Üçüncü hissə, onuncu fəsil
Страница 2 из 2 · 50%
– Düzünü de.
– O... hər gecə... camaat yatandan sonra gəlir... məni çarpayımdan qaldırır... tamaşa eləyir... sonra gedir, ağa...
– Mənimlə getmək istəyirsən?
– Hara, ağa?
– Uzağa getməyəcəyik, sənə otaq verəcəyəm. Sən...
– Razıyam, ağa. Təki məni buradan qurtar, apar. Mən burada qala bilmirəm. Ölərəm mən, ağa, ölərəm.
– Dur, geyin.
Qız qulaqlarına inanmaq istəmirdi.
– Paltarımı deyin gətirsinlər.
Nəcməddinin ürəyində gizlənmiş qurd baş qaldırdı:
– Dur ayağa.
Qız yorğanı sinəsinə tutub çarpayıdan düşdü.
Nəcməddin irəli gəlib yorğanı onun əlindən zorla çəkib aldı. Qız anadangəlmə, ağ mərmər heykəl kimi ortalıqda qaldı. Əllərilə bədəninin açıq yerlərini tutmaq istəyir, əyilirdi.
Nəcməddinin ürəyi uçundu. Elə bil, ruhu bədənindən uçub harasa getdi. Ağır və gözlənilməz zərbə almış adam kimi neçə an özünə gələ bilmədi. «Lənət sənə şeytan», deyib ayılan kimi oldu.
– Yaxşı, gir yerinə. — Qız dalı-dalı çəkilib yorğanın altında ağ bədənini gizlətdi...
Ağayi Nəcməddin qapını zərblə itələyib açanda o, Siracın başına tappıltı ilə dəydi.
– Ax...—deyib ufuldadı. Sonra başının ağrısını unudub:
– Hə, xoşuna gəldi? — deyə xəbər aldı.
– Gəldi.
– Çox şadam ki, sənin xoşuna gəldi. Görürsən necə qızdı?
– De onun paltarlarını gətirsinlər.
– Elə indi aparırsan?
– Hə, elə indi!
– Bəs heç danışmadıq?!
– Neçə istəyirsən?
– Bir lək , ağa.
– Yaxşı, bir lək olsun.
Siracəddin kişinin belə asanlıqla razı olduğunu görüb az istədiyinə peşman oldu.
– Bir lək lap ucuz oldu ha. Bir az da artır.
– Yox. Kişinin sözü bir olar. Qurtardıq.
Həmin gecə Dünya oradan canını qurtara bildi. Nəcməddin ona çox bərk vurulmuşdu. Elə vaxtlar olurdu ki, o, Dünyanın yanından günlərlə getmirdi. Uşaq kimi ona sığınır, ondan nəvaziş umur, başını dizinin üstünə qoyub qəribə, şirin yuxular görürdü. Dünya bir ər kimi yox, bir hami kimi ondan çox razı idi. Nəcməddin ondan pul əsirgəmirdi, ürəyi istəyəni alırdı. Yeməyi-içməyi yaxşı idi. Dünyanı tapandan sonra onun qəlbindəki, həyatındakı boşluq müəyyən dərəcədə dolmuşdu. O, Nəcməddini dünyaya, insanlara bağlayan yeganə vasitəyə, zəncirə dönmüşdü. Nəcməddin ona hər şeyi verməyə hazır idi, ondan umacağı isə yalnız nəvaziş və məhəbbət idi. Bütün gözəl qadınlar kimi, Dünya da qiymətini yaxşı bilir, özünü ucuz tutmurdu. Nəcməddinlə həlim rəftar edir, onun qocalığını, gücsüzlüyünü üzünə vurub qanını qaraltmır; o, gələn kimi görpə qız sayağı atılıb boynuna sarılır, diqqətlə qırxılıb ətirlənmiş üzündən öpür və tez-tez: «Mənim əzizim». — deyirdi. Bu sözlər Nəcməddinə çox xoş gəlir, onu xoşbəxt edirdi. Nəhayət, qoca çağında, ömrünün qürubunda tale onu yaddan çıxartmamış, ona Dünyanın simasında səadət göndərmişdi. Nəcməddin buna sevinirdi. Dünyanın gözəlliyi onu dünyanın ən xoşbəxt adamı etmişdi. Lakin Nəcməddinin ürəyində həmişə gizli bir qorxu — Dünyanın ona xəyanət edə biləcəyi fikir yuva salmışdı. Buna görə də o, həmişə nigaran, həmişə səksəkəli və şübhəli idi. Var qüvvəsi ilə çalışırdı ki, bundan Dünyanın xəbəri olmasın. Təcrübəsindən bilirdi ki, qadının yadına belə şey salmaq