Birinci hissə, ikinci fəsil
Страница 1 из 16
Aslanla Leyla arxa tərəfdə, yanaşı oturmuşdular. İkisi də gərginlik içindəydi, ancaq heç biri dinib danışmırdı. Əslində isə hər ikisi, daha doğrusu, hər üçü ürəyində danışırdı. Aslan bağa getmək fikrinin baş tutmasına, Leylanın buna razılıq verməsinə sevinsə də, hadisələrin necə cərəyan edəcəyindən, söhbətdə nələr eşidəcəyindən yaman bərk nigarançılıq keçirirdi. Hiss eləyirdi ki, irəlidə onu dəhşətli, sarsıdıcı şeylər gözləyir, bunları bilmək, bəlkə də ürəyinin partlaması ilə nəticələnəcəkdi, lakin bütün bunlara baxmayaraq, o, dizləri əsə-əsə bu mənasız ölümə doğru könüllü surətdə özü gedirdi, çünki daha dözümü qalmamışdı; «Nə olacaq qoy olsun, birdəfəlik bu daxili əzablardan canım qurtarsın». Özü haqqında fikirləşirdi, böyründə əyləşmiş Leyla xanım barədə heç nə düşünməməyə çalışırdı, çünki artıq qorxurdu. Qadın gözünün odunu yaman almışdı ipə-sapa yatmayan, təbiəti etibarilə hökmlü adam olan Aslan, necə deyərlər, özü də fərqinə varmadan, quzuya dönmüşdü və artıq əmin idi ki, Leyla xanım insafsızlıq eləyib desə ki, təpəsi üstə dayan, heç bir etiraz eləmədən, «Axı niyə? Axı sən kimsən ki, mənə belə əmrlər verirsən?» ⎯ söyləmədən dayanacaqdı. Həm gülməliydi, həm ağlamalıydı onun halı, lakin təəssüf ki, nə gülə bilirdi, nə ağlaya bilirdi.
Leyla xanım sürücünün arxasındaydı, onun boynunun ardına baxırdı, Aslan barədə düşünmürdü, çünki fikrini qarşısındakı beli azca donqar, saçları artıq çallaşmış, enli kürəkli, ba-yaqdan bəri dinib-danışmayan, ancaq yola baxan sürücü cəlb eləmişdi. Kişi tez-tez ah çəkirdi və sərnişinlərin də eşidə biləcəyi səslə: «Allah, sən özün kömək ol, ümid bir sənə qalıb» ⎯ deyirdi. Ürəyindən keçirdiklərini isə Leyla aydın eşidirdi: «İlahi, sən özün mənim aman-zaman qız balamı o odun-alovun içində hifz elə. Nə anasının sözünə baxdı, nə mənim. Elə bil Vətən tək bunundu, elə bil Qarabağda dünyaya gəlib. Yazıq heç Qarabağın üzün də görməmişdi. Dünyanın düz vaxtı elə hey dedim ki, yığım arvad-uşağı, aparım oralara, İsa bulağının üstünə, gəzsinlər, görsünlər, qismət olmadı. Zalım uşağı oturublar burda, stol üstündə, vəzifə üstündə bir-birinin ətini ye-yirlər, orada isə torpaq əldən gedir, lay divar kürəkli cavanlarımız qırılır. Hamısı da kasıb-kusub balasıdır. Bir dənə dövlətlinin, vəzifəlinin oğlu, qardaşı yoxdu orda. Allah eləməmiş, o qızın başına bir iş gəlsə, anası dəli olacaq. Elə indi öz-özünə danışır, televizorun, radionun qabağından çəkilə bilmir. Ay atam-qardaşım, bizim bu böyüklərimiz niyə belə qeyrətsiz oldu görəsən? Bunlar gecələr evlərində necə rahat yata bilirlər, ilahi? Boğazlarından çörək necə keçir? Yox, o uşağıma bir şey olsa, baxmayacağam ağına-bozuna, işimi-gücümü atacağam, güdəcəyəm, o şərəfsizin başına harada əlimə keçsə, bir güllə çaxacağam. Yoxsa mənim