Страница 1 из 2

Amma belə deyildi. Gülmirə indi özünü çox xoşbəxt sanırdı – əlbəttə, bu xoşbəxtlik nisbi xoşbəxtlik idi, gözü-könlü tox olan Gülmirəyə bəs eləyəcək xoşbəxtlik idi. Əvvələn, Orxanın evinə köçməyi onun qəlbini xeyli toxtatmışdı, qəribə bir nisgil içində olsa da, Gülmirənin Orxansız günləri sona çatmışdı

– fikrən, qəlbən Orxanlı idi o indi. İkincisi, Orxanın o zaman açıb-ağartmadığı o böyük məhəbbət hələ də bitib-tükənmirdi, davam eləyirdi. Məsələ burasında idi ki, Gülmirə dəmir qapısına «Orxan Əlizadə» sözləri yazılmış bu otaqlara köçəndən xeyli sonra, növbəti yır-yığışların birində, arakəsmənin üstündə düzəldilmiş taxçadan bir ümumi dəftər tapmışdı. Dəftər Orxanın əliylə yazılmışdı – hamısı şer idi. Onu tapanda Gülmirə böyük bir xəzinə tapmış adamdan çox sevinmişdi. Qəribə idi ki, dəftəri ürəyi atlana-atlana vərəqləyib axıra çıxanda özü də gözləmədən belə bir qərara gəlmişdi ki, bu dəftəri birdən-birə oxumayacaq. Tez qurtarar və sonra Gülmirə neyləyər? Hər gün, ya həftədə bir şer oxuyacaq və elə biləcək ki, bu şeri Orxan bu gün yazıb! Və beləliklə, o, Orxanın hər gün isti səsini, doğma sözünü eşidib sevinəcək. Bu isə, böyük səadət idi onun üçün. Qəlbi təzədən Orxana qarşı dərin, şirin bir duyğu ilə dolmuşdu. Qəribə bir sövqi-təbii ilə duymuşdu ki, Orxan bu şerləri onun eşqilə, onun üçün yazıb və bu, onun qəlbini kədər qarışıq bir sevinclə doldurmuşdu. Birinci gün, dəftəri tapdığı anlarda, gəlib miz arxasında oturaraq, birinci şeri – cəmi dörd misradan ibarət şeri oxumuş və gözləri yaşarmışdı:

Gəlmisən ömrümə qaranquş kimi,

Sənsiz gül açılıb, yaz ola bilməz.

Adını qəlbimə yazmışam, gülüm,

Dünya dağılsa da, pozula bilməz.