onu xəyanətə öz əllərinlə itələmək, sövq eləmək deməkdir; mərdi qova-qova namərd eləmək deməkdir. Bununçün də o, ürəyində qovrula-qovrula susur, Dünyanın özünə kiçik bir işarə belə eləmirdi. ...Nəhayət qapı açıldı. Saçları çiyninə tökülmüş, ağ xalat geymiş Dünya onu görcək sevincindən bilmədi ki, neyləsin. Onu içəri buraxıb adəti üzrə boynuna sarıldı, Nəcməddinin üzünü isti, hərarətli öpüşlərə qərq etdi. Nəcməddin də onun boyun-boğazını, dodaqlarını öpə-öpə gətirib çarpayısının üstünə qoydu. Ancaq nəzərləri ilə evi, çarpayının altını gizlincə yoxladı.
– Yenə içmisən, mənim əzizim?
– Azca. Lap azca. Dünya qəmli bir səslə:
– Məni içəndən-içənə yad edirsən, əzizim!! —dedi.
– Yox, əstəqfürulla! Sən həmişə mənim fikrimdəsən, ürəyimdəsən.
– Bəs bu neçə günü haradasan?
– İşim vardı.
– Gecələr ki bikar olursan! Gecələr gələ bilərdin. Mən də dörd divar arasında tək qalıb darıxıram, qapını açıb içəri girən bir nəfər yox, halımı soruşan yox. Sinemaya getmirəm, teatra getmirəm. Mənim gördüyüm və görə biləcəyim bir adam varsa, o da sənsən. Sən də ki yanıma keflənəndən-keflənənə gəlirsən. — Nəcməddin onun haqlı sözləri müqabilində heç nə deyə bilmədi. İri, qalın dodaqlarını onun nazik, solğun dodaqlarına söykəyib əlilə xalatının düymələrini açmağa başladı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-itkin-gelin-ucuncu-hisse-onuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sakit hər gün, tənəffüs vaxtı, beşinci mərtəbədəki şöbəsindən hiss olunmadan çıxar, akademiyanın yaşıllıq içində göz oxşayan həyətində, akasiya ağaclarının altında tək-tənha gəzinər, ya da böyük hovuzun sağında, solunda — harda boş yer olsaydı — oturar, dincələr, düşünərdi. Otaqdakı söz söhbətlər, telefon danışıqları, gəl-get ona mane olmazdı — səhərdən, işə gələndən stolunun arxasına keçib oxuyar, yazar, bir dəqiqəsini boş keçirməzdi. Fasilə vaxtınacan əməllicə yorulardı, tələsik bufetə düşər, yüngülcə nahar edib gəzintiyə çıxardı. Bu, uzun illərin adətiydi. Sakit təkcə ətrafındakıları yox, bir psixoloq kimi, özünü də kənar adam gözü ilə müşahidə, təhlil etməyi xoşlardı. Çoxdan, yazı-pozuya meyl elədiyi tələbəlik illərindən bu şəhərdə Sakit adında, bir pasport altında iki adam yaşadığını duymuşdu, anlamışdı. Biri hamının — tələbə yoldaşlarının da, müəllimlərinin də, sonra akademiya həmkarlarının və daha sonra isə ailəsinin də tanıdığı, sadə geyinən, az dinib, az danışan, daha çox dinləməyə həvəs göstərən, aza qane, gözü-könlü tox, işləməkdən, mütaliədən əvəzsiz zövq alan Sakit idi. Bu, Sakitin zahiri idi, gözə görünən tərəfi idi və bunu hamı görürdü. Ancaq elə o Sakitin içərisində, o adda, o ünvanda yaşayan ikinci bir Sakit də vardı — bu Sakiti tək özü tanıyırdı, yaxşı cəhətini də, pis cəhətini də yaxşı bilirdi. Bu Sakit — düşünən Sakit idi, hər şeyin dərdini — özünə dəxli olmasa da, — çəkən Sakit idi və bu mənada onun boş, qayğısız, fikirsiz keçən bir dəqiqəsi də olmamışdı. Bu, haradasa onu bezdirirdi, usandırırdı, öz sənətinə hərdən nifrət eləyirdi — çünki əzablı sənət idi — kitab yazırdı, beynini, qəlbini düşündürən fikirləri