Üçüncü hissə, səkkizinci fəsil
Страница 1 из 2
Və hərlənib yenə beşiyin yanına qayıtdı. Körpə Nəcməddin arxası üstə, şirincə uyumuşdu. Seyrək qaşlarını, böyüklərə məxsus bir ədayla, nəsə ciddi bir şey fikirləşirmiş kimi, çatmışdı. Xırdaca dodaqları, uzunsov çənəsi arabir tərpənir, ancaq gözlərini açıb baxmırdı. Nəcməddin ürəyinə sığışmayan qürurla uşağına tamaşa eləyir, doymaq bilmirdi. «Kaş tez böyüyəydin, əlindən tutub gəzdirə bileydim, məclislərə apara bileydim və hamıya deyə bileydim ki, baxın, bu mənim canım-ciyərim, arxam-dayağım, hurilər hurisindən olan oğlumdu, mənim canişinimdi!» — deyə düşünür, fərəh içində gah beşiyin bu böyründən, gah da o biri böyründən dünyadan xəbərsiz halda yatan çağaya baxmaqdan usanmırdı. Nəhayət, uşaq gözünü açdı, başının üstündə dayanan adama diqqətlə nəzər salıb nə üçünsə gülümsündü.
– Niyə gülürsən, oğul? — Nəcməddin böyük adamla danışırmış kimi xəbər aldı, o isə təbii ki, cavabsız buraxdı bu sualı. Kişi şəhadət barmağını onun zənəxdanlı çənəsinə toxundurub dedi: — Demirsən niyə gülürsən? Daha maşallah yekə kişisən. Bu gün bu qoca dünyada düz qırx gündü yaşayırsan. Bizim uşaqlığımız ayrı zəmanəyə düşüb — avamlar zəmanəsinə. Amma indi dünya tamam dəyişib, oğul. Gərək bu qırx gündə sən çox şey öyrənmiş olaydın. Heç olmasa danışmaq öyrənəydin. Bax, bayaq xoşum gəldi səndən, filosof kimi qaşlarını düyüb fikirləşirdin. Fikirləşə bilirsən demək! Fikirləşə bilirsən, onda danışa da bilərsən demək. Heç olmasa mənim kimi adamın oğlu olduğun üçün gərək danışmağı bacarasan, bala. Gözlərini yaxşı aç, mənə — öz doğma atana yaxşı-yaxşı bax, məni tanı. Mən sənin arxanda dağ kimi dayanmışam. Sabah ölsəm belə, yenə sənin arxanda durmuşam, bala. Ad-sanımla, dostlarımla, var-dövlətimlə. Zirək ol, heç kəsdən utanma, heç kəsdən qorxma. Od parçası ol, odun içindən pul götürməyi bacar, bala. Aciz olsan, səni yeyəcəklər, ayaqlar altında tapdalayacaqlar. Bir fransız dahisinin yaxşı kəlamı var: «Ot olub yeyilməkdənsə, qoyun olub yemək yaxşıdır». — Bu zaman körpənin harası ağrıdısa, üz-gözünü turşutdu, başını buladı, ata buna ayrı məna verdi: — Hə, nədi? Razı deyilsən bu fikrimlə? Deyirsən yəni qoyunu da yeyərlər?.. Hə, düz deyirsən, afərin, oğul. Bax, burasını fransız dahisi düşünməyib…
Həyətdə eşidilən maşın səsi Nəcməddinin oğlu ilə apardığı bu «söhbəti» yarımçıq qoydu—o, eyvana çıxdı. Gələn Zərrintac xanım idi. Nəcməddin qızının gəlişinə çox sevindi. Onlar pilləkənin başında görüşüb öpüşdülər. Ata əlini qızının çiyninə qoydu, gəlib eyvandakı divanın üstə əyləşdilər. Zərrintac ata evindəki kimi şən və gümrah deyildi. Rəngi solğundu. Nəcməddin ürəyindən keçirtdi: «Qızlar var, ərə gedəndən sonra gül kimi açılır, kefi göynən gedir, xoşbəxtliyindən yerə-göyə sığmır. Elə uzağa getməyək, elə bu bizim Dünya xanımı götürək. Bu da təzə gəlindi, demək olar ki, Dünya da təzə gəlindi. Dünya çiçəkdi deyirsən. Dünya səadət aləmində məst olub elə bil. Yeriyəndə az qalır ayağının altında yer yarılsın. Amma mənim balam... nə isə ərə getdiyi ilk günlərdən boynubükük bənövşəyə oxşayır, üz-gözündən niskil yağır. Axı niyə? Elməddin məgər pis oğlandı? Başa düşən, həssas. Qabiliyyətinə də söz yoxdu. Axı sən özün istəyibsən, qızım. Mən səni zornan ona verməmişəm, közümün işığı. Görürsən, sevmədiyin üçün əlahəzrətin oğluna vermədim səni. Gördüm meylin bunadı. Dedim çörəksiz yaşaya bilərsən, amma ürəksiz yox. Könlün istəyən adamla beş gün də yaşasan, ömürdü, İndi də... belə...»
