Birinci hissə, üçüncü fəsil
Страница 5 из 5 · 80%
⎯ Yox, qızım, başına dönüm. Sən mənim fikrimi çəkmə, indi mənə heç nə lazım deyil. Hə, qar yağıb bizim yerlərə: hər yan ağappaqdı.
⎯ Bizim evimiz də zəlzələdə uçdumu?
⎯ Hə, yerlə-yeksan oldu, qızım… İçindəki o bişərəflər də məməyeyəndən pəpəyeyənəcən qaldı daşın-kəsəyin altında, qızım. Mən o ev uçanacan hər cümə axşamları ora baş çəkirdim, içəri girirdim, gəzirdim otaqları, baxırdım o vicdansızlara: mənim çarpayımda o qoca, əprimiş Haykanuş yatırdı, sənin yerində isə… onun başkəsən oğlu Zorik yatırdı… Baxırdım, baxırdım, gözlərimdən yaş sel kimi axırdı, yerə-göyə nifrinlər yağdırırdım, ürəyim soyumurdu ki, soyumurdu. Sonra uçub göylərə ⎯ qurban olduğumun yanına getmək istəyirdim ⎯ amma gedib çatmaqmı olur onun dərgahına? Yalvarırdım ki, ey ulu Tanrı, sən adilsən, sən zülmü yerdə qoyan deyilsən, qoyma bu zülm yerdə qalsın, ey ilahi pərvərdigar, qoyma bu zülm ərşə dirənsin, yoxsa sənin taxt-tacını da silkələyər bu zülm, qoyma buynuzsuz qoçun qisası buynuzlu qoçda qalsın, qoyma, qoyma, qoyma…
⎯ Görürsən, qoymadı qalsın, ana. Uçurtdu, mənim torpağım çəkdi kamına o qansızları. Ancaq bir şeyə heyfsilənirəm, ana!
⎯ Nəyə, bala?
⎯ Axı bizim torpaq müqəddəs idi, təmiz idi ⎯ o murdarlar onun müqəddəsliyini pozdular deyəsən.
⎯ Yox, bala, poza bilməzlər.
⎯ Təki sən deyən olsun, ana. Bəs indi…
⎯ Bəs indi haralardayam demək istəyirsən?
⎯ Hə.
⎯ Sonra qardaşımın, atamın ⎯ ailəmin qəbri üstə dolanırdım, can bala ⎯ təsəllimi onlardan alırdım. Ancaq vicdansızlar onu da mənə çox gördülər ⎯ traktor salıb şumladılar əcdadlarımız yatan o qəbristanlığı ⎯ hamarladılar, bağ-bağça saldılar.
⎯ Ah, allah… ürəyim partlayır. Amma biz necə qəribə millət imişik, ilahi. Burada, Bakıda, bu boyda camaatın gözü qabağında yeni böyük qəbristanlıqda onların ölüləri yatır ⎯ bircəciyinə də dəyən olmayıb. Başdaşıları yerində, ətrafına əkilmiş ağaclar yerində… Çaşıb qalmışam ⎯ biz ya həddən artıq yaxşı millətik, ya həddən artıq axmaq millətik, ana! Bilmirəm.
⎯ Yox, qızım. Küfr danışma. Bizim millətdən yer üzündə alicənab, duz-çörəkli və insaflı başqa ikinci millət tapa bilməzsən. Onları heç dilinə də gətirmə, onların millətlər cərgəsində yeri yoxdu. Sənin qardaşın neynəmişdi ki, onun zülmnən başını kəsdilər?
⎯ Heç nə…
⎯ Amma onun da ⎯ Surenin də başını kəsdilər, qızım! Qanı yerdə qalmadı qardaşının.
⎯ Kim kəsdi ki, ana?
⎯ Elə öz dığaları. Bir-birinin başını kəsən millətdən sən nə gözləyirsən, can bala?! Nədi, ağlayırsan? Niyə ağlayırsan, qızım?!
⎯ …
⎯ Ağlama, sənin göz yaşlarına dözə bilmirəm. Kiri, sən allah.
⎯ …
⎯ Bax, ağlasan, gedəcəyəm, daha gəlməyəcəyəm.
⎯ Yox, yox, ağlamaram. Vallah, ağlamaram, ana. Getmə, getmə.
⎯ Yer üzündə səndən və qardaşından başqa heç kəsim yoxdu. Bircə sizdən niyaranam. Oğlandan çox səndən niyaranam.
⎯ O, indi odun-alovun içindədi. Mənə nə olasıdı ki, ondan qorxuram ⎯ tələf olacaq…
⎯ Elə demə, qız. Bağrım çatlayar… Allaha tapşırmışam onu, qızım.
⎯ Allah ağzından eşitsin, can ana. Amma onun axırının necə olacağını sən də bilirsən, mən də. Yadımdadı, sənin dediklərin düz çıxardı həmişə.