kağız üzərinə töküb canlandırırdı, o kitabı oxuyanlar, bəyənənlər tərifli sözlər də deyirdilər. Lakin onlar yalnız bu kitabı görürdülər, onun dünyaya gəlməsi üçün çəkilən əzabları, içini — ürəyini yediyi anları görmürdülər, görə bilmirdilər. Əslində o, zahirən bu aləmdə yaşayırdı; işə gəlir, evə gedir, arvadı-uşağı ilə danışırdı, amma həqiqətdə isə o, yazdığı dünyada olurdu fikrən, adamlarla oturub-durur, dərdini-qayğısını çəkir, onlar xoşbəxt olanda o da xoşbəxt olur, öləndə o da ölürdü. Son əsərini on yeddi ilə yazmışdı. Akademiyaya gələndən azı — üç il sonra kənd həyatından qələmə almağa başladığı həmin əsər nədənsə yaman uzanmışdı, bütün bu illər ərzində o, fikrən qəhrəmanlarının yanında olmuşdu, onlarla yaşamışdı. Kitabın son fəsillərini uzun müddət yaza bilməmişdi, daha doğrusu, yazmaqdan qorxmuşdu — çünki sonuna nöqtə qoyandan sonra onlardan — düz on yeddi il qəlbində, xəyalında, yuxularında gəzdirdiyi o sadə, mehriban adamlardan ayrılacağından, uzaq düşəcəyindən qorxmuşdu. Aylar, illər keçmiş, sonra o, içində işlədiyi bu maraqlı aləmə qayıtmışdı və ətrafına baxdıqca yazmalı, deməli çox şey olduğunu anlamışdı: uzağa getmək lazım deyildi. Bax, elə günün səkkiz saatını bir yerdə işlədiyi bu adamların hərəsinin həyatı bir roman idi. Burda çox düşünmək, əhvalat axtarmaq, yaxud quraşdırmaq lazım deyildi. Bu adamlar onun gözünün qabağındaydı — xasiyyətləri, simaları, taleləri ilə. Və zahirdə hər kəsə, hər şeyə sakit, biganə baxışlarla nəzər salıb susan Sakitdən fərqli olaraq əsl Sakit, birinci Sakitin içərisində yaşayan ikinci Sakit bu kollektivin maraqlı, ziddiyyətli romanını gecə-gündüz beynində dolandırırdı. Bu Sakit Salman Qurbanzadənin, Nadirə xanımın elm aləmindəki mövqeyi, ailə həyatı, bu yaxınlarda evə soxulmuş oğrular tərəfindən vəhşicəsinə öldürülmüş cavan Ceyhun haqqında, ərini və sevgilisini dalbadal itirmiş Gülmirə barədə, hamının «Dombagöz» adlandırdığı gənc şair İltifat, Sarışın, təzə direktor olandan sonra buynuzları çıxan Nurəddin Osmanzadə, onun toruna düşüb təmiz adını ləkələyən qəşəng Şərifə xanım, qəlbi kobudcasına sındırılmış əziz müəllimi Aslan Aslanzadə və başqaları haqqında gecə-gündüz düşünür, yazacağı kitabı söz-söz, fəsil-fəsil beynində, qəlbindətikib qururdu. Gözünün qabağında gündə səkkiz saat gəzib işləyən, hər birinin öz xasiyyəti, dünyası olan bu adamlar artıq onun ürəyinə köçmüşdü — bunlara o, öz qəhrəmanları kimi baxırdı — yaxşı, mərdanə hərəkətlərini görəndə bir qayğıkeş ata kimi sevinirdi, pislik, nadanlıq, qəbahət, dosta xəyanət, ailəyə dönüklük görəndə, hiss eləyəndə pərt olur, dərd çəkirdi. İş vaxtı qurtarıb hərə öz evinə-eşiyinə çəkilib gedəndən, Sakit də axşam yazı masasının arxasına keçəndən sonra, yenə onlar barədə fikirləşirdi. İkiqat yaxın, ikiqat doğma olmuşdular ona bu adamlar; acığı gələnləri də vardı — ancaq onlar haqqında da qəlb ağrısı ilə düşünürdü Sakit. Bu idi ikinci Sakitin gözəgörünməz dərdi, qayğısı. Sanki kimsə, rəsmi surətdə yox, elə belə, möhürsüz, əmrsiz Sakiti bu kiçik kollektivin ağsaqqalı, böyüyü təyin eləmişdi. Makinaçılardan tutmuş lap