Üçüncü hissə, yeddinci fəsil
Страница 1 из 2
Öz iş otağına çəkilib Orxanın əlyazmalarını vərəqləyən, ona məlum çap olunmuş əsərlərini və işıq üzü görməmiş məqalələrini açıb bir yana yığan Salman o arıq, çəlimsiz vücudda nə qədər böyük qüvvə, qüdrət, tükənməz həvəs və şövq olduğunu sanki bu günlər başa düşür, möcüzə qarşısında dayanmış adam təki heyrətlənirdi. Elə bil, Orxan illərlə onun tələbəsi olmamışdı, illərlə onun şöbəsində gözünün qabağında işləməmişdi. Sanki Salman Orxanı təzədən — sağlığında yox, öləndən sonra tanımağa başlayırdı. Sağlığında o nə qədər sakit, az deyib, az danışan bir adam idi. Başqalarından nə gülüşü, nə danışığı, nə yerişi ilə seçilən, kölgə kimi gəzib dolanan Orxanın, sən demə, ürəyində od-alov varmış. Elə ona görə də ürəyindən ölmədimi?!
Salman səliqə və səbirlə yazılıb nömrələnmiş, ayrı-ayrı qovluqlara yığılmış məqalələri, əsərləri heç bir çətinlik çəkmədən sahmana salırdı. Düşünə-düşünə, öz-özünə danışa-danışa. Salman etiraf eləyirdi ki, cavan olsa da, Orxanda öyrənməli şeylər çoxdu: hər gün işləmək, əlyazmasına məsuliyyət hissi ilə yanaşmaq, onu dönə-dönə köçürmək, tamam «bişiriləndən» sonra oxucunun hüzuruna çıxarmaq! Bunlar elə keyfiyyətlərdi ki, təkcə indi elm aləmində çalışan cavanların çoxunda deyil, hətta yaşlı, təcrübəli elm adamlarının da çoxunda yox idi.
Orxan hər gün işləyirmiş. Salman bunu əvvəllər bilmirdi, Orxan özü də heç dilinə gətirməmişdi. Amma budur, əlyazmalarının qırağındakı tarixlər göstərir ki, o, hər gün, demək olar ki, hər gün işləyirmiş. Beləliklə, Salman asanlıqla təyin edə bilərdi ki, Orxan hansı əsərlərini haçan başlayıb, haçan qurtarıb və ümumiyyətlə, neçə günə, neçə aya yazıb. Elə günlər var ki, beş səhifə yazıb, elə günlər var ki, bir səhifə, yarım səhifə yazıb. Bircə sətir yazdığı günlər də az olmayıb.
Kağızlar arasından tapılan gündəlik Salmanın diqqətini daha çox cəlb etmişdi. O, Orxanın gündəliyinin səhifələrini dönə-dönə oxumuşdu. Orxan bunları özündən sonra bir yadigar qoyub getmək üçün yox, bəlkə gələcəkdə, aradan uzun illər ötüb keçəndən sonra, qocalıq əyyamında özünə hesabat vermək üçün yazmışdı. Elədiyini, düşündüyünü, gördüyünü... İnsan yaddaşı hər şeyi hifz eləyib saxlamağa qadir deyil. Bəli, Orxanın beyni, təfəkkürü onun əsərlərində idisə, ürəyi, hissiyyatı bax bu gündəlikdə idi. O əsərlər onun ictimai həyatı idisə, gündəliyin dolu səhifələri də onun şəxsi həyatı idi. Çox zaman isə bunları bir-birindən ayırmaq olmurdu.
Bəli, Orxan bu kağızlarda idi. Atasının hücrəsində divardan nüfuzlu baxışlarını Salmana zilləyən, alimlər evindəki otağında qayibanə səslə onu səksəndirən Orxan indi də bu kağızlarla sanki professorun iş otağına gəlmişdi. Bir vaxt bax, bu stulda oturardı, sakit, utana-utana danışardı. Onda Sədəf, ya Nadirə özü onun qabağına çay gətirib qoyardı. İndi stul boşdu. İndi çay da lazım deyildi. Ancaq Orxan burdadı. Özü də bu dəfə o, professorla — öz müəllimi ilə açıq və bəlkə bir az da sərt danışacaq. Sağlığında hörmət elədiyinə görə, nəzakət xatirinə Salmana demədiyi, demək istəmədiyi sözləri də indi çəkinmədən, uca səslə deyəcək, hətta o, indi utanmadan öz nakam eşqi haqqında da müəllimi ilə söhbət edəcəkdi.