⎯ Hə.
⎯ Sən demişdin Hikmətə ərə getməyə razılıq verməyim. Sənin sözünə baxmadım.
⎯ Hə.
⎯ Amma sən bir şey də demişdin o zaman.
⎯ Nə?
⎯ Demişdin xoşbəxt olacaqsan.
⎯ Demişdim, qızım.
⎯ Bəs hanı? Mənim nə yaşım var ki, indidən saçlarım ağarır, ay ana? Saçları vaxtından qabaq ağarmış, ürəyi cavanlıq görmədən qocalmış qız kimin nəyinə lazımdı, ay ana?
⎯ Yox, başına dönüm. Elə demə. Sənin o xoşbəxt olmalı vaxtın gəlib çatıb indi, qızım. Sən öz qismətini tapıbsan, can bala.
⎯ Elə şey yoxdu, ana. Mən təkəm, yalqızam.
⎯ Bilmirsən. Sən tapıbsan taleyini, qızım.
⎯ Hanı bəs?
⎯ O biri otaqda yatan kişi sənin bəxtindi, qızım. Allah çıxarıb qənşərinə…
⎯ Nə danışırsan, ay arvad? O? Aslan ha?
⎯ Hə.
⎯ Əşşi, onun arvadı var, aşnası var. Üzü üzlər görüb onun. Yaşda da məndən çox böyükdür, ana. Ömründə elə şey ola bilməz.
⎯ Olar. Elə mən bunu sənə demək üçün gəlmişəm, qızım.
⎯ Axı o…
⎯ Nə axı?
⎯ O murdarın, satqının, alçağın biridi. Sən necə razı olursan ki…
⎯ Mən razı oldum, olmadım, belədi, qızım.
Ana bu sözləri deyib susdu, bir az da irəli gəlib qızının başı üstə əlini fırlatdı, nəsə pıçıldadı və sonra heç nə söyləmədən yox oldu. Leyla ayıqlıqla yuxu arasında olan bir adam kimi qalxıb yerinin içində oturdu, dizlərini qarnına yığıb büzüşdü. Anasıyla söhbətini bir də təzədən yaşamaq, onun doğma səsini eşitmək istədi, ancaq fikri o qədər dolaşmışdı ki, yozub bir yana çıxarda bilmədi.
⎯ İlahi, özün kömək ol, ilahi, özün yer üzündə yaratdığın, yaşatdığın insanları xoşbəxt elə, mən də onların arasında.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-mocuze-birinci-hisse-ucuncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
...Dünya xanım səhər tezdən yuxudan ayılanda Nəcməddini yanında görməyib heyrətləndi. Şirin-şirin gərnəşib əsnəyərək, ətrafına baxındı və ərini çarpayıda yox, otağın o başında qoyulmuş yumşaq divanda pallı-paltarlı yatmış görəndə təəccübü daha da artdı. «Bu orda niyə yatıb?» — Varlığında dolaşan ilk sual bu oldu, sonra yenə səssizcə ürəyində: «Özü də paltarlı» — dedi. Dünya xanım başını silkələyib tam ayılmağa çalışdı və keçən axşamkı xudmani məclisi xatırladı: «Hə, içmişdi axşam. Lap çox içmişdi. Yəqin bərk sərxoş olub, ya soyuna bilməyib, ya da yadından çıxarıb soyunmağı?!»Neçə il birgə yaşadıqları muddətdə belə şey olmamışdı. Əvvələn, Nəcməddin heç vaxt bu qədər içməmişdi, dünən nə isə dəmi gəlmişdi, ya çərxi dönmüş o Əbdülün həvəsinə düşüb içmişdi — o, bilmirdi. İkincisi, hər dəfə içəndə; Nəcməddin daha da şən, gümrah olurdu, Dünya xanımın yatağına girər, onunla mehribanlıqla, nəvazişlə rəftar edər, səhərə az qalana qədər, yorulub əldən düşənə qədər Dünyanı yatmağa qoymaz, gah zabitəli olar, gah da uşaq kimi ağlardı. Belə gecələrdə Dünya xanım özü də Nəcməddinin nazı ilə az oynamamışdı.