direktorun özünə qədər hamı üçün cavabdeh hiss eləyirdi özünü. Fikrən, xəyalən onların hər birisinin həyatı, xasiyyəti, rəftarı, əxlaqı barədə, jurnalist və tədqiqatçı dostlarının dediyi kimi, o qədər «material» todlamışdı ki, əgər şirin yuxudan qaldırıb kiminsə haqqında məlumat və ya xasiyyətnamə istəsəydilər, Sakit tərəddüd etmədən, çətinlik çəkmədən, gözüyumulu deyərdi, yazıb verərdi — hətta onun «pərdə arxasındakı» həyatını da işıqlandırardı. Hətta adamın bir sirr kimi qəlbinin dərinliklərində gizləməyə çalışdığı, məhrəm fikirlərini də kağıza köçürərdi. Və buna o özü də heyrət etməyə bilmirdi. Çünki Sakitə filankəsin filankəsə fırlatdığı bir baxışı tutmaq kifayət idi ki, sevdiyini və yaxud nifrət elədiyini aydınlaşdırsın. Birinin köynəyinin yaxasını çirkli, düyməsini qırıq, dəsmalını əzik görmək bəs idi ki, onun arvadının səliqəsiz olmasını, əri ilə maraqlanmamasını qəti şəkildə söyləyə bilsin. Başqa birisinin müdirə rast gələn kimi, üz-gözünü iyrənc şəklə salan yaltaq təbəssümünü bircə dəfə görmək bəsi idi ki, o adamın şəxsiyyətinin heç-puç olması fikri beynində həmişəlik yurd salsın.
İkinci hissə, ikinci fəsilQurbanzadələr ailəsinin başına gəlmiş gözlənilməz, ağlasığmaz o fəlakətli gündən altı aydan çox keçmişdisə də, nə ata-ana özünə gəlib, toxtamışdı, nə də milis orqanları.Şübhəsiz, itki böyük itki idi, Salmanın, Nadirənin belini sındırmışdı. Nadirənin o dəhşətli mənzərəni — döşəmənin üstündə donmuş qan gölməçəsinin içində üzüqoylu düşüb çoxdan canını tapşırmış madar balasının quruyub qaxaca dönmüş vücudunu görəndən sonra əsəbləri tamam pozulmuşdu; arvad nə dediyini, nə etdiyini bilmirdi. Elə hey ağlayırdı, öz-özünə danışırdı. Ancaq sözünün nə əvvəli vardı, nə axırı. Nə yas yerinə gələnlər, nə də Salman onun dediklərindən düz-əməlli bir şey anlayırdı. Salman dərdinin ağırlığına baxmayaraq, özünü dəyanətlə aparırdı. Onun ağladığını heç kəs görməmişdi. Görünür, göz yaşları qəlbinə axırdı. Lakin buna baxmayaraq, heç kəsin, heç nəyin əyə bilmədiyi, polad iradəsi və nikbinliyi ilə çoxlarının həsəd apardığı Salman özünün də xəbəri olmadan yaman düşmüşdü, qocalmışdı. Təbiətən oğulcanlı olan, «kişi qırığı» böyütmək istəyən, Ceyhunun oturuşu, duruşu, yaşına uyğun olmayan hərəkətləri ilə öyünən, ondan heç nə əsirgəməyən, «qoy ürəyi necə istəyir, elə yaşasın. Mən çox korluq, sıxıntı çəkmişəm, o, çəkməsin» — deyən Salman heç yatsaydı yuxusuna da girməzdi ki, onu belə tez itirə bilər, sevincdən, qürrədən, «düşmən çəpəri»ndən məhrum ola bilər. Arın-arxayın bağdan qayıdarkən «bu arvadın başını kitablar xarab eləyib, Ceyhuna nə ola bilər!» — deyərək Nadirənin yazdığı qısa kağızı cırıb avtobusun pəncərəsindən yelə verən Salman, evə gələndə gördüyü mənzərəni heç cür həqiqət hesab eləyə bilmirdi, bunu yuxu, yaxud nə isə bir qurğu sayırdı. Ancaq bu həqiqət idi və o, özünü nə qədər aldatmağa çalışsa da, həqiqətin buz kimi soyuq üzünü görməli, olub-keçənlərə inanmalı olurdu. Nadirəni ayaq üstə ölmüş görəndə isə kişi əməlli-başlı sarsılırdı; indi Nadirə elə haldaydı ki, onu tək buraxmaq olmazdı. Bu, Salmanı lap təntidirdi.
