May günəşi ağ buludların arası ilə axıb günbatana doğru gedirdi. Havada yüngül meh vardı, balkonun qabağında əkilmiş hündür, artıq qocalmaq üzrə olan çinarların körpə yarpaqlarını yüngülcə titrədirdi.

Şənbə günü olduğundan həyətdəki uşaq bağçasının qapıları bağlı idi, hay-küy yox idi. Ancaq üstü şiferlə örtülmüş «besedka»nın altında üç-dörd oğlan uşağı oturmuşdu, nə barədə isə danışıb gülürdülər. Hacı gedəndən sonra evdə qərar tuta bilməyən Nadirə bu səs-küyə balkona çıxmışdı, kədərli-kədərli onlara baxırdı. Neçə illər qabaq onun Ceyhunu da öz yoldaşları ilə tez-tez orada oturardı, onlardan biri gitara çalardı. Qəribə idi ki, Nadirə indi də o uşaqlara baxa-baxa gitaranın səsini eşidirdi və fikrən Ceyhunu da o sehirli gitara səsi qaytarıb bu uşaqların arasına gətirirdi. Nadirə bir neçə dəfə az qala ağzını doldurub «Ceyhun» deyə oğlunu evə çağırmaq istəmişdi. Ancaq beynində, xəyalında birdən o gitara susmuş, əvəzində yarımçıq lent yazıları səslənmiş və ananın əlini-ayağını soyutmuş, dilinə qıfıl vurmuşdu. Burda da duruş gətirə bilməyən Nadirə otağa keçmiş, itiyi itmiş adam kimi ora-bura vurnuxmuşdu. Səhər tezdən dolma büküb asmışdı. Yarpağın xoş ətri evi başına götürəndə mətbəxə gəlib qazı söndürmüş, ac olduğuna, artıq nahar vaxtının çoxdan ötdüyünə baxmayaraq, qazanın ağzını da açmamışdı.

Hələ şənbə günü idi, deməli, Salman bu gün bağdan qayıtmayacaqdı, sabah da bütün günü orda qalacaqdı, axşam isə ya gələ, ya gəlməyə… Çünki, bəzən bazar günü də qayıtmırdı, yatıb birinci gün tezdən birbaşa işə sürürdü maşını… Lent məsələsindən hələ xəbəri yox idi Salmanın. Bu dərdi hələ tək çəkirdi Nadirə. Arada bir maqnitafonu da götürüb bağa getmək istədi, ancaq yol gözünə durdu – burdan trolleybusla «Baksovet» metrosuna get, ordan «Əzizbəyov» metrosuna, ordan da 72 saylı avtobusa min, Bilgəhə… Yol ona çox uzun, zəhlətökən və yorucu göründüyündən bu fikrindən daşındı. Həm də düşündü ki, Salmana deməyin də indi elə bir xeyri yoxdu, sadəcə onu da təzədən pərişan eləyəcək, vəssalam. Qoy öz fikirləri ilə, ürəyi ilə tək qalıb dincəlsin… Son vaxtlar onsuz da başı yığıncaq götürmür Salmanın, əsəbi olub, kəmhövsələ olub. Bəzən öz-özünə danışır, kimisə söyür, fikri dağınıq olub – qoyduğu şeyi axtarıb tapa bilmir… Eynək alnında ola-ola eynəyini axtarır, maşını açıq qoyub gəlir, maşını Akademiyanın qabağında qoyub evə piyada dönür… Nadirə bir qadın kimi, yaxşı başa düşürdü ki, son vaxtlar Salmana bir-birinin dalınca çox ağır zərbələr dəyib və buna hər kişi dözməzdi. Mirzə Yanarın əlyazması məsələsi, Gülmirənin o sərt çıxışı, İltifatın dönüklüyü, Nurəddinin onu didib-parçalamağa hazır olması, nəhayət, Ceyhunun gözlənilməz ölümü… Bütün bunlar dalbadal olmuşdu, Salman bir zərbədən özünü doğruldub qamətini düzəltməmiş, ikinci zərbə vurulmuşdu, sonra üçüncü, sonra dördüncü… Nadirə, əlbəttə, bu işlərin, bu dolaşıq-mürəkkəb düyünlərin içində çaşıb qalmışdı, kimin haqq, kimin nahaqq olduğunu artıq təyin edə bilmirdi – çünki bu zərbələrin bir başı da hardasa onu da tutmuş və karıxdırmışdı. Aradan xeyli vaxt keçəndən sonra isə, tapılan bu lent yazısı Nadirənin yarasının qaysağını təzədən qopartmış, onu sarsıtmışdı. Səhərdən «Reyhan» adı beynində fır-fır fırlanır, Nadirəyə rahatlıq vermirdi. O qadını təsəvvür eləmək istəyirdi, gözünün qabağında canlandırmaq istəyirdi. Ancaq səsindən başqa heç nə eşitmirdi, heç nə görmürdü. Bir dəfə isə, azca bundan qabaq yorulub-əldən düşüb, divanda uzananda Reyhan bəstəboy, xurmayısaç, qaynar baxışlı bir qadın kimi ani olaraq gözlərinə göründü. Qəribə idi ki, onun əynində Nadirənin keçən il Yaponiyadan məhz Ceyhunun adına alıb gətirdiyi o qırmızı ipək parçadan tikilmiş çox yaraşıqlı bir don vardı. Tükləri biz-biz oldu Nadirənin o anda. Qadın o qədər qəşəng, cazibədar və yaraşıqlı idi ki, oğlunun belə qız seçdiyinə görə qəlbini ani bir sevinc bürüdü… Lakin… bunlar xəyalmış, sən demə! Bir göz qırpımında hər şey uçub dağıldı, qadın da yox oldu, o gözəllik də, o qırmızı libas da… Nadirəyə isə ürəyini çalın-çarpaz dağlayan acı bir hiss qaldı. Sonra fikri dolanıb Hacı ilə söhbətinin üstünə qayıtdı. Qəribə idi ki, Hacı bu dəfə Nadirəyə heç bir təsəlli vermədi. Lent yazısını dinləyib qadının adını dəftərçəsinə yazdı, «oğru deyil bu, bu, qəsdən qətldi, qadın üstə qətldir!» – deyib, bir az ordan-burdan danışıb getdi. Nadirə bunun mənasını heç yerə yoza bilmirdi. «Bəlkə də lazım bilməyib. Bəlkə artıq kələfin ucu əlinə keçib. Hə, hə, elədi ki, var. Qızın adını eşidəndə o, nə isə canlandı, dirçəldi. Səsinə də çox böyük əhəmiyyət verdi Hacı. Səs ekspertizası deyirdi, nə deyirdi. Bu boyda şəhərdə bu qədər qadının səsini necə yoxlamaq olar?.. Yox, heç ağlım bir şey kəsmir…»

