Страница 2 из 2 · 50%

Zərrintac onun sözünü kəsdi:

– Özümü öldürüb-eləmirəm. Niyə elə deyibsən, qibləgahım?

– Orda elə demək lazımdı, qızım.

– Lazım deyildi. Öz cəzasıdı, qoy çəksin...

Nəcməddin ona sarı çevrildi:

– Qızım, sən niyə belə olubsan axı? Elə danışırsan ki, guya Elməddin özgə adamdı? Axı o sənin ərindi, bala, evinin kişisidi, qızım.

– Mən elə kişini istəmirəm, qibləgahım. Elə bircə həbsxanalarda yatanımız əskik idi.

– Axı, bu izdivac sənin öz istəyinlə olub, zornan, hiyləynən olmayıb, bala. Axı mənim gözümdən tük də yayınmaz, görürdüm ki, sən onu istəyirsən. Onu görəndə necə də sevinirdin, özünü xoşbəxt hiss eləyirdin. Mən uşaq deyildim, bunların hamısını görürdüm axı mən? İndi nə olub ki, yazıq oğlan gözündən düşüb. Bəlkə arada elə şey var ki, biz bilmirik, deyə bilmirsən? Mənə demirsən, Dünya xanıma söylə. Axır ki, biz də bilək!!

– Arada heç nə yoxdur, qibləgahım. Sadəcə, əvvəllər xoşum gəlirdi ondan, indi xoşum gəlmir. İndi başa düşürəm ki, qadın hər xoşu gələnə arvad olmağa razılıq verməməlidir.

– Tez qızan tez də soyuyar, buna deyiblər ha. Qəsdin məni bu boyda məmləkətdə biabır, rüsvay eləməkdi, nədi, bala? Axı mən bu xarabada iki-üç kişinin biriyəm, sən bunu başa düşürsən, ya düşmürsən? Sən gərək öz gözlərinlə Rəhgüzərin arvadı Məleykə xanımın ərinin tutulmaq xəbərini eşidəndə düşdüyü vəziyyəti görəydin. Görəydin ki, o arvad necə də ölüb ayaq üstə, necə göz yaşları tökür, necə özünü oda-közə vurub kişinin xilası üçün ora-bura qaçır, kağızlarını gizlədir. Gərək bunları sən öz gözlərinlə görəydin, onda sən— təzə gəlin öz cavan əri haqqında belə biganə-biganə oturub baxmağından bəlkə... — Nəcməddin «utanardın!» — demək istədi, ancaq sözünü uddu və bunu gizləmək üçün ayağa durdu.

Zərrintac isə qıçını-qıçının üstünə aşırıb:

– O, avamdı! — dedi.

Nəcməddin divanın qənşərində ayaq saxlayıb:

