Страница 2 из 2 · 50%

Dünya xanım qalxdı, stolun üstünü yığışdırdı. Artıq oyanmış uşağı açıb təzədən bələdi, çarpayının qırağında oturub əmizdirdi. Nəcməddin hələ oyanmamışdı. Körpə yeyib doyandan sonra kefi kökəlmişdi , balaca totuq əlini uzadıb anasının brilyant qaşlı sinəbəndini oynadırdı, anasına baxıb qımışırdı, oynamaq istəyirdi. Dünya isə ona məhəl qoymurdu, öz aləmində idi.

Saat on birə işləyəndə Nəcməddin ayıldı. Durub divandaca oturdu. Təəccüblə üst-başına baxdı, paltarlı yatdığını indi xatırladı. Dünya çarpayının qırağından tərpənmədən matdım-matdım ərinə tamaşa eləyirdi. Kişinin gözləri qan çanağına dönmüşdü, üzünün rəngi bomboz idi, ağ saçlarından azca seçilirdi. Elə bil harda olduğunu yadına salmağa çalışırdı. Evə, dər-divara diqqətlə baxırdı, sanki birinci dəfə idi bura düşmüşdü. Nəzərlərini fırlayıb divardakı şəklinin üstündə saxladı, yad adama baxırmış kimi xeyli süzdü və mənalı-mənalı başını bulayıb ürəyində pıçıldadı: «Bəli, sən də belə, ağayi Nəcməddin!»..

Dünya xanım qalxıb ehmalca uşağı beşiyinə qoydu və ərinin yanına gəldi. Sözsüz-sovsuz yanında oturdu. Əbdülün yoxa çıxmağı xəbərini ona özü deməyincə əvvəlcədən qərarlaşdırdığından kəlmə kəsmədi. Əlini ərinin saçlarına gəzdirəndə elə bil Nəcməddin ayıldı, çönüb yanakı Dünyaya baxdı. Və elə həmin anda axşam sərxoş Əbdülün dediyi sözlər beynində, qulağında səsləndi. «Mənə heç nə olmayıb, hər nə olub sənə olub... Özüm öldürəcəyəm. ...Dünyanı da, kürəni də. Əvvəl-əvvəl telefonu öldürəcəyəm. Çünkn günahkar odu». Səsləndi bu sözlər, Nəcməddinin bədənini soyutdu. «İlahi, mənə hələ səbir ver!» — dedi ürəyində dişlərini bir-birinə sıxıb xırçıldada-xırçıldada. Sonra heç bir şey olmayıbmış kimi, Dünyaya baxıb gülümsündü və peşman-peşman:

– Axşam yaman çox içdik! — dedi.

– Gör nə qədər içibsən ki, burda paltarlı yatıbsan, — dedi Dünya xanım. — Mən dedim ki, bu qədər içməyin. Dəli olarsız.

– Nə isə... Əbdülün içmək həvəsi vardı. Mən də qoşuldum ona.

– Ay Əbdülün boynu sınsın... Elə bil dünən əzizləri yadına düşmüşdü. Elə hey içirdi, su kimi içirdi.

– Hm...

– Bir də onunla içmə, Nəcmi. Axı harda görünüb nökər ağası ilə bir süfrədə oturub yeyib-içsin? Nökərin nökər yeri var, ağanın ağa. Bunu eşidən, bilən olsa, bizə gülər. Vallah gülər. Onu sən çox qudurtmusan.

Hə, düz deyirsən. — Nə fikirləşdisə üzünü Dünyaya tutdu. — Get onu çağır bura, görək ona nə olmuşdu dünən. Ona nə isə olmuşdu dünən... — Dünya durub getdi, on dəqiqə keçməmiş qayıdıb gəldi:

– Yoxdu Əbdül.

– Necə yoxdu? — Sakitcə soruşdu.

