Страница 1 из 2

Başı dümağ ağarsa da, gümrahlığını, çevikliyini itirməmiş, gündən-günə artan bir həvəslə elmi işə girişən, kitabxanaların köhnə, toz basmış künclərini, əlyazmalarını araşdıran Cəfər sevincdən dili söz tuta bilmədiyi halda Salmanın otağına girəndə professor uzun illərin sövqi-təbiisi ilə anlamışdı ki, burada nəsə mühüm bir məsələ var. İkicə saniyə sonra zənninin doğru olduğunu görüb özünün indi də məəttəl qaldığı ustalıqla Cəfəri sakitləşdirib onu ətraflı danışmağa qoymamış, əlindəki fotosurəti, əlyazmasını alıb stolun üstünə atmış və demək olar ki, zorla Cəfəri də itələyib bayıra çıxarmış:

– İndi çox təcili işim var, prezident çağırıb,— deyərək qapını qıfıllayıb mərtəbələri aşağı enmişdi. Əslində o özü də sevindiyindən nə edəcəyini bilmədiyi üçün və ələ düşən yağlı tikəni itirməmək məqsədi ilə yollar aramaq üçün belə eləmişdi.

Məsələ bunda idi ki, Cəfər kəşf eləmişdi. Elə bir kəşf ki, axtaran, gecəni gündüzə qatıb kirpiyi ilə od götürən elm adamının çəkdiyi bütün əziyyətləri bircə anda unutdurar, adını-sanını göylərə qaldırıb məşhurlaşdırardı. Cəfər ömrü boyu həsrətini çəkdiyi elm sahəsinə yaşı əllini haqlayanda gəlmişdi; buna görə, təbii ki, onun bu cür yadda qalan, səs-küy sala bilən elmi məsələlər qaldırmağa daha çox ehtiyacı vardı. Kim bilir, bəlkə elə bu ehtiyac idi ki, onu yaşının bu çağında uzun illər çəkdiyi əzab-əziyyətdən sonra, elmi-tədqiqat institutunun qapısına çəkib gətirmişdi? Bəlkə bundan daha qüvvətli, daha əzəmətli bir istək... Kim bilir?

Füzulinin avtoqrafını, indiyə qədər heç kimə məlum olmayan dəst-xəttini tapmaq, ortalığa çıxarmaq heç də balaca, ötəri bir məsələ deyildi. Ürək yandıran, məhzun bir qəlbin qanla yazılmış şikayət iniltiləri olan o ölməz qəzəllər, məhəbbətin özü kimi ölməz, unudulmaz olan «Leyli-Məcnun» bax, bu xətlə yazılıb. «Bunu yazdı mövlana Məhəmməd Füzuli»,— deyə böyük şair Kərbəlada baş vermiş taunun tarixini köhnə bir əlyazmasının küncünə qeyd etmiş zaman onun öz əli ilə yazdığı çoxlu əlyazmaları itirib-batırsa da, bu bir-iki cümləyə yadigar olsun deyə əl vurmamış, qoruyub saxlamışdı.

Salman Cəfəri itələyib bayıra salandan iki saat sonra yenidən idarəyə qayıtmış, fotosurəti qabağına qoyub tək-tənha oturaraq bu nadir tapıntını dönə-dönə nəzərdən keçirmiş, həqiqət olduğunu təyin eləyəndən sonra yerində qərar tuta bilməyib boş otaqda o baş-bu başa var-gəl eləyə-eləyə yollar, çarələr axtarmağa başlamışdı. Bəli, məhz yollar və çarələr! Necə eləmək ki, bu yağlı tikəni Cəfərin əlindən çıxarmaq, onun ağzını yan salmaq! Axı bu kəşf Cəfərə nə verəcək, onun ki, heç nəyi yoxdur — nə xidməti, nə elmi adı var? «Amma mənim, — deyə o özünün elm aləmindəki sambalını fikrən ölçüb biçə-biçə düşünürdü, — şöhrətimin üstünə şöhrət, xidmətimin üstünə xidmət gətirər! Heyf, necə bunu mən görməmişəm, necə mən görməmişəm!.. — deyərək yanıb-yaxılır, tüstüsü təpəsindən çıxırdı. Fikirləşdikcə hansı qəzetinsə həmin məsələyə həsr olunmuş məqalə çıxan nömrəsi xışıltı ilə gözünün qabağında cilvələnir, məqalənin başında isə gah «filoloji elmlər doktoru, professor Salman Qurbanzadə», gah da, sadəcə, «elmi işçi Cəfər Məsimzadə» sözləri yazılırdı. «Bəlkə danışım, ikimizin adından bir məqalə yazaq» — düşünürdü, — Yox,

– deyə içəridən qürur və heysiyyət dilə gəlib onu bu fikirdən daşındırırdı: — O hara, mən hara? Professor Qurbanzadə... və Cəfər... Yox. Ayrı necə eləmək olar bəs, necə eləmək olar?»