– Xeyr, qızım, — dedi, — o sadəcə olaraq sədaqətli qadındı, ərinin, uşaqlarının, nəhayət, öz taleyinin dərdini çəkməyi, sabahı fikirləşməyi bacaran qadındı. Onu avamlıqda günahlandırma, qızım. Əbəs yerə deməyiblər ki, əgər padşah arxasında dayanan sədaqətli ordu ilə basılmazdısa, əsl kişi də evində saxladığı, bir yastığa baş qoyduğu sədaqətli arvadı ilə məğlubedilməzdi. Bu hikmət əsrlərin, qərinələrin sınağından çıxıb gəlmiş bir hikmətdir, bala. O arvad ki Rəhgüzərin var, onu nə həbsxana, nə şahənşah özü sındıra bilməz. Çünki kişinin kürəyinə çox vaxt arxadan, öz evindən, arvadının vasitəsi ilə bıçaq saplayırlar, qızım. Məleykə xanım isə özü kişi kimi arvaddı, sənin düşündüyün kimi avam deyil. Və ümumiyyətlə bu uzun ömrümdə müşahidə elədiyim həqiqət budur ki, bizim zəmanədə mərdlik, sədaqət, dəyanət, təmizlik elə sənin avam hesab elədiyin o adamlarda qalıb, bala. Hiylə bilməzlər, məkr bilməzlər. Mən çox kübar ailələr tanıyıram, bunlarda kişi arvadı, arvad kişini, oğul atanı, qız ananı, ərini elə məharətlə aldadır ki, baxanda gözlərin təəccübdən kəllənə çıxır. Təmizlik, saflıq yoxdur bu ailələrdə. Onların hamısı bu və ya digər dərəcədə mənəvi çirkab içində yaşayırlar, yalan, hiylə içində yaşayırlar. Mən həmişə belə ailələrə nifrətlə baxmışam, qızım və öz ailəmin təmiz olması ilə həmişə fəxr eləmişəm, çünki bundan böyük dövlət, bundan böyük başucalıq yoxdu dünyada, qızım. Mən, sənin atan belə düşünürəm. — Ağayi Nəcməddinin söhbəti bura çatanda, bayaqdan gözlərini ərinin ağzına dikib diqqətlə, maraqla qulaq asan Dünya xanımın baxışları kişinin üzündən sürüşüb ayaqlarına düşdü və o, Nəcməddinin daha nələr dediyini eşitmədi, qulaqlarında onun «kişinin kürəyinə bıçağı çox vaxt arxadan, öz evindən, öz arvadının vasitəsilə saplayırlar, qızım», «öz ailəmin təmiz olması ilə həmişə fəxr eləmişəm, çünki bundan böyük dövlət, bundan böyük başucalıq yoxdu dünyada, qızım!» — sözləri hey təkrar olunurdu. Bu sözlər onun başına çəkic kimi dəyir, ürəyini əzirdi. Ona elə gəlirdi ki, Nəcməddin nə isə bilir, ancaq özünü o yerə qoymur, usta tərpənir «qızım sənə deyirəm, gəlinim sən eşit» yolu ilə Dünyanın bəd əməlini üzünə çırpır. «Aman allah, yəni həqiqətən bilir? Bilsə, mən məhv oldum. Yox, onu mən yaxşı tanıyıram, bilsəydi çoxdan divanməhkəmə qurmuşdu. Bəlkə nə isə hiss eləyir? Onun üçün də bir əsas verməmişəm. Yox, heç bir əsası yoxdur. Olmamalıdı, heç vaxt olmamalıdı. Bu qara qulla da qurtarmaq lazımdı. Onu daha yaxın buraxmaq olmaz, xatadı, başdan-ayağa xatadı. Bu, odla oynamaqdır. O mənə uşaq üçün lazım idi — indi uşağım da var, şükür allaha. Qoy rədd olsun o yana. Amma it oğlu məni çox istəyir, o istəyin qarşısında dayana bilmirəm. Əli mənə toxunan kimi əsməcə tutur məni, hər şeyi — qorxunu da, ölümü də unuduram. Bir tilsimdi köpək oğlu, düşmüşəm, çıxa bilmirəm. Onun məsum uşaq kimi axıtdığı göz yaşlarını — mənim üçün axıdılan o göz yaşlarını görəndə özümü sonsuz dərəcədə xoşbəxt hiss eləyirəm, çünki mənim üçün heç kəs hələ indiyə kimi belə göz yaşları tökməyib, bəlkə sonra da heç kəs məni belə sevməyəcək, əzizləməyəcək. Qəribədi, hərdən arzulayıram ki, Əbdül yatsın, bir daha durmasın, bazara gedəndə maşın vursun onu. Hərdən istəyirəm zəhərləyəm Əbdülü, qoy gəbərsin — sirrimi özü ilə qəbrə aparsın, çünki bu dəhşətli sirrin yeganə şahidi odur, ancaq ürəyim qoymur. Haçansa o mənə lazım olacaq. İnsandı, o da yaşamaq istəyir, onun da ürəyi var. Aman Allah, özün kömək ol mənə, başımı itirmişəm...» Dünya xanım darıxmış, təntimiş halda ayağa duranda Nəcməddin ondan xəbər aldı:

– Düz demirəm, Dünya xanım?