– Yoxdu da. Nə hücrəsində var, nə həyət-bacada. Nəcməddin soyuqqanlıqla:

– Yəqin harasa gedib, gələr! — dedi.

– Gəl, çay-çörəyini ye! — Dünya xanım dilləndi.

– Yemirəm hələ. İştaham yoxdu.

Qalxdı, ləngərli addımlarla eyvana çıxdı. Özü də bilmədən, qeyri-iradi qonşu həyətə, darvazaya göz gəzdirdi. Kimsə yox idi. Ev əfiləşdi nəzərində. Xəyalında ev alışıb-yandı. Nəcməddin nə isə gizli bir nəşə duydu. Sonra o kürən oğlanı, dünənəcən küçədə, yolda tumançaq gəzən o; «gədəni» xatırladı. Lap bu yaxında görmüşdü onu. Evə gələndə. O, darvaza ağzında dayanıb maşınını silirdi. Eyvandan ölçüb-biçdi — maşın bax orda, qapının qənşərində dayanmışdı. Buradan, bu eyvandan aydın görünurdü ora. «Yəqin Dünya burdan himcim eləyib. Ya da o buna. «Telefonu öldürəcəyəm!» Niyə telefonu? «Hə, o günahkardı». Demək telefonla da danışırmışlar. Yox, elə ancaq telefonla danışa bilər. Cəsarət edib bu həyətə gələ bilməz, bu da evdən çıxa bilməz. Nə bilmək olar?! Bəlkə də...» — Sonra içəri keçdi. Qırmızıdəstəkli telefonun yanında dayandı, baxdı, baxdı. «Kaş sənin yaddaşın olaydı, tedefon. Danışılanları yadında saxlaya biləydin, səni danışdıra bilərdim, telefon. Mənə də Nəcməddin deyərlər! Yox, bunların heç biri düz ola bilməz. Əbdül özündən uydurur. Dünya mənə xəyanət eləyə bilməz, heç vaxt eləməz. Burda nə isə bir sirr, bir müəmma var. Dünyadan soruşsam, boyun almaz, hələ məni borclu da çıxarar. Utanmırsan? — deyər. Yox, onu qətiyyən duyuq sala bilmərəm. Əgər varsa, kec-tez ilişəcək. Səbirli ol, Nəcməddin, səbirli ol».

O, qayıdıb beşiyin başında dayandı. Balaca Nəcməddin atasınınkı kimi uzun kirpikləri altında parıldayan xırda gözlərini ona sarı çevirdi və gülümsündü.

«Hə, belə-belə işlər, oğul... Sən nə deyirsən bu işlərə, ağayi Nəcməddin? Ya sənin hələ dünyadan xəbərin yoxdu? Olmasa yaxşıdı, oğul. Dünya murdar dünyadı. Allah əvvəl sənə rəhm eləsin, sonra mənə. Sənin taleyin deyəsən uğursuzdu, bala. Alnına nə yazılıb, bilmirəm. Ancaq ürəyim hiss eləyir ki, sən deyən yaxşı şey yazılmayıb. Gülürsən. Bilmirsən mən nə çəkirəm, ürəyim partlayır. Bilsəydin, gülməzdin, ağlardın, oğul, ağlardın. Çünki həqiqətən atanın taleyi ağlamalıdı, çox ağlamalıdı». Beşiyin yanından çəkildi.

Siqaret yandırdı. Yanğısı sönmədi. Çıxıb həyət-bacanı dolandı, yenə qayıtdı:

– Özümü pis hiss eləyirəm, yer sal, yatacağam, — dedi Dünya xanıma və soyunub yatdı...

Axşamacan gözlədilər, Əbdül gəlib çıxmadı. Dünya xanım bərk nigaran olsa da, içəridə çəkir, üzə vurmurdu nigarançılığını. Nəcməddinin isə sanki heç vecinə deyildi. Gecə saat on ikiyə işləyəndə yatmağa hazırlaşarkən Dünya kədərli-kədərli dedi:

– Gəlmədi.