Budur, professorun otağında Orxanla Salman arasında gedən mübahisə başqa mübahisələrə bənzəmir. Deyilən söz birdi, dəyişilməz! Cavablar haqlı da ola bilər, haqsız da. Düzəliş verən yox, etiraz eləyən yox. Cavab verən hirslənə də bilər, əlini stolun üstünə çırpıb qəzəblə qışqıra da bilər. Onun müqabilində nə səksənən yox, nə «bağışla, professor!» deyən yox. Bəli, bu mübahisə başqa mübahisələrə bənzəməz!
Orxanın gündəliyindən:
«Bağçada güllər qönçələndi, bağçada güllər açıldı. Bağçada güllər xəzəl olub töküldü.
Biz də sizin kimiyik, güllər! Lap sizin kimi!»
Professorun ürəyi:
«Köhnədir, min dəfə deyilmiş şeydi, Orxan! «Təkrar biliyin anasıdır» kəlamı sənətin düşmənidir».
Orxanın gündəliyindən:
«Universitetdə oxuduğum illər mənim ömrümün ən əziz və unudulmaz günləridir, — desəm, yanılmaram. Çünki məhz bu günlərdə mən həyatın əsl mənasını dərk elədim. Mənim əziz müəllimlərim mənə öz biliklərini verməkdə xəsislik eləməmişlər. Mən özüm də bu illəri kitabxanalar küncündə başa vurdum. Elm adlanan xəzinənin əsrarına az-çox bələd oldum. Mənim yoldaşlarımın çoxusu buradan diplom və bilikdən başqa özləri üçün gözəl, ağıllı ömür yoldaşı da apardılar. Universitet gözəllər şəhəri olan Bakımızda əsl gözəllər məskəni idi. Bəli, mən o gözəllər arasında özümə ömür-gün yoldaşı tapa bilmədim. Daha doğrusu, axtarmadım buna vaxtım olmadı. Eybi yoxdur, təəssüflənmirəm».
Professorun ürəyi:
«Mən dünyaya gəlib insan kimi yaşayanları daha çox sevirəm. İş vaxtı iş, istirahət vaxtı istirahət. Ad, şöhrət naminə özünü dünya nemətlərindən məhrum eləyənlər mənim nəzərimdə o qədər də ağıllı adamlar deyillər. Həyat adamı olmaq daha yaxşıdır. İkinci dəfə dünyaya heç kəs gəlmir.
Sən elə tələbəlik illərindən şöhrətpərəstlik azarına tutulmuşdun, Orxan. Nə isə, başqa tələbə yoldaşlarından seçilmək istəyirdin, müəllimindən bircə «sağ ol» kəlməsini eşitmək üçün heç kəsin oxumadığı kitabları belə mütaliə eləyirdin... Şöhrətin, ad-sanın onları yaşadacağına inananlar əsl insan həyatından imtina edib axirətdə yaxşı gün görəcəyinə inanan adamlara bənzəyirlər. Sən də belə idin, Orxan!»
Orxanın gündəliyi:
«İndi dissertasiya müdafiə eləmək dəb düşüb. Kimi görürsən dissertantdır, kimi görürsən aspirantdır. Özünü gecə-gündüz öldürür ki, müdafiə eləsin. Nə üçün? Məgər əsər müdafiə eləməmiş alim olmaq olmazmı? Məncə, olar, özü də yaxşı alim olmaq olar. Necə ki, mənim hörmətli müəllimlərimdən biri uzun illər müdafiə eləmədi. İstəmədi. Amma elmi dərəcəsi olan bəzi yoldaşlardan çox yazıb-yaradırdı. Yəni demək istəyirəm, müdafiə eləmək məsələnin formal tərəfidir. Pulu çox verirlər. Vəssalam. Məsələn, mən kiçik elmi işçi olanda da, indi də eyni qaydada işləyirdim. Onda maaşım az idi, indi maaşım çoxdu. Amma eyni işi görürəm. Çoxlarını tanıyıram ki, müdafiə eləyəndən sonra qələmi yerə qoyub əsl istirahətə çıxır. Çox əziyyət çəkmişik, — deyir, — indi də bir az dincələk. Bütün bu prose-sin arxasında məncə, maddi maraq, iqtisadi amil durur və bizim ictimaiyyətimiz, umumiyyətlə, elmi işə axın barədə, onun iqtisadi stimulu barədə düşünməlidir».
Professorun ürəyi:
«Sənin məsələni partiya iclasında müzakirə... Ax, bu indi qətiyyən mümkün deyil».