– Bəs Dünya xanım hanı, qibləgahım? — deyə soruşanda Dünya xanım otaqdan çıxıb onun qabağında dayandı:
– Xoş gəlibsən, Zəri! — dedi və əyilib onun üzündən öpdü. — Necəsən, Zəri?
– Yaxşıyam, sən necəsən? Uşaq nə təhərdi, Dünya?
– Uşaq da yaxşıdı, mən də.
– Bir onu gətir bura, sən allah.
Dünya ərinin üzünə baxıb gülümsündü, sonra içəri keçib çağanı gətirdi.
Zərrintac onu qucağına aldı, qollarının altından yapışıb ayaqlarını dizinin üstünə qoyaraq artıq tamam-kamal oyanmış uşağın gözlərinin içinə baxdı:
– Kuş, kuş. Necəsən, qaqaş? Ay sənə qurban olum. Ay şeytan, gülürsən? Məni tanıdın? Mən sənin bacınam da. Tanımadın? Yox? Eybi yoxdu, böyüyəndə tanıyarsan. Nə qəşəng uşaqdı, ay Dünya, maşallah. Tfu-tfu. Əz çeşmi bəd dur. Ağappaq, maya kimi. Bu ağlıqda belə kimə çəkib, ay Dünya?
Nəcməddin Dünyadan qabaq cavab verdi:
– Ağlıqda anasına, ağılda mənə.
Zərrintac küldü:
– Yaxşı, ağlığı köz qabağındadı, bunu gördük. Bəs ağıllı olduğunu nədən bildin, ay qibləgahım?
– O, sənin xəbərin yoxdu, bir az bundan qabaq ikimiz xeyli söhbət eləmişik. Anası da yatmışdı. Ata-bala ikimiz dünyanın işlərindən danışırdıq...
Söz bura çatanda Dünya qıpqırmızı qızardı və özünü itirmiş halda:
– Mənim? —dedi. Yaxşı ki, nə Nəcməddin, nə də Zərrintac bu an onun üzünə baxmırdı, nəzərləri uşaqda idi. Nəcməddin güldü:
– Sən Dünyanın yox, qadası, ümumiyyətlə bu dünyanın— dedi. — Əvvəl gördüm qaşlarını çatıb dərin-dərin düşüncələrə dalıbdır. Soruşdum nə fikirləşirsən, demədi. Xoşum gəldi. Kişi hər fikirləşdiyini hər kəsə açıb deməz. İnsan öz sirri ilə küclüdür. Sonra buna başa saldım ki, bu dünya belədi, elədi, filan-bəsməkan. Diqqətlə qulaq asdı. Nə hə dedi, nə yox. Bu da xoşuma gəldi. Kişi gərək o dəqiqə hər eşitdiyinə, hər gördüyünə öz münasibətini bildirməsin. Təklikdə otursun, eşitdiyini, gördüyünü saf-çürük eləsin, nəticə çıxartsın, sonra fikrini desin. Ancaq bir yerdə etirazını bildirdi mənim dediklərimə. Dedim, bir fransız dahisi deyib ki, ot olub yeyilməkdənsə, qoyun olub yemək yaxşıdı. Bax, burda oğul bala üz-gözünü turşutdu, başını buladı, demək istədi ki, yox, qoyunu da yeyirlər axırda... Gördüm kişinin oğlu düz deyir...
Balaca Nəcməddin ağladı. Dünya aldı Zərrintacdan uşağı:
– Acıb deyəsən... — dedi anası. Elə ordaca, Zərrintacın böyründə oturub əmizdirməyə başladı. Araya sükut çökdü. Heç kəs dinib-danışmırdı, sanki söz tapmırdılar. Halbuki danışmalı söz-söhbət çox idi. Bu ara başlarının üstdəki qəfəsdə saxlanılan bülbül oxudu. Nəcməddin üzünü Dünyaya tutub xəbər aldı:
– Onun qabına su tökübsən bu gün?
– Hə. Dən də tökmüşəm, su da.