Divanda o biri üzü üstə çevrilib, «Kim ola bu Reyhan, ilahi?» – deyə özü də bilmədən ucadan soruşdu. Elə bil kimsə qabağında dayanmışdı və onun bu sualına indicə cavab verəcəkdi. Ancaq Nadirənin bir özü idi, bir dizi… «Yox, - o, ürəyində deyirdi – Yox, var o, hardasa bu şəhərdədi o qadın… Bunu Ceyhunun yoldaşları bilməmiş olmaz – Saleh, Samir bilməmiş olmaz.

Bu yaşda oğlanlar sirrlərini bir-birinə deyir axı. Heç ola bilməz ki, Ceyhun Reyhanla görüşdüyünü, elə bir qadınla tanış olduğunu Valehə, Samirə açıb deməsin. Niyə onda Salman Hacının ağzını yan saldı, qoymadı o uşaqları əməlli-başlı dindirsin. «Əlişir də, Süleyman da mənim dostlarımdı, o oğlanların ikisi də mənim gözümün qabağında böyüyüb, mənə «əmi» deyiblər… Yox, elə şeyi heç ağlına da gətirmə. Saleh, Samir oğru, qatil? Yox, Hacı, yox»…

«Onlar bilməmiş olmaz.» – fikri Nadirəni divandan qaldırdı. Asta addımlarla Ceyhunun otağına getdi, stolunun üstündəki balaca, qırmızı bloknotu götürüb asta-asta, adları oxuya-oxuya varaqlamağa başladı. Bu, Ceyhunun özünün şəxsən tanıdığı adamların telefon nömrələri yazılmış bloknot idi. Süleyman Vüsalın nömrəsi gözünə birinci dəydi. Əlində dəftər telefona sarı gedib onu götürərək divanda gəlib oturdu və necə soruşacağını götür-qoy edə-edə nömrəni yığdı. Dəstəyi bir qız götürdü. Güman ki, bu, Samirin bacısı Nərgiz idi:

− Salam. Samiri olar? – deyə Nadirə tanışlıq vermək istəməyərək kəsəcə soruşduqda Nərgiz:

− Samir yoxdu – dedi – Leninqrada gedib. Təcrübəyə. Bağışlayın, kimdi soruşan?

Nadirə cavab əvəzinə dəstəyi aparatın üstünə qoydu. Salehin telefonunu isə heç götürən olmadı.