Nəcməddin laqeyd halda:

– Cəhənnəmə gəlsin, gora gəlsin! — dedi. — Gəlsə də qovacağam, qoy rədd olub getsin... Dünya kəlmə də kəsmədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, altıncı fəsil

Sən demə, bu cah-calallı imarətdə, gül-çiçəkli həyətdə bir gizli məhəbbət də yaşayırmış. Sən demə, zər-ziba içində süslənən, gözəlliyi ürəklər sızıldadan, gözlərinin dərinliyində bir günahsız körpə məsumluğu gizlənən Dünya etibarsız imiş, vəfasız imiş. Sən demə, həyatda qul kimi yaşamaq üçün yarananlar, məhəbbətdə hakim ola bilməzmişlər, eləcə qul olarmışlar... Sən demə......Nəcməddinin maşını tini burulub səsi eşidilməz olan kimi Dünya xanım eyvana çıxdı, əvvəl hasarın o tərəfindəki xanimana gözucu baxdı, kürən oğlanı görməyib öz həyətlərinə boylandı. Əbdül darvazanı içəridən bağlayırdı. Çönəndə onu elə bil ildırım vurdu: Dünya xanım eyvanın sütununa söykənmişdi. Heykələ oxşayırdı: ağ mərmərdən yonulmuş heykələ. Uzun saçının birini sol çiyni üstündən aşağı salmışdı, yaraşıqlı sifəti ağ paltarından seçilmirdi. Hərəkətsiz halda dayanıb Əbdülə tamaşa eləyirdi. - Əbdül onu şəfaxanadan çıxandan bəri, bu ay yarım ərzində hələ belə ağıllı-başlı görməmişdi. İmkan olmamışdı, çünki Nəcməddin evdən çıxmamışdı, dayə kimi arvadına, uşağına qulluq eləmişdi. Həsrət, gözəl Dünya ilə kəlmə kəsmək, onun məlahətli səsini doyunca eşitmək arzusu Əbdülün ürəyini titrədirdi; o, itiyi itmiş adam kimi, divanə kimi həyət-bacada gəzir, boğazından çörək ötmür, gözlərinə yuxu gəlmirdi. Gecələr, ərarvad öz otaqlarına çəkilib yatandan sonra o da öz hücrəsinə girib yatmaq əvəzinə, arxa hasarın dibinə çəkilir, tül pərdə çəkilmiş pəncərə dalında Dünyanın kölgəsini belə görmək ümidilə saatlarla oturub nəzərlərini o işıqlı pəncərədən ayırmırdı. Açıq havada olmasına baxmayaraq boğulub təngnəfəs olurdu; ürəyi az qalırdı partlasın. Elə əzabla yaşayırdı ki, ölmək bundan yaxşıdır. Qabaqlar, hələ Nəcməddinin evində işləməyə gəlməmişdən qabaq, ac qaldığı, soyuğa düşdüyü, ölümlə pəncələşdiyi vaxtlar az olmamışdı. Ancaq o əzablar bunun yanında toy-bayram imiş, heç əzab da deyilmiş. Görəsən, Dünya xanım da onun üçün belə darıxırdımı? Oxşamırdı, çünki o, heç bir təlaş keçirmir, sanki Əbdülü heç görmürdü. Elə bil o, heç bu həyətdə yox idi, yaşamırdı burda. Bircə dəfə də olsun onun halını soruşmağa, bir xoş söz deməyə can atmamışdı Dünya xanım. «O məndən çox-çox ağıllıdı, yəqin belə lazımdı» — deyə özünə günlərlə, həftələrlə təskinlik verən Əbdülün bu gün lap səbir kasası dolmuşdu, hövsələsi bir tikə olmuşdu.