Belə hallarda, adəti üzrə, çox da məəttəl qalmayan Salman Qurbanzadə ağlına gələn fikirlərdən özü də səksənən kimi oldu. «Nə mən yeyim bu yağlı tikəni, qoca qurd, nə də sən?»— deyə o keçib telefonun dəstəyini götürdü, yanını mizin üstünə qoyub nömrəni yığdı.

– Allo!.. Gülmirə?.. Salam!.. Necəsən?.. Mənəm, Salmandı.

– Salam, professor! Buyurun, eşidirəm sizi. Sizdən nə əcəb?— Çünki indiyəcən o, bircə dəfə də olsa Gülmirəgilə zəng eləməmişdi.

– Mən səni görmək istəyirəm, Gülmirə,— deyə professor həyəcanlı səslə sözləri dəstəyin ağzına üfürdü. — Əlində nə iş olsa, yarımçıq qoy, mənə dəy.

– Baş üstə. Siz evdəsiniz, elə deyilmi.

– Yox.

– Yox?

– İdarədəyəm.

– İda...rə..də?— deyə Gülmirə təkrar elədi.

– Hə, idarədəyəm.

– Axı indi... idarədə heç kəs yoxdu,— deyə bircə anda onun ürəyinə neçə fikir axıb doldu — Hamı...

– Mən buradayam, özüm də təkəm.

Gülmirə nə cavab verəcəyini bilmədən fikrə getdi: bu zaman Salmanın hökm kimi, əmr kimi səslənən sözləri qulağında cingildədi:

– Gözləyirəm, gəl!..

İyirmi dəqiqə keçməmiş Gülmirə ürəyində bu gözlənilməz və qəribə dəvətin nə demək olduğunu götür-qoy eləyə-eləyə Salman Qurbanzadənin qapısını açıb içəri girəndə professor həyəcan qarışıq bir təbəssümlə gülümsündü və:

– Gəl, gəl, qızım,— dedi,— gəl otur.

Gülmirə pillələri yeyin-yeyin çıxdığından tövşüyürdü, Nəfəsini dərib professora nəzər yetirərək oturdu. Professorun səsinin azca titrəyişi, hərəkətlərindəki çaşqınlıq Gülmirənin gözlərindən qaçmadı: «Yox, nəsə mühüm bir iş var. Axır vaxtlar «məhsul» verməyən elmi işçiləri ixtisara salmaqdan çox danışırlar. Yəqin, yuxarıdan mənim də məsələmi qoyublar. Yoxsa...»—deyə yol uzunu düşünə-düşünə instituta sarı addımlayan Gülmirə indi professorun qənşərində oturaraq bu qənaətə gəldi.

– Sənin işlərin nə təhər gedir, qızım?—deyə Salman, adəti üzrə, uzaqdan başladı. Bu sual Gülmirəyə yersiz göründü; çünki bu gün iş vaxtı, şöbədə o, Gülmirəni iki dəfə görmüş, ancaq onun işlərinin necə getdiyi ilə maraqlanmamışdı. Gülmirə özünü danladı: «Yəqin, o qədər adamın yanında durub mənim işlərimlə xüsusi maraqlansa, deyərlər ki, bəli, professor öz dost-tanışı ilə ayrı cür məşğuldu. O qədər ağzıgöyçək var ki. Elə biri Cəfər. Bir bəhanə axtarır ki, durub iclasda çıxış eləsin, demaqoqcasına».

Fikrini cəmləyib professorun sualına cavab verdi:

– Belə də, professor, birtəhər... işləyirik.

– Birtəhər...— deyə Salman Gülmirənin gözləmədiyi bir tərzdə onun sözlərini təkrar elədi. — Birtəhər, yox, qızım. Gərək,— səsini ciddiləşdirdi,— indi sənin səsin bilirsən haralardan gəlsin? Qəzetlərdən, jurnallardan, nədən ki, cavansan, gücün, enerjin var.

Gülmirə daxili gərginlik içində:

– Bir məqalə yazmışam,— dedi.

– Yazmısan? Gətir oxuyum, qol qoyum, getsin. Daha özün bilirsən ki, sənin üçün yollar açıqdı, qızım. İstifadə elə. Sabah kim bilir nə olacaq. Yaxşı?— O, yenə üz-gözünün qəzəbini ilıq, mehriban bir təbəssümlə əvəz eləyib soruşdu:— Hardadı o məqalə?

– Evdədi, professor.

– Gətirərsən sabah... Ancaq indi mən səni ayrı iş üçün çağırmışam.

– Buyurun, professor. — Gülmirə nigarançılıqla onun haldan-hala düşən sifətinə baxdı.

Salman ani fikrə getdi. Haradan, necə başlamalı? Gülmirəyə etibar eləmək olardımı? Arvadın, deyirlər, hülqumu olmur. Söz saxlaya bilmir. Birdən qəbul etmədi və ya bir yerdə ağzından qaçırdı? Onda necə olar? Onda Salman gərək baş götürüb bu şəhərdən qaçsın, deyilmi?