İkinci hissə, üçüncü fəsilBaşı nə qədər qarışıq, fikri nə qədər dağınıq olsa da, Nadirə xanım bir şöbə müdiri kimi son vaxtlar öz əməkdaşı Elviranın — Sarışının işdən tez-tez qaçdığını, bazarda-dükanda göründüyünü, ən ümdəsi isə çox pərt və pərişan olduğunu aydın hiss eləyirdi. Nadirə xanım Sarışına bacardıqca hörmət eləməyə çalışırdı— çünki onun anasını — hələ tələbəlik illərindən oxuduğu fakültənin baş laborantı olan, gözəl-köyçək Xəncər xanımı yaxşı tanıyırdı. Hətta bir zamanlar rəfiqəlik də eləmişdilər. Adı nə qədər qəribə olsa da, özü çox mülayim və mehriban idi, xəncərlikdən onda heç bir əsər-əlamət yox idi. Onda Xəncər xanım ərdə idi, deyəsən, əgər hafizəsi aldatmırdısa, əri şəhərdə hansı məktəbdəsə dərs deyirdi. Xəncər xanım fakültədə tez-tez ağlardı — rəfiqələrinə öz dərdini söylərdi. Sən demə, uşağı olmurmuş. Əri Usub da uşaq istəyən olduğundan, tez-tez Xəncər xanımı döyür, gah evdən qovur, gah boşamaqla hədələyirdi. Bir sözlə, Xəncərə göz verirdi, işıq vermirdi. Hətta bir dəfə ürəyini Nadirəyə də açmışdı. Nadirə onun sonsuz kədərlə dediyi sözləri dinlədikdən sonra: «Belə yaşamağın nə mənası var? Ayrıl, Xəncər. Sən hələ cavansan, təzədən ərə gedərsən, uşağın da olar. Yoxsa o, belə, sənin ömrünü göy əskiyə düyüb çürüdər» — deyə məsləhət də vermişdi. Ancaq Xəncər xanım, qətiyyətsiz qadın olduğundan, bu mühüm addımı ata bilməmişdi. Evdən soyumuşdu, evdə sevinc yox idi; səadət yox idi; Xəncər fakültəyə ürəkdən bağlanmışdı — bütün günü fakültədə olurdu, kollektivin arasında gərəkli-gərəksiz işlərlə başını qatmağa çalışırdı. Onda kafedra müdiri, məşhur dilçi alim, professor İbrahim Sultanzadə idi. İbrahim Sultanzadə Xəncər xanıma da dərs demişdi, qabiliyyətli olduğuna, gələcəkdə yaxşı tədqiqatçı olacağına inanan İbrahim müəllim, təhsil illəri başa çatdıqda, onu fakültədə hələlik baş laborant kimi saxlatdırdı. Xəncər, özündən iyirmi beş yaş böyük olan İbrahim müəllimə çox hörmətlə yanaşırdı. Bunun bir səbəbi İbrahimin ona yaxşılıq etməsiydisə, digər səbəbi də İbrahimin də övladsızlıq odunda gizli-gizli yanmasaydı.O vaxt danışırdılar ki, İbrahim öz arvadı Leyla xanımı çox sevir, ona görə ondan ayrılmaq, başqa qadınla evlənmək istəmir.