14 мин
Üçüncü hissə, yeddinci fəsil

Bir-birinin vüsalından sehrlənib məst olandan, Dünya xanım öz yatağında, Əbdül isə öz hücrəsində ikilikdə keçirdikləri o xoş anların xəyalatına dalandan sonra bütün həyətdə qəribə bir səssizlik yarandı. Hər şey — hərdən hürən it də, aramsız quruldaşan köyərçinlər də, ara-sıra qaqqıldaşan toyuq-xoruz da, qəfəsdəki dil-boğaza qoymayan bülbül də bu iki bəxtəvər adamın düşüncələrini, xəyallarını dağıtmamaq, pərən-pərən salmamaq üçün sanki qəsdən susmuşdu. Dünya xanım da, Əbdül də azca əvvəl yaşadıqları o sehrli, şeriyyət dolu aləmin gözəlliyinə dalıb bir-biri haqqında düşünürdü. Və bu düşüncələr gah təmiz niyyətlə sevən ürəyin çırpıntıları kimi səmimi, şirin olurdu, gah da hiylə və məkr donuna, qısqanclıq alovlarına bürünub əfi ilana dönür, gözəl duyğular üstündə qərar tutmuş bu məhəbbəti zəhərləyib boğmaq istəyirdi.Səmimiyyət olmayan yerdə məhəbbət yaşaya bilmir. Səmimiyyət məhəbbətə inam, qol-qanad verir, onu böyüdur, ülviləşdirir. Bu həqiqəti Dünya xanım, cavan olsa da, qadınlıq sövq-təbiisi ilə anlayırdı və bu hisslərini indiki yarıbihuş, yarıayıq halında götür-qoy edərək bu qənaətə gəlirdi ki, Əbdül onun üçün əzizdi, şirindi, ləzzətlidi. Ancaq nə olsun? İkisi də keçmişləri etibarilə eyni olsalar da, indi aralarında Nəcməddinin sayəsində dərin bir uçurum var. Dünya uca bir dağın başında dayanıb, Əbdül isə ətəyində. Əbdül hamının gözü qabağında öz ləyaqətilə, zəhmətilə, Dünyasının qərar tutduğu o dağın başına, sevgilisinin vüsalına qovuşmaq üçün çıxa bilməz — bu, onun imkanı xaricindədi. Əbdül ancaq gizlicə, oğrun-oğrun oraya dırmaşa bilər, qısamüddətli, qorxulu-təhlükəli bir görüşdən sonra, yenə gizlicə, heç kəs görməsin deyə sürünə-sürünə aşağılara, öz hücrəsinə qayıda bilər. Dünya milyoner xanımıdı, Əbdül nökərdi, quldu. Dünya xanım camaatın gözü qabağında, zahirdə onunla ancaq bir nökər kimi rəftar etməliydi. Əbdül də həmçinin — ona, onsuz da taleyin qəribə hökmü ilə qul olduğu Dünya xanıma ağa xanımı kimi baxmalıdı, ehtiramını saxlamalıdı. Ona açıq-aşkar bir sevgili kimi baxa bilməz, bu onun həyatı bahasına başa gələr.