Dünya Nəcməddinin sözlərinin kələfini çoxdan itirmişdi, bilmirdi, eşitmirdi o nə deyir; can qurtarmaq, ərinin zəhmli, nüfuzlu baxışlarından qaçmaq üçün:

– Elədi! — dedi. — Düzdü, tamamilə düzdü. — Və tələsik addımlarla aradan çıxıb otağa keçdi, beşikdə oyanıb qığıldayan körpəni götürüb bağrına basaraq öpməyə, oxşamağa başladı. Uşağı duz kimi yalayırdı, doymaq bilmirdi,

– Allah səni xata-baladan hifz eləsin, mənim balam! — deyirdi.

Eyvanda isə Nəcməddin qızına söyləyirdi:

– Beş-on gündən sonra Elməddini buraxacaqlar, bala. Ağlını yığ başına, əl-ələ verib dolanın. Mənim də çox ömrüm qalmayıb, bilirsən ki, mən səni nə qədər istəyirəm, sən mənim balalarımın gözüsən, qızım. Mənim arzum səni xoşbəxt görmək olub həmişə, gözümün işığı. Elməddindən də nə narazılığın varsa, mənə de, həll eləyim. O oğlan ağıllı oğlandı, onunla dil tapıb danışmaq olar. Təmiz uşaqdı, lotu-potu deyil, hələ korlanmayıb — hiylədən, məkrdən uzaqdı. Burunlama onu, evdən-eşikdən, özündən soyutma. Əvvələn bunu öz xoşbəxtliyin üçün eləməlisən. İkincisi də, mənim ad-sanımı nəzərə almalısan, qızım. Unutmamalısan ki, sən Həsənin, Hüseynin qızı yox, ağayi Nəcməddinin qızısan. Sənin üstündə mənim adım var, bala. Bu addan sən heç yana qaça bilməzsən. Danışdıq? Ümid edirəm ki, sən məni başa düşdün, eləmi? — Belə deyib o, qızının saçlarını tumarladı, alnından öpdü. Zərrintac xanım ah çəkib atasını kədərləndirməmək üçün sifət dolusu gülümsündü.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, dördüncü fəsil

İki gün idi ki, Dünya xanımı «Şahənşahi» doğum evinə aparmışdılar. Hələ azad olmamışdı. Nəcməddin tez-tez zəng eləyir, tikan üstündə oturmuş kimi rahat ola bilmirdi. Gecələr yatanda da telefonu yanına qoyurdu. Ancaq bir səs-soraq yox idi. Nəhayət, üçüncü gün gündüz saat 12-də doğum evindən şad xəbər verdilər: Dünyanın oğlu olmuşdu. Baş həkim özü zəng eləmişdi. Nəcməddini muştuluqlamışdı. «Oğlan» sözünü eşidən kimi elə bil kişinin qulaqları batmış, beyni uğuldamışdı. Həkimə «muştuluğun məndə!» — deyib tələsik dəstəyi asmış, Əbdülü səsləmişdi, sevindiyindən onu bağrına basıb üzündən öpmüşdü və demişdi:– Oğlum olub, Əbdül. Məni təbrik elə, Əbdül. Oğlum olub, oğlum olub! — Nəcməddin Əbdülü buraxıb qol qaldıraraq süzmüşdü.