Dördüncü hissə, beşinci fəsilAz qala gen-bol otaqlarına, doğma şəhərinə, məmləkətinə sığışmayan şairi, balaca, sement döşəməli, adam boyundan yuxarı, göyərçin hininin qapısı boyda pəncərəsi, lay dəmir qapısı olan bir otağa salmışdılar. Gündüz o əl boyda pəncərədən gün işığı düşürdü içəri, axşamlar tavandan asılmış iyirmi şamlıq elektrik lampası solğun-solğun parıldayırdı. Divarın sol dibində qırmızı kərpicdən tikilib suvanmış daş «divan» vardı — Məhəmməd Şəfi onun üstündə oturur, onun üstündə yatırdı. Havası xəfə idi, rütubət iyi verirdi. Bu otaq uzun, alaqaranlıq dəhlizin lap axırında yerləşirdi. Dustaqlar arasında «otaği-siyasi» adı ilə məşhur idi. Buraya ancaq siyasi işlər üstündə həbs olunmuş, siyasi cəhətdən qorxulu adamlar salınırdı və onları əsl ad-familiyası ilə yox, «siyasi» kəlməsi ilə tanıyırdılar. Mühafizlər dəhlizdə gəzinir, nizam-intizama diqqət yetirir, belə «siyasi»lərin o biri dustaqlarla təmasda olmasına heç cür imkan vermirdilər.O biri tərəfdə, həyətin o başında ümumi həbsxana yerləşirdi. Bir sözlə, bura daş hasarlı, tikanlı məftilli, dəmir qapılı, qarovulçulu balaca bir şəhər — dünya idi. Buranın da sakinləri vardı, daimi və müvəqqəti sakinləri vardı, varlısı, kasıbı vardı, oğrusu vardı, davakarı vardı, işləyəni, işləməyəni vardı, «padşahı» vardı — amiri-həbsxana idi. Casusu, xəfiyyəsi də vardı. Şairləri də vardı — Rəhgüzər idi, Elməddin idi. Elməddin «ümumilər» içərisində idi, Şəfi kimi, hamıdan ayırmamışdılar.
Dördüncü hissə, altıncı fəsilHəbsxana rəisinin kabinetinin böyründə dəmir qapılı bir otaq da vardı: qapının üstünə qara hərflərlə «istintaq otağı» sözləri yazılmışdı və Elməddin burada indiyə qədər bircə dəfə olmuşdu. Qolları qandallı gətirmişdilər, danışdırmışdılar, hədələmişdilər, sonra yenə aparmışdılar.İndi də o qapının ağzına çatan kimi Elməddin anladı ki, yenə sorğu-sual başlanacaq, yenə o dazbaş, eynəkli müstəntiqin üzünü görəcək və nalayiq sözlərini eşidəcək. İkrah hissi duydu ürəyində. Mühafiz demək olar ki, onu itələyib saldı içəri. Otaq həmin otaq idi, müstəntiq də həmin müstəntiq. Ancaq arxası qapıya tərəf oturmuş çalsaç bir adam da vardı. Arxadan Elməddin onu tanıdı. Bu, Şəfi idi. Qəlbi çırpındı, ani olaraq özünü ustadın üstünə atmaq, qucaqlayıb əllərindən öpmək arzusu bütün vücudunu sardı, lakin dayandı: «Olmaz, olmaz!» — beynində özünə əmr elədi. Şəfi əvvəlcədən bilirdi ki, Elməddini gətirəcəklər, çünki müstəntiq yanındaca həbsxana rəisinə onu bura gətizdirməyi tapşırmışdı. Buna görə Şəfi Elməddinlə necə görüşəcəyini irəlicədən müəyyənləşdirmişdi. Şəfinin bu cavan oğlana yazığı gəlirdi, onun arzularına, ürəyinə yaxşı bələddi, onu heç nədən, yolunun lap başlanğıcında qurban vermək olmazdı. «Hər şeyə dözmək lazımdı, nəyin bahasına olursa-olsun onu xilas etmək gərəkdi. Nəcməddin də görünür, bacara bilmədi, azad elətdirə bilmədi onu». — Şəfi belə düşünürdü və bütün fikri-zikri bunda idi ki, görüş zamanında özünü ləyaqətlə apara bilsin. O, Elməddindən qorxurdu ki, birdən dözə bilməz, hisslərini cilovlaya bilməz və onda hər şey məhv olub gedər.
Dördüncü hissə, yeddinci fəsilElməddini indicə buraxdılar. «Sən azadsan!» — dedi həbsxana rəisi. Əlbəttə, Elməddin bu xəbərə çox sevindi, deyəsən çoxdandı belə sevinməmişdi. Geri qayıtmağa, dustaq yoldaşları ilə görüşüb xudahafizləşməyə izacə vermədilər. Elə ordanca yola saldılar. Şəfini də görmək mümkün olmadı.Bayırda təmiz, soyuq bir hava vardı. Göylər tutqun idi, geniş idi. Küçə də elə bil enlənmişdi, ora-bura tələsən adamlar da sanki dəyişmişdilər... Əslində, heç nə dəyişməmişdi, küçə də, adamlar da... Sadəcə, Elməddinin gözləri bu mənzərələrdən yadırğamışdı, ona hər şey başqa cür görünürdü.
Стихи других поэтов
Luvr! Luvr!Luvr deyəndə
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Səadətnamə, 20صورت وحدت از جهان مثالنقطه ای بست نقش بند خیال
Bəni hər dəmdə nedim öldürür eşqBəni hər dəmdə nedim öldürür eşq,Qara yerə dirilmə girdürür eşq.