Bu suallar onu üzsə də, o, paxıllıq adlı zəhərli bir duyğunun təsiri ilə qalan hər şeyi unudur, necə olursa-olsun, Cəfəri «Quru yerdə» qoymaq istəyirdi.

– Sənin vəziyyətin, bilirsən ki, tükdən asılıdır, Gülmirə. Mən bunu sənə bir şöbə müdiri kimi yox, bir dost kimi deyirəm. Sənə ürəyim yanır, deyirəm. Özün də şükür ki, uşaq deyilsən, hər şeyi yaxşıca dərk eləyirsən, görürsən. İndi prezident belə şərt qoyub qarşımızda: kim ki, elmi məhsul vermir, ya qabiliyyəti yoxdur, onun yeri elmi-tədqiqat institutu deyil.

Gülmirənin ürəyi sixılmağa başladı. Aylardan bəri qorxusunu çəkdiyi günlər yaxınlaşırdı. Görünür, bu elə ciddi məsələ idi ki, Salman kimi mötəbər alim də onun imdadına yetə bilmir, məcbur olub özünü söhbətə çəkir, yaranan vəziyyətdən çıxış yolu axtarmaq istəyirdi. Belə düşünən Gülmirə:

– Elədir, professor! — dedi,— Şəxsən mənim yerim elmi-tədqiqat institutu deyil...

– Nə?— Professor heyrətlə səsləndi,— necə dedin? Bura sənin yerin deyil? Yox! Bax, bu mənim xoşuma gəlmədi. Bu olmadı, qızım, olmadı! Yoxsa yarı yolda qoyub qaçmaq fikrindəsən? Mən şəxsən mübarizə aparmağı bacaranları sevirəm! Ancaq belə adamlar həyatda özlərinə yol açırlar və yaşamaq, yaşatmaq haqqı qazanırlar. Ancaq belələri. Bəli! Mən şəxsən Viktor Hüqonun fəlsəfəsinin tərəfdarıyam: «Ot olub yeyilincə...» Bildin?

Gülmirə əlində tutduğu zərli baş yaylığı ilə istidən pörtüb qızarmış, üzünü yelpiklədi. Professor elə dayanmışdı ki, bütün diqqətini cəmləsə də, onun nə demək istədiyini yaxşı dərk eləyə bilmirdi. «Qabiliyyətsizlər», «mübarizə eləməyi bacaranlar».

– Mən çalışaram ki...

– Çalış, çalış, qızım. Mən sənin haqqında həmişə düşünmüşəm: necə eləmək ki, səni bir yana çıxartmaq!

– Sağ olun, professor. Mən bu qayğını həmişə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, birinci fəsil

Gözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.

7 мин
Üçüncü hissə, ikinci fəsil

Dünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.

7 мин
Üçüncü hissə, üçüncü fəsil

Elməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.

11 мин
Üçüncü hissə, dördüncü fəsil

Hökm oxunan günü, axşam Elməddini, Əhədulla bir dəst yorğan-döşək gətirəndən sonra şəhər həbsxanasından Poli-çərxi həbsxanasına gətirmişdilər. Bu həbsxana ona tanış idi, iki-üç il əvvəl də burada yatmışdı. Onu təkadamlıq kamerada saxlayırdılar. Kiçik, hündür divarlı, əl çatmayan yerdə bir dənə dairəvi pəncərəsi olan bir otaq idi — qapısı dəmir idi. İçərinin döşəməsi sement idi. Ancaq taxt qoyulmuşdu divarın dibinə. Yanında taxtadan düzəldilmiş, əl vuranda cır-cır cırıldayan stol vardı. Divarlar kömürlə, mıxla yazıq-yazıq idi. Burada vaxtilə yatanlar adlarını, həbs olunma və çıxma tarixlərini yazmışdılar. Eləsi var idi ki, bu otağa düşmə tarixini yazmışdı, çıxma tarixini yox. Elməddin əyri-üyrü xətlərə göz gəzdirə-gəzdirə düşünürdü ki, yəqin buraxıldığını eşidib sevincək olublar belələri, ya da... Ya da gözlənilmədən çıxarılıblar, bir daha bura qayıtmayıblar! Hərəsi bir insan taleyi idi, təklik, əzab-əziyyət tarixi idi bu yazıların.Poli-çərxi həbsxanasında, demək olar ki, bu illər ərzində Heç bir dəyişiklik olmamışdı. Amirsahib və Şəfini rəhmsizcəsinə döyüb dırnaqlarını çıxaran Dostməmməd hələ burada idi. Onlar Elməddini görən kimi tanımışdılar. Müşayiətçi zabitin təqdim etdiyi sənədləri oxuyan həbsxana amiri yanındakı zabitə müraciətlə:

14 мин

Стихи других поэтов