Nadirə qolları qoynunda başını xalçalı divara söykəyib tavandan asılmış çilçırağa baxmağa başladı. Hava qaralmışdı. İçəri alatoran idi. Divar saatının yeknəsək çıqqıltısını bayaqdan eşitmirdi Nadirə. İndi eşitdi və əqrəblərə nəzər saldı, yeddiyə işləyirdi. Nadirə hələ qabaqda uzun bir gecənin olduğunu xatırlayıb hövülləndi. Ürəyi sıxıldı. Dəhşətli bir təklik hiss eləyirdi Nadirə xanım. İndi belə halında onun yanında dərd bilən, çox yaxın, başa düşən bir kimsənin olmağı necə də lazım idi? Amma yox idi. Ona canı yanan bircə bacısı Sədəf idi – o da ayağını bu qapıdan tamam kəsmişdi. İki ildən çox idi ki, nə atası Müseyib kişi, nə bacısı Sədəf, nə də Sədəfin oğlu Rəhim – Nadirənin dünyada qalmış ən yaxın adamları bu evə baş çəkməmişdilər. Onun öldüsündən, qaldısından xəbərsiz idilər. Salmandan küsmüşdülər – o, öz kobudluğu ilə Müseyibin də, Sədəfin də qəlbinə toxunmuşdu, Rəhim isə Ceyhundan incimişdi. Nadirə neçə dəfə gedib ağlamış, yalvarıb-yaxarmış, «mənim sizdən başqa kimim var, gəlin-gedin, məni tək qoymayın!» – demişdi. Müseyib kişi isə, ürəyinə daş bağlayıb: «Sənin bircə Salmanın var, o bəsindi.» – deyə hirsindən, hikkəsindən dönməmişdi – «Biz yoxuq sənin üçün, bala» – «Mən vəsiyyət eləmişəm, mən öləndə o, mənim üstümə də gəlməsin, yoxsa…» – kişi qəhərlənib sözünün dalını deyə bilməmişdi. Bu söhbəti dinləyən, əlini çənəsinə dayayıb fikrə getmiş Sədəf də, çox istədiyi Nadirənin halına biganə qalmış, kəlmə belə kəsməmiş, nə üçünsə sakitcə ağlamışdı. Müseyib siqaret yandırıb, «Qabaqlar adamlar belə deyildi, bala. Qanacaq, mərifət vardı. Nə olar mən hambal olmuşam, nə olar mən indi qarovulçuyam, lap heç kəsəm – axı, mən də insanam, bala. Sən professorsan deyə gözümüzü deşəcəksən? Yox, siz başqa dünyanın adamları olubsuz. Sənin uşağın da bizi bəyənmir. Nə olar! Qoy bəyənməsin. Biz sizə yaraşmırıq, qoy yaraşmayaq.» – demişdi. Müseyibin bu sözləri Nadirənin ürəyini çalın-çarpaz dağlamışdı, yandırmışdı içərisini və daha heç nə demədən evdən çıxmışdı. Elə o çıxan çıxmışdı. Ceyhunun müsibətində heç biri gəlməmişdi. Nadirə heç cürə ağlına sığışdıra bilmirdi ki, onlar bilə-bilə gəlməyiblər. Yox, bu qədər kinli olmaz onun atası, bu qədər ürəksiz deyil bacısı. Nadirə özünü inandırmağa çalışmışdı ki, sadəcə xəbərləri olmayıb. Yoxsa gələrdilər, mütləq gələrdilər. Hərdən özünü danlayırdı ki, niyə o vaxt Ceyhun öləndə atasına, bacısına xəbər göndərmədi?! Niyə göndərmədi? Başını itirmişdi, adı belə yadından çıxmışdı. Ancaq bu, indi də onun ürəyini göynədirdi. Daha gec idi. Aradakı uçurum daha da dərinləşdi bu gəlməməklə! Nadirə öz təkliyi ilə barışıb oturdu. Əlindən nə gəlirdi ki?!