10 мин
Üçüncü hissə, beşinci fəsil

Həyətə üç nəfər yad adamın — ikisi mülki paltarda, biri hərbi libasda — girdiyini görən kimi hovuzun dibində qab-qaşıq yuyan Məleykə xanımın dalağı sancdı, bədəninə soyuq tər gəldi, əlləri süstəldi, nazik stəkan daşın üstünə düşüb çilikləndi. O, çömbəltmə oturmuşdu, yad kişilərin gəldiyini görüb ayağa qalxmaq istədi, ancaq bacarmadı. Dursa yıxılacağını hiss elədi. Ona görə yerindən tərpənmədən geniş açılmış gözlərini daş döşəməni tıqqıldada-tıqqıldada ona sarı gələnlərin ayağına dikib qorxu içində gözlədi. Tanış deyildilər, bu evə gəlib-gedənlərə oxşamırdılar. Beş il bundan qabaq da belə adamlar gəlmişdilər, müxtəsər bir söhbətdən sonra Şəfini qabaqlarına qatıb aparmışdılar. Kişi o gedən getmişdi və düz bir ildən sonra üzülmüş, arıqlamış, saçları ağarmış halda qayıdıb gəlmişdi. Bir ilin ayrılığı, həbsxananın ağır şəraiti və həsrət öz işini görmüşdü. Şəfinin ürəyi ağrımağa başlamışdı — hələ də ağrıyırdı, əzablı ağrılar o boyda kişini yumağa döndərirdi. İndi də gəliblər... Məleykə səksəkə ilə qabağında dayanan ucaboy kişiyə baxdı. Kişi salam verdi və arvadın cavabını almadan soruşdu:– Ağayi Rəhgüzər evdədirmi, xanım?

13 мин
Üçüncü hissə, altıncı fəsil

Sən demə, bu cah-calallı imarətdə, gül-çiçəkli həyətdə bir gizli məhəbbət də yaşayırmış. Sən demə, zər-ziba içində süslənən, gözəlliyi ürəklər sızıldadan, gözlərinin dərinliyində bir günahsız körpə məsumluğu gizlənən Dünya etibarsız imiş, vəfasız imiş. Sən demə, həyatda qul kimi yaşamaq üçün yarananlar, məhəbbətdə hakim ola bilməzmişlər, eləcə qul olarmışlar... Sən demə......Nəcməddinin maşını tini burulub səsi eşidilməz olan kimi Dünya xanım eyvana çıxdı, əvvəl hasarın o tərəfindəki xanimana gözucu baxdı, kürən oğlanı görməyib öz həyətlərinə boylandı. Əbdül darvazanı içəridən bağlayırdı. Çönəndə onu elə bil ildırım vurdu: Dünya xanım eyvanın sütununa söykənmişdi. Heykələ oxşayırdı: ağ mərmərdən yonulmuş heykələ. Uzun saçının birini sol çiyni üstündən aşağı salmışdı, yaraşıqlı sifəti ağ paltarından seçilmirdi. Hərəkətsiz halda dayanıb Əbdülə tamaşa eləyirdi. - Əbdül onu şəfaxanadan çıxandan bəri, bu ay yarım ərzində hələ belə ağıllı-başlı görməmişdi. İmkan olmamışdı, çünki Nəcməddin evdən çıxmamışdı, dayə kimi arvadına, uşağına qulluq eləmişdi. Həsrət, gözəl Dünya ilə kəlmə kəsmək, onun məlahətli səsini doyunca eşitmək arzusu Əbdülün ürəyini titrədirdi; o, itiyi itmiş adam kimi, divanə kimi həyət-bacada gəzir, boğazından çörək ötmür, gözlərinə yuxu gəlmirdi. Gecələr, ərarvad öz otaqlarına çəkilib yatandan sonra o da öz hücrəsinə girib yatmaq əvəzinə, arxa hasarın dibinə çəkilir, tül pərdə çəkilmiş pəncərə dalında Dünyanın kölgəsini belə görmək ümidilə saatlarla oturub nəzərlərini o işıqlı pəncərədən ayırmırdı. Açıq havada olmasına baxmayaraq boğulub təngnəfəs olurdu; ürəyi az qalırdı partlasın. Elə əzabla yaşayırdı ki, ölmək bundan yaxşıdır. Qabaqlar, hələ Nəcməddinin evində işləməyə gəlməmişdən qabaq, ac qaldığı, soyuğa düşdüyü, ölümlə pəncələşdiyi vaxtlar az olmamışdı. Ancaq o əzablar bunun yanında toy-bayram imiş, heç əzab da deyilmiş. Görəsən, Dünya xanım da onun üçün belə darıxırdımı? Oxşamırdı, çünki o, heç bir təlaş keçirmir, sanki Əbdülü heç görmürdü. Elə bil o, heç bu həyətdə yox idi, yaşamırdı burda. Bircə dəfə də olsun onun halını soruşmağa, bir xoş söz deməyə can atmamışdı Dünya xanım. «O məndən çox-çox ağıllıdı, yəqin belə lazımdı» — deyə özünə günlərlə, həftələrlə təskinlik verən Əbdülün bu gün lap səbir kasası dolmuşdu, hövsələsi bir tikə olmuşdu.