ürəyim soyumaz.» Kişi cismən burdaydı, maşının içindəydi. Ancaq Leyla hiss eləyirdi ki, o, fikrən ordadı, cəbhədədi ⎯ qızının yanındadı. Kim də başa düşməsə, Leyla onu yaxşı başa düşürdü, çünki özü də o dərdliydi, çünki onun da, ailəsinin özündən sonra sağ qalmış yeganə nümayəndəsi ⎯ yeganə qardaşı Mərdan da cəbhədəydi: Leyla nə qədər eləmişdi, bu sürücünün qızı kimi, onu fikrindən döndərə bilməmişdi. «Yox, bacı, ⎯ demişdi Mərdan, ⎯ mən qala bilmərəm, mən atamın, qardaşımın, öldürülənlərimizin, buzda-şax-tada donanlarımızın, evimizin-eşiyimizin intiqamını almasam, yer üzündə yaşaya bilmərəm, bacı. Sən nahaq ağlayırsan, nahaq yalvarırsan, bacı, məni sən yox ha, Allah özü də gəlsə saxlaya bilməz. Mən getməliyəm». Və doxsanıncı ilin fevralında, imperiyanın qırmızı ordusunun rəhmsizcəsinə biçib məhv elədiyi şəhidlərin qırxı çıxan günün səhəri, tək-tənha «Şəhidlər xiyabanına» gedərək qərənfil yorğanı altında uyumuş qurbanlarımızın məzarları arasında gəzinə-gəzinə səssiz-səmirsiz and içmiş, oradan da çıxıb getmişdi. Elə o zaman Leyla qardaşının gələcək bədbəxt taleyindən xəbərdar idi, lakin açıb ona deyə bilmirdi, buna görə də həmişə dərd çəkirdi. Mərdan hələ sağ idi, vuruşurdu və hələ vaxtına çox vardı ⎯ dəhşətli sona hələ çox qalırdı.
Qurbanqulu ⎯ sürücünün adı beləydi ⎯ ürəyində tez-tez «Seyranə» deyirdi və Leyla bilirdi ki, qızının adı Seyranədir. Qurbanqulunun dərdi ona öz dərdini unutdurdu və o bir anlığına gözlərini yumub fikrən o Seyranəni əsgər libasında, əlində avtomat, səngərdə gördü, qəşəng, uzun kiprikli gözlərinə, xurmayı saçlarına, ağappaq çöhrəsinə tamaşa elədi və o andaca da əti kəsilmiş kimi inildədi: Seyranənin taleyi onun beynində kino lenti kimi bir anda fırlanıb keçdi və o, dəhşət içində gözlərini açdı. Dilə gətirilməli, deyilməli deyildi və Leylanın Qurbanquluya yazığı gəldi: Bədbəxt adam. Sənin müsibətin hələ qabaqdadı. Sənin müsibətin mənimkindən də böyük olacaq».
Maşında üç adam oturmuşdu və hərəsi öz dünyası, öz dərdi barədə düşünürdü. Gəlib-gedən maşınların təkərləri altında qıjıldayan, faralardan, sağdakı-soldakı beton dirəklərdən düşən işıqlar altında qara mərmərə oxşayan yolun artıq bağrı yarılmışdı. Sükutdanmı bezdi, dərdinimi unutmaq istədi, Qurbanqulu astaca başını sağa döndərib Aslana müraciətlə:
⎯ Deyəsən, eloğlu, küsülüsüz. Danışmırsız bir-birinizlə deyəsən. Amma… nahaq. Barışın getsin. İşlərimiz ki, belə gedir, bilmək olmaz sabah nə olacaq. Bizim ki, başbilənlərimiz belə tərpənir, bir də gördün erməni səhər bir bomba atdı Bakıya, aləm künfəyəkün oldu. Düz demirəm?
⎯ …
⎯ Mitinqə-zada heç gedirsiz?
⎯ …
⎯ Getmirsiz? Nahaq getmirsiz, qardaş. Gedin, görün dünya necə dağılır. Gedin, görün böyüklərüvüzü necə söyürlər.
⎯ Məgər tək bizim böyüklərimizdi onlar? Sənin böyüyün deyillər? ⎯ Aslan narazı halda dilləndi.