Orxanın gündəliyi:
«Mən oxumamışam, amma eşitmişəm: deyirlər, akademik Kraçkovskinin belə bir kəlamı var ki, qadın çirkin olmasa, ondan yaxşı elmi işçi çıxmaz. Məncə bu fikir yanlışdır. Gözəl qadın da gözəl və məşhur alim ola bilər. Məsələn, bizim Nadirə. O, gözəldi, çox gözəldi. Alimliyinə kimin sözü ola bilər?! İstedadlı, coşqun, yorulmaq bilməyən. Mənə elə gəlir ki, o, əri Salman müəllimdən çox qüvvətli və bacarıqlı alimdir. Bunu tək mən yox, çoxları deyir». Professorun dili:
– Kəs, elə buradaca saxla! Yenə başından yekə qələtlər eləyirsən. «Bunu tək mən yox, çoxları deyir».
Salman siqareti götürüb yandırdı. İki-üç, dəqiqə Orxanın gündəliyinə baxmayıb başını əlləri arasına alaraq fikrə getdi. Yersiz hirsləndiyinə görə az sonra özünü danladı. Yenə ürəyində danışmağa başladı: Professorun ürəyi:
«Heyf, ölüb gedibsən. Yoxsa səninlə ayrı cür danışardım».
Orxanın gündəliyi:
«Sənə bircə sualım var: niyə belə paxılsan, Gülalı?»
Professorun ürəyi:
«Kişiyə qara yaxıb eləmə. Paxıl-zad deyil. Kaş elə sən də onun kimi olaydın. O, çörək itirən deyil».
Orxanın gündəliyi:
«Bu gün şöbəmizə universitet məzunlarından cavan bir qız qəbul elədilər. O qədər gözəldi ki, təsvir eləməyə dil acizdir. Adı Gülmirədir. Başa düşmədim nə sirdi: onunla üz-üzə, göz-gözə gələndə elə bil sinəmdə nəsə qırılıb düşdü — mən sarsıldım».
Professorun ürəyi:
«Hə, bunlardan danış. Öz məhəbbət macəralarından söhbət aç. Demək, Gülmirə bizim şöbəyə gələn kimi sən sarsıldın, hə?»
Orxanın gündəliyi:
«Mən ona vurulmuşam, aman allah! Heç rahat ola bilmirəm. Bu nə iş idi mən düşdüm! Məhəbbət beləmi naqafil gəlirmiş?»
Professorun ürəyi:
«Adam əvvəl baxar, öyrənər, bilər, sonra vurular. Yoxsa kor-koranə məhəbbət olar?!»
Orxanın gündəliyi:
«Səi demə, onun əri varmış! Sən demə, o təzə gəlinmiş! Bu gündən ağır günüm olmayıb, olmaz da. Qanadı sınmış quş kimiyəm. Hisslərim çalpaşıq, başım dumanlıdır. Sanki səadət paylananda mən qəflət yuxusunda imişəm!»
Professorun ürəyi:
«Təkcə səadət yox, çox şey paylananda sən qəflət yuxusunda olmusan».
Orxanın gündəliyi:
«Mənim atəşlərə yanan ürəyimdən xəbərsiz olan sən nə şirin-şirin gülürsən, Gülü? Elə ürəklə, elə sevinclə gülürsən ki, bu yaralı ruhum sənin o şən, o qayğısız gülüşlərindən cana gəlir, Gülü! Dünyanın bəlkə də ən bəxtəvər, ən xoşbəxt insanı olan (sən, doğrudan da, xoşbəxtsən, Gülü!) sənin qara, atəşin gözlərin şəfəq saçıb parlayır, qönçə təki zərif dodaqların gül kimi açılır. Sənin gülüşünə mən bədii gülüş deyirəm, Gülü! O mənə ilahi ilhamla yazılmış gözəl şer, bülbüllərin cəhcəhi, çiçəklərin ətri, bulaqların zümzüməsi kimi zövq verir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-teyyare-kolgesi-ucuncu-hisse-yeddinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nəzər o gün günortayacan yatdı. Yuxudan ayılanda özünü çox gümrah və yüngül hiss eləyirdi. Elə bil dünyaya təzə gəlmişdi ⎯ hava gözəl idi, həyətdə hər şey göz oxşayırdı, yerində olmayan bir çöp belə tapmaq olmazdı ⎯ səliqə-sahmana, təmizliyə baxıb ciyər dolusu nəfəs alırdı Nəzər. Fikir vermişdi ⎯ haçan bir dələduzu yaxalayırdı, bir oğrunun, tamahkarın əlindən bir çöp saldırırdı, haqqıtapdanan bir adamın qabağına düşüb müdirin, lap katibin yanınacan gedərək ədaləti bərqərar elətdirirdi, bax, onda Nəzər belə rahat olurdu, onda Nəzər belə ciyərdolusu nəfəs alıb uşaq kimi sevinirdi.Axşamkı buğda əhvalatını gözü qabağına gətirdikcə gülümsünürdü, əlilə bığını sığallaya-sığallaya həyətdə gəzinirdi. Bir maşın buğdanı üç dəfə boşaldıb üç dəfə də yükləmiş Mürsəlin, Uzunun, Gödəyin tərli sifətləri, islanmış maykaları lap elə bil gözünün önündəydi, hətta onların töyşük səslərini də eşidirdi elə bil.