Nadirə divanda o tərəf, bu tərəfə çövrükə-çövrükə ürəyində götür-qoy eləyib yenə Gülmirənin üstünə gəldi, bir daha dərk elədi ki, aralarında yaş fərqi çox olsa da, bütün bu illər ərzində onun həmdərd, rəfiqə adına tanıdığı, üns bağlayıb meyl saldığı yeganə bir insan varsa da – o da Gülmirədi. Gülmirə həssasdı, dəyanətlidi, cəsarətlidi, o, qarşısındakı adamı yaxşı başa düşür, dərdli olduğunu bilincə özünü unudub onun ürəyi, həyatı ilə yaşayır. Nadirə Gülmirəni bu cəhətlərinə görə sevirdi, hörmət eləyirdi. Və bunu da heç vaxt yadından çıxartmırdı ki, o, əvvəllər, Salman dostunun qızı kimi ona havadar çıxıb. İnstituta gətirəndə, mövzu verəndə Nadirə bunun əleyhinə olmuşdu, qızın elmi qabiliyyətinə şübhə ilə baxıb Salmanı qınamışdı. Bu da yaxşı yadında idi ki, Gülmirə elm aləmində gücsüzlüyünü hiss eləyəndə, elə o vaxt Orxana sığınmışdı, onun təmənnasız məhəbbətinə pənah gətirmişdi. Nadirə yaxşı xatırlayırdı ki, Gülmirə Orxanın onu sevdiyi günlər necə də bəxtəvər sanırdı özünü, arxalı bilirdi özünü. Doğrudur, Gülmirə bu barədə ona heç nə söyləmirdi, ancaq Nadirə uşaq deyildi, sözsüz də hər şeyi başa düşüb anlayırdı, görürdü. Sonra, Orxan dünyadan köçəndən sonra Gülmirənin təkliyi, qəmli-kədərli günləri başlamışdı. Ancaq o, kədərin qabağında sınmamışdı, əyilməmişdi, elə bil ona inanmayanların hamısının acığına o, tamam dəyişmiş, özgə – cəsarətli, işlək, dözümlü bir adam olmuşdu. Dalbadal elmi məqalələri çap olunmuşdu Gülmirənin, müdafiə eləyəndən sonra isə elə bil ona yeni bir ilham, təzə, qüvvətli bir inam gəlmişdi, sanki tutulub daş-kəsək içində itmiş bir bulağın gözü açılmışdı. Lakin Gülmirənin üstünə bircə şey yaman kölgə salmışdı – o da Mirzə Yanarın əlyazması məsələsi idi, Salmanın üstünə ləkə salması idi. Bax, bu, onu həmişə düşündürürdü, xəcil eləyirdi. Salman ona heç nə deməsə də, qadın, onun gözlərinin içinə şax baxa bilmirdi. Nadirə bütün bunları düşünə-düşünə, lap yorulub əldən düşdüyü vaxt, bu qərara gəldi ki, Gülmirə bədbəxt qadındı, çünki təkdi, könül həmdəmi yoxdu. O, hardasa özü ilə Gülmirə arasında qəribə bir oxşarlıq görüb dərin fikrə getdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, birinci fəsil

Gözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.

7 мин
Üçüncü hissə, ikinci fəsil

Dünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.

7 мин
Üçüncü hissə, üçüncü fəsil

Elməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.

11 мин
Üçüncü hissə, dördüncü fəsil

Hökm oxunan günü, axşam Elməddini, Əhədulla bir dəst yorğan-döşək gətirəndən sonra şəhər həbsxanasından Poli-çərxi həbsxanasına gətirmişdilər. Bu həbsxana ona tanış idi, iki-üç il əvvəl də burada yatmışdı. Onu təkadamlıq kamerada saxlayırdılar. Kiçik, hündür divarlı, əl çatmayan yerdə bir dənə dairəvi pəncərəsi olan bir otaq idi — qapısı dəmir idi. İçərinin döşəməsi sement idi. Ancaq taxt qoyulmuşdu divarın dibinə. Yanında taxtadan düzəldilmiş, əl vuranda cır-cır cırıldayan stol vardı. Divarlar kömürlə, mıxla yazıq-yazıq idi. Burada vaxtilə yatanlar adlarını, həbs olunma və çıxma tarixlərini yazmışdılar. Eləsi var idi ki, bu otağa düşmə tarixini yazmışdı, çıxma tarixini yox. Elməddin əyri-üyrü xətlərə göz gəzdirə-gəzdirə düşünürdü ki, yəqin buraxıldığını eşidib sevincək olublar belələri, ya da... Ya da gözlənilmədən çıxarılıblar, bir daha bura qayıtmayıblar! Hərəsi bir insan taleyi idi, təklik, əzab-əziyyət tarixi idi bu yazıların.Poli-çərxi həbsxanasında, demək olar ki, bu illər ərzində Heç bir dəyişiklik olmamışdı. Amirsahib və Şəfini rəhmsizcəsinə döyüb dırnaqlarını çıxaran Dostməmməd hələ burada idi. Onlar Elməddini görən kimi tanımışdılar. Müşayiətçi zabitin təqdim etdiyi sənədləri oxuyan həbsxana amiri yanındakı zabitə müraciətlə:

14 мин

Стихи других поэтов