Sözlər diri idi, canlı idi, isti idi, elə bil bax bu dəqiqə otağın gözəgörünməz bir yerində dayanmışdı Orxan, bir az ilişikli, bir az qalın səsilə bu sözləri ona söyləyirdi. Gülmirə bu səsi aydın eşidirdi. Əllərinin içi ilə gözlərini silib, ömründə ilk dəfə verdiyi qərara, çıxardığı hökmə əməl edə bilməyərək dalbadal bütün şerləri oxumuşdu. Sonuncu şeri oxuyanda artıq hava işıqlanırdı. Və bütün gecəni yatmadığına baxmayaraq, Gülmirə bu gecəni ömrünün ən xoş günü sayırdı – çünki Orxan, hətta sağlığında da Gülmirəyə bu boyda sevinc bəxş eləməmişdi. Hərdən, çox xəsisliklə, yəni utandığından çəkinə-çəkinə ona bir şer verəndə Gülmirə o gecəni səhərəcən yata bilmirdi. İndi isə… bu qədər şer… Və elə həmin gecə beynində, ürəyində arzu doğmuşdu – o şerləri, ümumiyyətlə, Orxanın qələmindən çıxan ədəbi parçaların hamısını toplamaq, makinadan çıxartmaq, yaxşı bir müqəddimə yazaraq ayrıca kitab şəklində çap etdirmək necə də gözəl olardı. Bu fikir Gülmirəni elə qanadlandırdı ki, iki-üç ay ərzində bütün işlərini kənara qoyaraq, həmin işlə məşğul oldu. Hətta Razin qəsəbəsinə, Orxanın ata evinə gedərək bacıları ilə görüşdü, Şirin arvadın ölümü münasibətilə başsağlığı verib, nəhayət, gəlişinin məqsədini söylədi. Orxanın böyük bacısı bu xəbəri eşidib hədsiz sevindi və mərhum qardaşının bütün kağızlarını, qovluqlarını onun ixtiyarına verdi. Gülmirə vaxtilə əzizinin əlləri, nəfəsi toxunmuş kağızları qəlb çırpıntısı ilə vərəqlədi. Üç hekayə və bir gündəlik tapdı. Gündəlikdə adda-budda şerlər də vardı. Gülmirə onları oxumadan evə gətirdi və evdə arxayın-arxayın oxudu. İlahi, bu necə məhəbbət imiş, necə yerə-göyə sığışmayan imiş! Bax, bu sevgi idi Gülmirəni xoşbəxt eləyən. Yeddi çap vərəqi həcmində bir kitab əmələ gəldi, Orxanın şəklini də əlavə edib əlyazmasını nəşriyyata təqdim elədi. Xoşbəxtlikdən nəşriyyatda bu təşəbbüsü alqışladılar. Nəşriyyatın direktoru sən demə, Orxanı yaxşı tanıyırmış. Onun vaxtsız ölümünə kədərlənənlərdən biri də elə o imiş. «Orxan ölməli oğlan deyildi, Gülmirə!.. Bizim kisəmizdən – elmin kisəsindən getdi Orxan. Sən yaxşı eləmisən ki, bu əsərləri toplayıb gətirmisən. Yazı, xüsusən yaxşı yazı bizim mənəvi sərvətimizdi. Onları qorumaq, çap etdirmək, gələcək nəsillərimizə çatdırmaq bizim vətəndaşlıq borcumuzdu, bacım. Mən

üstünü yazıram, gələn ilin planına salsınlar. Apar ver bədii ədəbiyyat şöbəsinin müdirinə.

Gülmirənin uçmağa qanadı olmamışdı onda. İndi isə o, yerə-göyə sığışmırdı – çünki Orxanın «Yadigar» adlı şerlər kitabı çıxmışdı. Elə bu gün işin axırında nəşriyyata gedib on nüsxə kitab gətirmişdi. Kitabı vərəqləməkdən doymurdu. Mətbəə, qurğuşun iyi ona dünyanın ən gözəl ətrindən də xoş gəlirdi. Servantın şüşəsi qabağında mehriban-mehriban ona baxan Orxanın şəklinin yanına bir nüsxə qoydu, çəkilib kənardan tamaşa elədi. Şəkil elə bil dil açmaq, nə isə demək istəyirdi, ancaq dodaqları tərpənmirdi, Gülmirə isə astadan, mükəddər bir səslə:

− Səni təbrik eləyirəm, Orxan, əzizim! – dedi. Sənin şerlərin çıxıb, əzizim. Gözün aydın, Orxanım.

Orxanın yenə dodaqları qımıldanmadı, ancaq otaqda, qayibanə bir səs gəldi Gülmirənin qulaqlarına:

− Sağ ol, Gülmirə!

Gülmirə necə də istəyirdi bu söhbət uzansın. Ancaq, daha heç nə eşidilmədi. Çörək də yemədən, stol arxasında oturub kitabı təzədən oxudu. Necə şirin idi bu kitab, aman allah. Bu, Orxanın – onun ən əziz adamının yadigarı olduğuna görəmi belə şirin idi, ya bu şeylər ona yazıldığına görəmi? Baş aça bilmirdi – çünki çox sehirli və dolaşıq hisslər aləmində çalıxıb çabalayırdı Gülmirə. Nadirəyə, Orxanın bacısına zəng eləyib onlara bu şad xəbəri çatdırmaq o zaman yadına düşdü ki, artıq gec idi, saat üçə işləyirdi.