– Onda kefinin köklüyündən oxuyur. — Sonra münasib məqam yetişdiyini duyub Nəcməddin sözü Elməddinin üstünə gətirdi: — Qaldı o biri qəfəsdəki bülbülümüz... — Belə deyib fikrə getdi. Zərrintac utanıb atasının üzünə baxmadı, ancaq Dünya xəbər aldı:
– Doğrudan, Elməddinin işi nə təhər oldu, Nəcmi?
Nəcməddin sədəf təsbehini çevirə-çevirə, ağır-ağır danışdı:
– Bu gün çox ora-bura qaçdım. Əvvəl Vəzarəte-daxiliyyəyə getdim, ağayi vəzirlə öz kabinetində görüşdüm. Sən demə, bilmirmiş ki, o mənim kürəkənimdi. Çox təəssüf elədi, ancaq bir kömək eləyə bilməyəcəyini söylədi. Sonra İstexbarat rəisinin yanına qaçdım, — o, ətraflı danışdı. Sən demə, çoxdan ağayi Rəhgüzər də, onun ruznaməsi də nəzarət altında imiş. Hər addımı izlənirmiş, ruznamənin hər nömrəsi zərrəbinlə yoxlanırmış. Yuxarılarda belə qərara gəliblərmiş ki, əsas məramı nədən ibarətdi. Bu biçarə də xəbərsiz işləyirmiş. Deyir, qırqovul başını kola soxur, amma quyruğundan xəbəri yoxdur. Daha demir ki, indi dovşanı araba ilə tuturlar. Ağayi rəis də bilmirmiş ki, Elməddin mənim qohumumdu. Təəccüb elədi, dedi, ay kişi, sən özün bizim adamsan, bizim hörmətli dostumuzsan — ancaq kürəkənin özgə dəynrmanına su tökürmüş. Bu o deməkdi ki, o elə sabah sənin özünü də yıxıb yerlə yeksan eləməyə hazırdı. Sən nə əcəb bunu başa düşməyibsən? Dedim, vallah, o, yaxşı oğlandı, yaxşı şairdi, rəssamdı. Yəqin onu təhrik eləyiblər, yoxsa onun baş nazirlə nə işi var axı? Dedi bizi onun şeri, rəsmi yox, bunların məfkurəsi maraqlandırır. Yoxsa, şükür allaha, məmləkətdə yüzlərlə şair var, onlarla rəssam var, bəs onları niyə həbs etmirik? Hə, soruşuram da, niyə tutmuruq? Demək, məsələ işin mahiyyətindədir.
Sözün qısası məni başa saldı ki, iş ondan asılı deyil. Anladım ki, əmr çözələnə-çözələnə yuxarılara gedib çıxır. Baş nazir ağayi Nur Əhməd ki Elməddin onun əksini çəkib külli-məmləkətdə biabır eləyib, onun əlindən zəncir çeynəyir. Düşündüm ki, onun yanına getməkdən bir şey çıxmayacaq. «Yüz imama yalvarınca bir allaha yalvar» məsəli yadıma düşdü. Dedim əlahəzrətin yanına gedəcəyəm. Getdim, əhvalatı danışdım. Sən demə, bilirmiş. Güldü. Əlini daz başına çəkib dedi: hə, nə deyirsən, deyirsən yəni bizim kökümüzə balta çalanı açıb buraxaq, bildiyini eləsin? Sən hara baxırsan, kişi? Düşmənin gəlib oturub ocağının başında ki?! Yavaş-yavaş ayağının altını eşir, yurduna su calamaq istəyir. Sən isə yatıbsan, kişi. Mən səni belə bilməzdim. Səni qazdan ayıq hesab eləyirdim. Onların hamısını güllələtdirəcəyəm. Düzü, qorxdum, rəngim qaçdı. Dedim, cavandı, əlahəzrət, keç günahından. Bu dəfə keç günahından, cavandı, başa düşməyib felə gedib. Yoxsa o elə uşaq deyil, çox xahiş eləyirəm. Fikrə getdi, durub gəzindi, sonra dedi ki, qoy bir az burnu ovulsun, sonra buraxarlar. Dedim axı... Zərrintac xanım özünü öldürür...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-efsanesiz-iller-ucuncu-hisse-sekkizinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İki gün idi ki, Dünya xanımı «Şahənşahi» doğum evinə aparmışdılar. Hələ azad olmamışdı. Nəcməddin tez-tez zəng eləyir, tikan üstündə oturmuş kimi rahat ola bilmirdi. Gecələr yatanda da telefonu yanına qoyurdu. Ancaq bir səs-soraq yox idi. Nəhayət, üçüncü gün gündüz saat 12-də doğum evindən şad xəbər verdilər: Dünyanın oğlu olmuşdu. Baş həkim özü zəng eləmişdi. Nəcməddini muştuluqlamışdı. «Oğlan» sözünü eşidən kimi elə bil kişinin qulaqları batmış, beyni uğuldamışdı. Həkimə «muştuluğun məndə!» — deyib tələsik dəstəyi asmış, Əbdülü səsləmişdi, sevindiyindən onu bağrına basıb üzündən öpmüşdü və demişdi:– Oğlum olub, Əbdül. Məni təbrik elə, Əbdül. Oğlum olub, oğlum olub! — Nəcməddin Əbdülü buraxıb qol qaldıraraq süzmüşdü.