İkinci hissə, dördüncü fəsilMürşüd axşamçağı işdən qanıqara və pərt gəlmişdi. Onun ağ və girdə sifəti — eynən anasının üzünə oxşayan sifəti qaralıb boğulmuşdu. Bərk ac olsa da, yeməyə həvəsi və iştahası yox idi. Samirə xanım, əynində güllü xalat, əlini ağ dəsmalla silə-silə yemək otağının qapısına gəldi və oğluna yemək təklif etmək istədi. Ancaq onun divanda əyləşib gözlərini bir nöqtəyə zilləyərək fikrə getdiyini görərək sözünü uddu. Yaxın gəlib qonur saçlarını tumarladı. Samirə xanım Mürşüdü çox istəyirdi, ərindən də, böyük oğlundan da. Ərinin xasiyyətindən zəhləsi gedirdi — yaşadıqları otuz il ərzində bircə dəfə də olsa üzbəüz oturub adam kimi söhbət eləmək mümkün olmamışdı. Ya dava-dalaş, ya da tam sükut... adi danışıq, dərd-sər eləmək bu evin bünövrəsi qurulandan buradan qaçaq düşmüşdü. Nurəddin öz kabinetində, pəncərəsi dənizə baxan otağında, yazı masası arxasında oturub kitablarla, əlyazmaları ilə danışanda yaxşı olurdu. Vəssalam. Böyük oğlu da özünə çəkmişdi. Eynən atası kimiydi. Gözəl-göyçək arvadı neçə dəfə ağlaya-ağlaya qaynanasının üstünə gəlmiş, «daha mən dözə bilmirəm, bu adam deyil. Meşədən tutulub gətirilmiş meymun bundan qabiliyyətli olar, ya da tez uyğunlaşar. Yox, mən çıxıb gedəcəyəm atamın xarabasına!» — demişdi. Qabiliyyəti, hər şeyin yolunuyolağını yaxşı bilən, ev, ailəcanlı, bir çox xasiyyətlərində Samirə xanıma oxşayan Solmazın halına arvad acısa da, balasının evinin dağılmasından qorxub təşviş içində ona öyüd-nəsihət vermiş, «döz də, qızım. Daha neyləmək olar? Elədiyinə baxma, ürəyi təmizdi uşağımın. Neyniyəsən ki, xasiyyəti it xasiyyətidi — atasına çəkib. Eh, qızım, sən bilmirsən ki, mən bizim bu kişinin əlindən nələr çəkmişəm. Mənim saçlarımın ağaran vaxtıdı? Amma ağarıb! O ağardıb. Adamın qismətinə nə çıxdı, gərək qane olub otursun!» — Söylədikdə gəlin təəccüblə; «Lap səni çürütsə də?» — deyə soruşmuşdu. «Hə, lap çürütsə də, iki uşaqnan hara gedəcəksən? Kim sənə yiyə duracaq? Heç kim!.. Mən də danlayaram, başa salaram, qızım. Sən mənim ağıllı balamsan, razı olma uşaqların arada-bərədə qalsın».Ancaq Mürşüd... Mürşüd Samirə xanımın ürəyi idi. Başıaşağı, qız kimi utancaq oğlan idi. Ana-balanı atanın kobudluğu daha da mehriban eləmişdi, həmsir, həmdərd eləmişdi. Beş otaqdan ibarət bu balaca, cah-calallı dünyada Nurəddin bir despot idi, Samirə və Mürşüd əli-qolu bağlı bir kölə. Sanki onların heç birinin ağız açıb ürəklərindən keçəni Nurəddinə demək ixtiyarı yox idi. Buna bir həvəs də qalmamışdı...
Стихи других поэтов
Ey yigidlər sərvəri sərvi-rəvanım qandasınGəl ki yoluñda rəvan oldı rəvanım qandasın
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
TəbrizQollarım dolanar boynuna bir gün,Yenə baş qoyaram dizinə, Təbriz.