Gülmirə durub soyundu, işığı söndürdü, yerinə girdi. Lakin gözünə yuxu getmədi ki, getmədi. Birinci, Orxanın bacıları gəlib durdu qabağında, ağıllı, istedadlı, yeganə qardaş itirmiş bacıların kitabı görərkən necə sevinəcəklərini təsəvvür eləyib kövrəldi Gülmirə. O biri yandan da Orxanın şerlərinin çıxdığını görəndə Nadirənin necə fərəhlənəcəyini (Nadirə mərhumun xatirini çox istəyirdi və haradasa qəlbinin dərinliyində etiraf edirdi ki, Gülmirə doğru deyir – Orxanı Salman öldürüb və bunu, ona heç cür bağışlaya bilmirdi), Salmanın pırpız qaşlarının çatılacağını, İltifatın dodaq büzərək (o, indiki şairlərin heç birini bəyənmirdi, sevimli bir sözü vardı – «cəfəngiyyat» – onu ürəyi ağrımadan hamının ünvanına işlədirdi.) «cəfəngiyyatdı» deyəcəyini, o biri yoldaşlarının «Balam, bizdən xəlvət işlər görürsən.» söyləyəcəyini indidən görür və eşidirdi – çünki Gülmirə bu barədə indiyə qədər heç kəsə heç nə bildirməmişdi. Sadəcə istəməmişdi.

… Doğrudan da, səhərisi bütün institutda, xüsusilə şöbədə Orxanın kitabının çap olunması Gülmirənin gözlədiyindən də böyük səs-küyə, söz-söhbətə səbəb olmuşdu. İş başlayandan, camaat gəlib öz yerində oturandan az sonra, Gülmirə bazar zənbilində gətirdiyi səkkiz kitabı (birini Orxanın şəklinin yanında qoymuşdu, birini də özü üçün saxlamışdı) yoldaşlarının stolunun üstünə qoyaraq astadan, həyəcanını mümkün qədər boğmağa və yuxusuzluqdan qızarmış gözlərini gizlətməyə çalışaraq:

− Orxanın təzə kitabı çıxıb! – demişdi və yavaşca da çəkilib mizin arxasında əyləşmişdi. Hərəsi bir cür təbrik etmişdi Gülmirəni. Çünki titul səhifəsində «Toplayanı, tərtib edəni və ön söz müəllifi, filologiya elmləri namizədi Gülmirə Əlibəylidir.» – sözləri yazılmışdı. Sonra otağa sükut çökmüşdü. Orxanın şer dəqiqələri başlamışdı – hərə ürəyində dünənəcən yanlarında oturan, sakit, xeyirxah, gecə-gündüz ömrünü elm yolunda şam kimi əridən, birdən-birə, gözlənilmədən dəstədən ayrı düşüb üzülən Orxanın şerlərini oxuyurdu. Gülmirə gözaltı onlara baxırdı. Salman vərəqlədi, bir kənara qoydu kitabı, nə isə yazmaq üçün əlinə qələm aldı. Nadirə xanım uymuşdu, oxuduqca xışıltı ilə vərəqləri çevirirdi. Üz-gözündə xoş bir ifadə vardı. Gülmirə onun şersevən olduğunu çoxdan bilirdi və hamıdan fərqli olaraq Nadirə, üstəlik, bu şerlərin Gülmirəyə yazıldığından da xəbərdar idi. Gülmirə özünün böhranlı anlarında, Orxan öləndən sonra dəli olmaq dərəcəsinə gələndə dərdini, ürəyini açıb Nadirə xanıma demişdi. Nadirə xanım isə özünə xas bir mehribanlıqla: «Ürəyini mənə açdığın üçün çox sağ ol, Gülü – söyləmişdi. – Ancaq deməsəydin də, mən bunu bilirdim!» Gülmirə təəccüb və heyrətlə qaşlarını yuxarı qaldırıb, «Nədən?» – deyə soruşanda o, «Belə şeyləri məndən heç kəs pünhan saxlaya bilməz, Gülü. Mənim gözlərim hər şeyi görmək qüdrətinə malikdi.» – deyib qımışaraq əlavə eləmişdi: «Bircə Salmanın ürəyindən, içindən başqa hər şeyi görə bilirəm!» Gülmirə utanıb başını aşağı salmışdı, «Qəribədi!» Nadirə indi yaxşı ki, susurdu. Gülmirə istəmirdi ki, o, fikrini indi söyləsin. «Sonra, ikilikdə danışarıq!» O, belə düşünə-düşünə İltifata göz yetirdi. İltifat da eynən Salman kimi, kitabın axırına, tirajına baxıb stolun üstünə qoydü və iri, qabağa çıxmış domba gözlərini dolandırıb Orxanın divardakı şəklinə nəzər saldı, sükutu pozaraq:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Xoş gəlmisən, Nərgizim