Üçüncü hissə, beşinci fəsilHəyətə üç nəfər yad adamın — ikisi mülki paltarda, biri hərbi libasda — girdiyini görən kimi hovuzun dibində qab-qaşıq yuyan Məleykə xanımın dalağı sancdı, bədəninə soyuq tər gəldi, əlləri süstəldi, nazik stəkan daşın üstünə düşüb çilikləndi. O, çömbəltmə oturmuşdu, yad kişilərin gəldiyini görüb ayağa qalxmaq istədi, ancaq bacarmadı. Dursa yıxılacağını hiss elədi. Ona görə yerindən tərpənmədən geniş açılmış gözlərini daş döşəməni tıqqıldada-tıqqıldada ona sarı gələnlərin ayağına dikib qorxu içində gözlədi. Tanış deyildilər, bu evə gəlib-gedənlərə oxşamırdılar. Beş il bundan qabaq da belə adamlar gəlmişdilər, müxtəsər bir söhbətdən sonra Şəfini qabaqlarına qatıb aparmışdılar. Kişi o gedən getmişdi və düz bir ildən sonra üzülmüş, arıqlamış, saçları ağarmış halda qayıdıb gəlmişdi. Bir ilin ayrılığı, həbsxananın ağır şəraiti və həsrət öz işini görmüşdü. Şəfinin ürəyi ağrımağa başlamışdı — hələ də ağrıyırdı, əzablı ağrılar o boyda kişini yumağa döndərirdi. İndi də gəliblər... Məleykə səksəkə ilə qabağında dayanan ucaboy kişiyə baxdı. Kişi salam verdi və arvadın cavabını almadan soruşdu:– Ağayi Rəhgüzər evdədirmi, xanım?
Üçüncü hissə, altıncı fəsilSən demə, bu cah-calallı imarətdə, gül-çiçəkli həyətdə bir gizli məhəbbət də yaşayırmış. Sən demə, zər-ziba içində süslənən, gözəlliyi ürəklər sızıldadan, gözlərinin dərinliyində bir günahsız körpə məsumluğu gizlənən Dünya etibarsız imiş, vəfasız imiş. Sən demə, həyatda qul kimi yaşamaq üçün yarananlar, məhəbbətdə hakim ola bilməzmişlər, eləcə qul olarmışlar... Sən demə......Nəcməddinin maşını tini burulub səsi eşidilməz olan kimi Dünya xanım eyvana çıxdı, əvvəl hasarın o tərəfindəki xanimana gözucu baxdı, kürən oğlanı görməyib öz həyətlərinə boylandı. Əbdül darvazanı içəridən bağlayırdı. Çönəndə onu elə bil ildırım vurdu: Dünya xanım eyvanın sütununa söykənmişdi. Heykələ oxşayırdı: ağ mərmərdən yonulmuş heykələ. Uzun saçının birini sol çiyni üstündən aşağı salmışdı, yaraşıqlı sifəti ağ paltarından seçilmirdi. Hərəkətsiz halda dayanıb Əbdülə tamaşa eləyirdi. - Əbdül onu şəfaxanadan çıxandan bəri, bu ay yarım ərzində hələ belə ağıllı-başlı görməmişdi. İmkan olmamışdı, çünki Nəcməddin evdən çıxmamışdı, dayə kimi arvadına, uşağına qulluq eləmişdi. Həsrət, gözəl Dünya ilə kəlmə kəsmək, onun məlahətli səsini doyunca eşitmək arzusu Əbdülün ürəyini titrədirdi; o, itiyi itmiş adam kimi, divanə kimi həyət-bacada gəzir, boğazından çörək ötmür, gözlərinə yuxu gəlmirdi. Gecələr, ərarvad öz otaqlarına çəkilib yatandan sonra o da öz hücrəsinə girib yatmaq əvəzinə, arxa hasarın dibinə çəkilir, tül pərdə çəkilmiş pəncərə dalında Dünyanın kölgəsini belə görmək ümidilə saatlarla oturub nəzərlərini o işıqlı pəncərədən ayırmırdı. Açıq havada olmasına baxmayaraq boğulub təngnəfəs olurdu; ürəyi az qalırdı partlasın. Elə əzabla yaşayırdı ki, ölmək bundan yaxşıdır. Qabaqlar, hələ Nəcməddinin evində işləməyə gəlməmişdən qabaq, ac qaldığı, soyuğa düşdüyü, ölümlə pəncələşdiyi vaxtlar az olmamışdı. Ancaq o əzablar bunun yanında toy-bayram imiş, heç əzab da deyilmiş. Görəsən, Dünya xanım da onun üçün belə darıxırdımı? Oxşamırdı, çünki o, heç bir təlaş keçirmir, sanki Əbdülü heç görmürdü. Elə bil o, heç bu həyətdə yox idi, yaşamırdı burda. Bircə dəfə də olsun onun halını soruşmağa, bir xoş söz deməyə can atmamışdı Dünya xanım. «O məndən çox-çox ağıllıdı, yəqin belə lazımdı» — deyə özünə günlərlə, həftələrlə təskinlik verən Əbdülün bu gün lap səbir kasası dolmuşdu, hövsələsi bir tikə olmuşdu.