14 мин
Üçüncü hissə, yeddinci fəsil

Bir-birinin vüsalından sehrlənib məst olandan, Dünya xanım öz yatağında, Əbdül isə öz hücrəsində ikilikdə keçirdikləri o xoş anların xəyalatına dalandan sonra bütün həyətdə qəribə bir səssizlik yarandı. Hər şey — hərdən hürən it də, aramsız quruldaşan köyərçinlər də, ara-sıra qaqqıldaşan toyuq-xoruz da, qəfəsdəki dil-boğaza qoymayan bülbül də bu iki bəxtəvər adamın düşüncələrini, xəyallarını dağıtmamaq, pərən-pərən salmamaq üçün sanki qəsdən susmuşdu. Dünya xanım da, Əbdül də azca əvvəl yaşadıqları o sehrli, şeriyyət dolu aləmin gözəlliyinə dalıb bir-biri haqqında düşünürdü. Və bu düşüncələr gah təmiz niyyətlə sevən ürəyin çırpıntıları kimi səmimi, şirin olurdu, gah da hiylə və məkr donuna, qısqanclıq alovlarına bürünub əfi ilana dönür, gözəl duyğular üstündə qərar tutmuş bu məhəbbəti zəhərləyib boğmaq istəyirdi.Səmimiyyət olmayan yerdə məhəbbət yaşaya bilmir. Səmimiyyət məhəbbətə inam, qol-qanad verir, onu böyüdur, ülviləşdirir. Bu həqiqəti Dünya xanım, cavan olsa da, qadınlıq sövq-təbiisi ilə anlayırdı və bu hisslərini indiki yarıbihuş, yarıayıq halında götür-qoy edərək bu qənaətə gəlirdi ki, Əbdül onun üçün əzizdi, şirindi, ləzzətlidi. Ancaq nə olsun? İkisi də keçmişləri etibarilə eyni olsalar da, indi aralarında Nəcməddinin sayəsində dərin bir uçurum var. Dünya uca bir dağın başında dayanıb, Əbdül isə ətəyində. Əbdül hamının gözü qabağında öz ləyaqətilə, zəhmətilə, Dünyasının qərar tutduğu o dağın başına, sevgilisinin vüsalına qovuşmaq üçün çıxa bilməz — bu, onun imkanı xaricindədi. Əbdül ancaq gizlicə, oğrun-oğrun oraya dırmaşa bilər, qısamüddətli, qorxulu-təhlükəli bir görüşdən sonra, yenə gizlicə, heç kəs görməsin deyə sürünə-sürünə aşağılara, öz hücrəsinə qayıda bilər. Dünya milyoner xanımıdı, Əbdül nökərdi, quldu. Dünya xanım camaatın gözü qabağında, zahirdə onunla ancaq bir nökər kimi rəftar etməliydi. Əbdül də həmçinin — ona, onsuz da taleyin qəribə hökmü ilə qul olduğu Dünya xanıma ağa xanımı kimi baxmalıdı, ehtiramını saxlamalıdı. Ona açıq-aşkar bir sevgili kimi baxa bilməz, bu onun həyatı bahasına başa gələr.

16 мин

Стихи других поэтов