16 мин
Üçüncü hissə, səkkizinci fəsil

Və hərlənib yenə beşiyin yanına qayıtdı. Körpə Nəcməddin arxası üstə, şirincə uyumuşdu. Seyrək qaşlarını, böyüklərə məxsus bir ədayla, nəsə ciddi bir şey fikirləşirmiş kimi, çatmışdı. Xırdaca dodaqları, uzunsov çənəsi arabir tərpənir, ancaq gözlərini açıb baxmırdı. Nəcməddin ürəyinə sığışmayan qürurla uşağına tamaşa eləyir, doymaq bilmirdi. «Kaş tez böyüyəydin, əlindən tutub gəzdirə bileydim, məclislərə apara bileydim və hamıya deyə bileydim ki, baxın, bu mənim canım-ciyərim, arxam-dayağım, hurilər hurisindən olan oğlumdu, mənim canişinimdi!» — deyə düşünür, fərəh içində gah beşiyin bu böyründən, gah da o biri böyründən dünyadan xəbərsiz halda yatan çağaya baxmaqdan usanmırdı. Nəhayət, uşaq gözünü açdı, başının üstündə dayanan adama diqqətlə nəzər salıb nə üçünsə gülümsündü.– Niyə gülürsən, oğul? — Nəcməddin böyük adamla danışırmış kimi xəbər aldı, o isə təbii ki, cavabsız buraxdı bu sualı. Kişi şəhadət barmağını onun zənəxdanlı çənəsinə toxundurub dedi: — Demirsən niyə gülürsən? Daha maşallah yekə kişisən. Bu gün bu qoca dünyada düz qırx gündü yaşayırsan. Bizim uşaqlığımız ayrı zəmanəyə düşüb — avamlar zəmanəsinə. Amma indi dünya tamam dəyişib, oğul. Gərək bu qırx gündə sən çox şey öyrənmiş olaydın. Heç olmasa danışmaq öyrənəydin. Bax, bayaq xoşum gəldi səndən, filosof kimi qaşlarını düyüb fikirləşirdin. Fikirləşə bilirsən demək! Fikirləşə bilirsən, onda danışa da bilərsən demək. Heç olmasa mənim kimi adamın oğlu olduğun üçün gərək danışmağı bacarasan, bala. Gözlərini yaxşı aç, mənə — öz doğma atana yaxşı-yaxşı bax, məni tanı. Mən sənin arxanda dağ kimi dayanmışam. Sabah ölsəm belə, yenə sənin arxanda durmuşam, bala. Ad-sanımla, dostlarımla, var-dövlətimlə. Zirək ol, heç kəsdən utanma, heç kəsdən qorxma. Od parçası ol, odun içindən pul götürməyi bacar, bala. Aciz olsan, səni yeyəcəklər, ayaqlar altında tapdalayacaqlar. Bir fransız dahisinin yaxşı kəlamı var: «Ot olub yeyilməkdənsə, qoyun olub yemək yaxşıdır». — Bu zaman körpənin harası ağrıdısa, üz-gözünü turşutdu, başını buladı, ata buna ayrı məna verdi: — Hə, nədi? Razı deyilsən bu fikrimlə? Deyirsən yəni qoyunu da yeyərlər?.. Hə, düz deyirsən, afərin, oğul. Bax, burasını fransız dahisi düşünməyib…

12 мин
Üçüncü hissə, doqquzuncu fəsil

Əbdül dünən Dünya xanımın gizli və oğurluq vüsalından nə qədər xoşbəxt və məst idisə, üstündən cəmi bircə gün keçməmiş, bu gün, yarımca saat bundan əvvəl bir o qədər, bəlkə də ondan on qat çox bədbəxt və miskin olmuşdu. Elə bil, Dünya xanım bircə gecənin içində tamam dəyişmişdi, keçən günkü mehribançılığından, nəvazişindən, məhəbbətindən bir zərrə də qalmamışdı, şən, bəxtəvər o qadından əsər-əlamət qalmamışdı; sanki Əbdülün qabağında Dünya xanımın qiyafəsində, libasında olan, onu əsla tanımayan yad və şübhəli bir qadın dayanmışdı. Qaş-göz, saçlar, dodaqlar Dünya xanımın idi, amma ürək yox; Əbdül heyrət içində idi.Bu gün səhər ağayi Nəcməddini yola salıb darvazanı möhkəm bağlayan Əbdül, aranı xəlvət görüb dünənki səadəti bir də, təzədən yaşamaq, ləzzət almaq üçün yuxarı qalxmaq istəyəndə Dünya xanım pilləkən başında, gözlənilmədən əlinin işarəsi ilə onu saxlayıb üstünə çımxırmışdı:

28 мин

Стихи других поэтов