Üçüncü hissə, yeddinci fəsilBir-birinin vüsalından sehrlənib məst olandan, Dünya xanım öz yatağında, Əbdül isə öz hücrəsində ikilikdə keçirdikləri o xoş anların xəyalatına dalandan sonra bütün həyətdə qəribə bir səssizlik yarandı. Hər şey — hərdən hürən it də, aramsız quruldaşan köyərçinlər də, ara-sıra qaqqıldaşan toyuq-xoruz da, qəfəsdəki dil-boğaza qoymayan bülbül də bu iki bəxtəvər adamın düşüncələrini, xəyallarını dağıtmamaq, pərən-pərən salmamaq üçün sanki qəsdən susmuşdu. Dünya xanım da, Əbdül də azca əvvəl yaşadıqları o sehrli, şeriyyət dolu aləmin gözəlliyinə dalıb bir-biri haqqında düşünürdü. Və bu düşüncələr gah təmiz niyyətlə sevən ürəyin çırpıntıları kimi səmimi, şirin olurdu, gah da hiylə və məkr donuna, qısqanclıq alovlarına bürünub əfi ilana dönür, gözəl duyğular üstündə qərar tutmuş bu məhəbbəti zəhərləyib boğmaq istəyirdi.Səmimiyyət olmayan yerdə məhəbbət yaşaya bilmir. Səmimiyyət məhəbbətə inam, qol-qanad verir, onu böyüdur, ülviləşdirir. Bu həqiqəti Dünya xanım, cavan olsa da, qadınlıq sövq-təbiisi ilə anlayırdı və bu hisslərini indiki yarıbihuş, yarıayıq halında götür-qoy edərək bu qənaətə gəlirdi ki, Əbdül onun üçün əzizdi, şirindi, ləzzətlidi. Ancaq nə olsun? İkisi də keçmişləri etibarilə eyni olsalar da, indi aralarında Nəcməddinin sayəsində dərin bir uçurum var. Dünya uca bir dağın başında dayanıb, Əbdül isə ətəyində. Əbdül hamının gözü qabağında öz ləyaqətilə, zəhmətilə, Dünyasının qərar tutduğu o dağın başına, sevgilisinin vüsalına qovuşmaq üçün çıxa bilməz — bu, onun imkanı xaricindədi. Əbdül ancaq gizlicə, oğrun-oğrun oraya dırmaşa bilər, qısamüddətli, qorxulu-təhlükəli bir görüşdən sonra, yenə gizlicə, heç kəs görməsin deyə sürünə-sürünə aşağılara, öz hücrəsinə qayıda bilər. Dünya milyoner xanımıdı, Əbdül nökərdi, quldu. Dünya xanım camaatın gözü qabağında, zahirdə onunla ancaq bir nökər kimi rəftar etməliydi. Əbdül də həmçinin — ona, onsuz da taleyin qəribə hökmü ilə qul olduğu Dünya xanıma ağa xanımı kimi baxmalıdı, ehtiramını saxlamalıdı. Ona açıq-aşkar bir sevgili kimi baxa bilməz, bu onun həyatı bahasına başa gələr.
Стихи других поэтов
Tuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,
Nə yaxşıTorpaqda, səmada sənin nəfəsin,bir yeni nəğmədi səhər, nə yaxşı!
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,