İkinci hissə, on səkkizinci fəsilRayonun lap mərkəzində, dörd yol ayrıcında qoyulmuş şlaqbaumun yanında iki «Jiquli» dayanmışdı. Balamirzə burdaydı, böyründə də qoluna qırmızı lent bağlamış drujinaçı ⎯ cavan bir oğlan dayanmışdı. Ucaboy, qolsuz köynək geymiş kişi, Balamirzənin qənşərində durub əl-qol ölçə-ölçə nəsə deyirdi. Maşındakılar söhbətin uzandığını görüb bir-bir yerə düşür, mübahisə eləyənlərin başına yığışırdılar. Səkkiz-on nəfərdilər. Altısı qadındı, bir uşaq da vardı.Nəzər qıraqlarına akasiya ağacları əkilmiş səki ilə ağır-ağır gəlirdi. Oğluyla olan bir az əvvəlki söhbətdən yaman dilxor olmuşdu. Qəribin, öz doğma oğlunun onunla belə danışması kişini pərt eləmişdi. Təəssüflə fikirləşirdi ki, bu uşaq ⎯ yəni Qərib onu hələ də yaxşı tanımır. Ürəyi sıxılmışdı, həyətə yenmişdi, bir adam axtarmışdı ki, dərdləşsin, danışsın, fikrini dağıtsın. Sürücü yox idi ⎯ hə, demişdi benzin doldurmağa gedəcək.
Üçüncü hissə, birinci fəsilKaş Ələmdar gəlməyəydi, kaş Simuzər onda evdə olmayaydı, harasa getmiş olaydı, kaş onun o soyuq, ürək yaxan sözlərini eşitməyəydi. Amma hayıf ki, gəlmişdi, demişdi, o da eşitmişdi.O zaman bir əlilə günahsız və məsum qızın uçurub viran qoyduğu, yerlə yeksan elədiyi, o biri əlilə də yaşına heç cür yaraşmayan o isti nəvazişləri, çılğın öpüşləri ilə tikib qurmağa, ovutmağa, bədbəxtliyini, gərəksizliyini unutdurmağa çalışdığı və unutdurduğu könül dünyasını bu boyda ayrılıqdan sonra, gəlib təzədən xarabazara döndərərək getmişdi. Həmin o məşum gün ⎯ səhər tezdən, hamı yatmışkən, pilləkən qayıdıb yatağına girmiş, çarəsiz-çarəsiz gözlərinin qorasını sıxmış, için-için ağlamışdı. Bir azdan qalxıb süfrə açan, ortalığa çay-çörək qoyub kişiləri səşər yeməyinə dəvət eləyən Səltənət xanım yavaşca sivişib qızının otağına keçmişdi, silkələyib çağırmışdı:
Üçüncü hissə, ikinci fəsilUzun,üstünə bəzəkli müşənbə salınmış stolun arxasında qabaq-qənşər iki adam oturmuşdu. Ev yiyəsi Müseyib idi ⎯ başının sarı saçları seyrəlib tökülmüşdü, kipgirdə ətli sifəti, qonur, qaynar gözləri qəribə bir parıltı ilə yanırdı. Qonağı ⎯ Nəzər müəllimdi. Gözlənilməz qonaq idi. Müseyib küçə qapısında təsadüfən rast gəlmiş, belə fürsəti çoxdan gözləyən adam kimi, hədsiz sevinc içində onun qoluna girmiş, demək olar ki, kişini zorla çəkib həyətə salmışdı. Nəzərin ilk anlardakı çaşqınlığı az sonra keçib getmiş, qırışığı açılıb sərbəstləşmişdi. Yanıyca yan basa-basa yeriyən ev sahibi darvaza arxalarınca öz-özünə çırpılan təki gövdəsinə qətiyyən yaraşmayan cır səslə üzünü eyvan tərəf tutub hay-küylə demişdi:⎯ Ay uşaq, ay Simuzər, gör bizə kim gəlib! Elimizin ağsaqqalı, bizim Qəribin atası.
Стихи других поэтов
Seyyid həvadarım qəm xiridarımƏrzi-canana dedin nə dedi
Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd onaZülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona,Bir damdır ki, aləm olub payibənd ona.
VücudnaməƏrbəeyi-ənasir şeş cihətdənXəlq elədi məni qadir-i Ğəffar.
Barilahim qismət etmişBarilahim qismət etmişYaxşı yoldaşlan məni,