(Dramatik roman)MƏN – İş saatı yenicə qurtarmışdı. Evə – ailəsinin, uşaqlarının yanına, dükana-bazara tələsən şöbə əməkdaşları beş-altı stol, iki şkaf qoyulmuş, iri lay pəncərələri şəhərin ən gözəl, axar-baxarlı küçələrindən birinə açılan otağı tərk edib getmişdilər. İdarədə təkcə Toğrul qalmışdı. Buna o, uzun illərdən bəri adət eləmişdi. Hamı çıxıb gedəndən, gəl-get azalandan sonra o, redaktə etdiyi əsərin əlyazmasını təzədən qabağına çəkər, səbrlə, təmkinlə, düşünə-düşünə oxuyar və düzəlişlərini edərdi. Yorulanda qələmini yerə qoyub siqaret yandırar, qızarmış, yorğun gözlərini qənşərində qoyulmuş stola ⎯ Nərgizin stoluna dikər, hər səhər hamıdan qabaq gəlib suladığı dibçəkdəki «aşdım-daşdım» gülünə baxar-baxar, xəyalında Nərgizi öz yerinə gətirib oturdar və ürəyində, səssiz-səmirsiz onunla dərdləşərdi.

2 ч 15 мин
Birinci hissə, birinci fəsil

Dünyadan köçəndən sonra daürəklərdə və xatirələrdə yaşamağa

7 мин
Birinci hissə, ikinci fəsil

Gecə keçirdi...Əqdəm yatağına uzanmışdı, əllərini başının arxasında daraqlayıb alaqaranlıqda nəsə axtaran, ora-bura çovuyan Gülmirəyə baxırdı. Gəlin şifonerin qənşərində dayandı. Şifonerin qapısı cırıltı ilə açıldı. Əqdəmin burnuna ətir iyi gəldi. Ay işığı güzgü qabağında dayanmış Gülmirənin çılpaq ağ çiyninə düşüb parıldayırdı. Aynada gəlinin tutqun kölgəsi görünürdü. İpək gecə köynəyinin xışıltısı eşidildi, Gülmirə ayna qabağından aralanıb çarpayıya sarı addımladı. Elə bil Əqdəmin yanına güllü-çiçəkli bahar, gənclik və gözəllik ilahəsi gəlirdi. Bu dəm o sehrli bir yuxu görən kimi oldu. Özünü dünyanın ən xoşbəxt adamı hesab elədi. Arvadının təması onu həmişə uçduğu göylərdən də neçə mərtəbə yuxarı qaldırdı...

6 мин
Birinci hissə, üçüncü fəsil

Gülmirə güzgü qabağında dayanmışdı. Üst-başını səliqə-səhmana salır, saçını darayırdı. Cığasından iki-üç tel ayrılıb alnına düşmüşdü, nə qədər eləyirdisə, geri qatlaya bilmirdi. Güzgüdən ona gözəl bir gəlin tamaşa eləyirdi. Rəngi-rufu açılıb allanmışdı, yanaqları çıraq kimi yanırdı. Qıvrılıb qaşlarının üstünə düşən bu tellər onu daha da gözəlləşdirirdi.Əqdəm şirin-şirin yatmışdı. Üzündə sakit, yorğun bir ifadə var idi. Gülmirə ayna qabağından ayrılandan sonra ərinin yatışına xeyli tamaşa elədi, ehmalca əyilib onun alnından öpdü.

6 мин

Стихи других поэтов