⎯ Yox. Mənim böyüyüm-zadım yoxdu. Tüpürüm elə böyüyün üzünə mən. Satqındı hamısı, xəyanətkardı hamısı. Rus yaxşı bilir kimi vəzifə başına qoymaq lazımdı. Anasının əmcəyini kəsənlərdi çoxu. Baxarsız, mən ölü, siz qalı, bu camaat onların hamısını tutub dar ağacından asacaq. Divara söykəyib güllələyəcək. Baxarsız. Satqındı, bəli. Qoşunu şəhərə kim çağırdı? Sən özün! Kim televizorda dedi ki, arxayın olun, qoşun şəhərə girməyəcək? Sən özün! ⎯ Qurbanqulu bu sözləri deyəndə Aslanın kürəkləri arasında elə bil bir sürü qarışqa ora-bura qaçışdı, bədəni gizildədi: «Deyəsən məni tanıyır». Cüssəli vücudu balacalaşdı, istədi kişi ilə mübahisəyə girişsin, hər şeyin onun düşündüyü kimi sadə və asan olmadığını başa salsın. Ancaq: «O, kimdir ki, mən onunla belə məsələlər barədə danışım?» ⎯ deyib susmağı üstün tutdu. Bu dəqiqə necə istəyirdi ki, bu cılız, ancaq ürəyi dolu kişi sussun. Amma deyəsən bu söhbət Leylaya ləzzət eləyirdi. O, tez-tez, xüsusilə də Qurbanqulu o son sözləri deyəndə dönüb Aslana baxırdı. Yaxşı ki, Qurbanqulu sərnişinlərinin ağzına su alıb danışmaq istəməmələrindən hirslənib səsinin tonunu dəyişərək, qanrılıb Aslana çəpəki nəzər saldı:
⎯ Yoxsa sən də o böyüklərdənsən, kişi? ⎯ deyə xəbər aldı və yalnız bundan sonra Aslan anladı ki, sürücü onu tanımır, elə-belə, qarasına danışır və bir az sakit oldu. Qurbanquluya deyən də olsaydı ki, sənin apardığın bu adam elə o böyüklərdən olub, o televizorda qırğından bir neçə gün qabaq ağzı köpüklə-nə-köpüklənə: «Qoşun şəhərə girməyəcək!» ⎯ deyənlərdən biri odu, inanmazdı:
⎯ Görürəm, heç elə bil bu işlərin sizə bir qırıq da dəxli yoxdu. Sizin ürəyiniz ağrımır?
⎯ …
⎯ Nə bilim, vallah. Adamlar da bir təhər olub. Bəzilərinin heç vecinə deyil. Bəzilərinin isə təpəsindən tüstü çıxır.
⎯ Burdan sola dönəcəksən, kişi ⎯ deyə Aslan Mərdəkanın içində, nə üçün məhz bura qoyulduğu kimsəyə bəlli olmayan daş oraq-çəkicə az qalmış dilləndi. Sürücü sürəti azaldıb sola burdu maşını və dənizə tərəf irəlilədi. Bir az sonra Aslan göstəriş verdi: ⎯ İndi də sağa, zəhmət olmasa.
Maşın hündür, daş hasarlı, iri dəmir darvazalı bağın tuşuna çatanda Aslan:
⎯ Hə, çatdıq, ⎯ deyincə Qurbanqulu əyləci basıb maşını saxladı. Aslan qapını açıb yerə düşdü, cibini pul üçün qurdala-yanda Leyla artıq maşından çıxmışdı və Qurbanqulunun böyründə dayanmışdı. Qurbanqulu açıq pəncərədən, altdan-yuxarı ona baxanda Leyla daha özünü saxlaya bilməyib dilləndi:
⎯ Qurbanqulu kişi, qızınız Seyranədən nigaran olmayın. Sağ-salamatdı. Yaxşı oldu, təsadüfən sizə rast gəldim, yoxsa evinizə gələcəkdim və onun salamını sizə, anasına çatdıracaqdım.
Qurbanqulu özünü dərhal maşından çölə atdı və Leylanın qarşısında dayandı, dili ağzında dolaşa-dolaşa:
⎯ Ay sənə qurban olum, ay mənim qızım, sən nə danışırsan? Doğru deyirsən ki, Seyranənin yanından gəlirsən? Allah səni xoşbəxt eləsin, ay mənim balam. Necədi, sən allah? Xəstələnib eləməyib ki? Yaralı-zad deyil ki? ⎯ deyə tez-tez üyüdüb tökdü. Yazıq az qalırdı qamarlayıb əlindən öpsün Leylanın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-mocuze-birinci-hisse-ikinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:
Birinci hissə, on beşinci fəsilZərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.
Birinci hissə, on altıncı fəsilƏbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.
Birinci hissə, on yeddinci fəsilAğayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»
Стихи других поэтов
Sabir! Ey sən sevimli şairimiz,Müqtədir, duzlu sözlü Sabirimiz!
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,