmək, cəmiyyətin müzür ünsürləri kimi xalqın gözü qabağında mühakimə edib güllələmək tapşırığı vermişdi. Daha başqa çıxış yolu yox idi — təşkilat getdikcə güclənir, nufuzu artırdı, əgər indi qarşısı alınmazdısa, sonra geç olacaqdı. Rəise-sazmane-əmniyyə general Əmir xan günortadan sonra rəisi-cümhurun qəbuluna gəlmişdi. Generalın yaşı altmışı haqlamışdı, başında bir dənə də qara tük yox idi, buna baxmayaraq,o, qəddini dik tutub həmişə şax yeriyərdi. Xırda, yanı qırışlarla örtülmüş gözlərində daim gizli bir təbəssüm gəzirdi. Tədbiri, ağlı, çevikliyi ilə adi zabitlikdən bu rütbəyə qalxmışdı. Sərdar Məhəmməd onu gəncliyindən tanıyırdı və təsadüfi deyildi ki, onun bacarığına inanıb bu işi əsasən ona həvalə etmişdi.General Əmir xan iki gün geçə-gündüz evə də getməmişdi, elə idarədə yatmışdı, ancaq çox iş görmüşdü. Hezbin fəaliyyəti rəhbərləri, əsas nüfuzlu üzvləri barədə illərlə açıq-gizli xəfiyyələrin müxtəlif vaxtlarda yazıb təqdim etdiyi məlumatlar əsasında bir səhifədən ibarət siyahi tərtib etmişdi; bu siyahidə Nur Məhəmmədin, Bəbirin, Mir Əkbərin, Şəfinin, Süleyman Layiqin, Ziyaülhəqtin və başqalarının adı yazılmışdı, səhifənin lap axırında Elməddinin adı qeyd olunmuşdu. Başqa bir-kağızda isə onları ələ keçirmək planı xırda xətlə, təfsilatı ilə şərh olunmuşdu.
Dördüncü hissə, on birinci fəsilŞahin neçə gün bundan qabaq gəlib gedəndən, Əfsanə pərişan və pəjmürdə halda o ittihamedici şeri oxuyandan, vəsiyyətini eləyəndən sonra Elməddinin ürəyi alt-üst olmuşdu. Qorxmuşdu. Əfsanənin danışığından belə yəqin eləmişdi ki, o daha dözə bilmir, daha belə yaşamaq ağır və mənasızdı, yəqin elə buna görə də özünü öldürmək fikrinə düşüb. Bu qorxu qəlbinə yol tapandan sonra Elməddin çaşqın halda iki-üç dəfə Əfsanə ilə söhbət eləmək, onu başa salmaq, o qorxulu qərardan onu daşındırmaq istəmişdisə də, bir nəticəsi olmamışdı — çünki Əfsanə dinləməmişdi onu, qəhər içində boğula-boğula yanından getmişdi.Elməddin aralarında olan həmin söhbəti, çarəsiz qalıb Siminə açmışdı, heyrətlənən arvadına tapşırmışdı ki, Əfsanəni mümkün qədər tək qoymasın, nə vasitə ilə olursa-olsun, başını qatsın, bəlkə o, bu fikrindən daşındı. O vaxtdan Elməddin də, Simin də bir növ Əfsanənin gizli nəzarətçilərinə çevrilmişdi. Simin də, Elməddin də həqiqətən göz qoyub görürdülər ki, Əfsanə əvvəlki Əfsanə deyil, — onun içində nə isə qırılıb, sınıb dağılıb: baxışları da, səsi də qəmli olub. Həmişə xəyal aləmindədi, hər şeyə donuq və mənasız nəzərlərlə baxır. Söz deyəndə çox vaxt eşitmir. Siminin «axı sənə nə olub bacı?» — deyən sorğu-suallarını «heç» deyə cavabsız qoyur. Beləliklə, Şahin gəlib-gedəndən sonra, evdə son dərəcə gərgin bir vəziyyət yaranmışdı. Hər gün, hər saat nə isə dəhşətli bir hadisə olacağını gözləyirdilər. Elməddin hər dəfə evə dönəndə qorxa-qorxa həyətə girirdi, Əfsanəni sağ-salamat görəndə rahat nəfəs alırdı.
Dördüncü hissə, on ikinci fəsilZərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.
Dördüncü hissə, on üçüncü fəsilƏfsanənin qəm qüssə ilə dolu ömür kitabına bu qara gün də yazılıbmış. Gözünün ilk ovu olan, sönməz, qaralmaz bir məhəbbətlə sevdiyi, taleyinin hökmü ilə ayrıldığı vüsalının həsrətindən şəvə saçlarına dən düşən, uzun illərin ayrılığından sonra tapdığı, ancaq yenə həsrət qaldığı, «yenə qardaş namusu» ehkamını qırmayan, təmizliyi, mərdliyi üzündən öz istəklisini bir dəfə qardaşına «verən», bir dəfə Şahinə «təklif eləyən», yerdən-göydən, bəxtindən küsdüyünə görə «etibarsız, vəfasız» adlandırdığı və çiynində o dünyaya getmək arzusunu ağlaya-ağlaya bildirdiyi əziz Elməddinini öz əllərilə torpağa tapşırmaq da bu kədərli ömür dastanının bir səhifəsi olmalı imiş, sən demə....Əfsanə gözünü açdı, ayağa qalxdı, taqətsiz halda, ürəyi çırpına-çırpına, bayaq gördüklərinin yuxu olmasını arzu edə-edə... Elməddinə yaxın gəldi. Yox, o qan içində idi. Əli sinəsinin üstünə düşmüşdü. Gözləri açıq idi, ancaq qanla dolmuşdu. Əfsanə titrək əlini toxundurdu — əli soyumuşdu. Sanki indi o, Elməddinin öldüyünü başa düşdü və tələsik qolunu silkələməyə, onu oyatmağa çalışdı. Qışqırdı: