Koreyada Sovet təcavüzünün məğlub olması
(Koreya hadisələrinin 2 illiyinə)
Sovet imperialistlərinin bəşəriyyətə qarşı törətdikləri sonsuz qanlı cinayətlər içərisində Koreyadakı təcavüzkarlıq ən ağırıdır.
Kreml Koreyada müharibəyə başlayaraq, çalışırdı ki,müharibə alovunu bütün dünyaya yaysın. Siyasi Büro istəyirdi ki, gələcəkdə bütün Asiyaya müharibə yaymaq məqsədilə Yaponiyaya hücum etmək üçün Koreya hadisələrindən istifadə etsin. Eyni zamanda sovetlər öz süni peyklərindən istifadə edərək, Avropada qızğın müharibəyə hazırlıq görürlər, Şərqi Almaniyada yüksək çalışqanlıqla öz silahlı qüvvələrini bərpa edirlər, azad dünyaya hücum etmək üçün bütün kommunist qüvvələri səfərbər edirlər.
Sovet imperialistləri başladıqları dağıdıcı müharibəyə uzun müddət ərzində hazırlaşmışdılar. 1945-ci ildən Siyasi Büro bütün enerjisini Koreyanı işğal etməyə və əhalisini əsas qüvvə qismində, ərazisini isə Uzaq Şərqdə müharibə etmək üçün istifadəyə yönəltmişdir. Bu məqsədlə sovetlər Şimali Koreyada qəddar sovet rejimi təsis etdilər. Şimali Koreya qoşununu silahlandırdılar, təlim verdilər və 1950-ci ilin 25 iyununda Cənubi Koreyaya qarşı müharibəyə başladılar. Sovet təcavüzkarları Cənubi Koreyaya hücuma hazırlaşarkən hesab edirdilər ki, bu hadisələr Şimali koreyalıların əli ilə asanlıqla həyata keçəcək və onlar üçün cəzasız olacaq.
Lakin sovet imperialistləri Koreyada planlarını həyata keçirə bilmədilər. Kreml xalqa qarşı qardaş müharibəsinə başlayaraq, çalışırdı və çalışır ki, maxinasiya vasitəsilə öz imperialist üzünü gizlətsin. O, bildirirdi ki, bu hadisələrdə guya Şimali Koreyaya hücum edən Cənubi Koreya günahkardı. Bu faktların kobud və həyasızcasına saxtalaşdırılması, dünyəvi ictimai fikri çaşqınlığa salmaq və Koreyadakı müharibəni xəstə başdan sağlam başın üstünə atmaq məqsədi daşıyırdı. BMT-də ABŞ-ın nümayəndəsi Vorren Ostin sovetlərin siyasətini belə xarakterizə edirdi: «Sxem çox sadədir: Hər hansı bir ölkədə kommunist üsyanı təşkil etmək, sonra öz diviziyasını təcavüzkarlara köməyə göndərmək və onları «könüllü» adlandırmaq, sonra isə hücumun qurbanlarına yönəlmiş beynəlxalq köməyə qarşı çıxmaq». Burada Stalinin «Hərbi doktrinası»nın qısa və dəqiq xarakteristikası verilib: Onun mahiyyəti əsas düşmənə qarşı zərbə əvəzinə, əsas zərbəni bir sıra dağınıq, guya bir-biri ilə əlaqəsi olmayan hərəkatlara qarşı zərbələrlə əvəz etdirməkdir: Koreya, Tibet, Hindistan-Çin. Bu zaman bütün bu aksiyalar yerli əllər tərəfindən aparılır, Siyasi büro isə kölgədə qalır və «alçaldılmışların» və «təhqir olunmuşların» himayədarı rolunda çıxış edir. Qələbə zamanı şan-şöhrət Stalinin idi, məğlub olanda isə eybi yoxdur! Onsuz da sovet qoşunu döyüşmürdü ki, koreyalıların, tibetlilərin və s. qanı tökülürdü, evləri məhv olurdu.
Sovet imperialistləri Koreyadakı bu təcavüzkar müharibəyə uzun müddət və səylə hazırlaşırdılar. Onlara elə gəlirdi ki, hər şey kiçik detallarına qədər nəzərə alınıb, hesablanıb və öz uğurlarına az da olsa şübhə etmirdilər. Lakin Kreml ən əsasını nəzərə almamışdı ki, qanlı düşüncələri onları əvvəlcədən qaçılmaz məğlubiyyətə aparır. O, nəzərə almamışdı ki, yalnız Cənubi Koreyanın qoşunları ilə yox, həmçinin bütün demokratik dünyanın əsgərləri ilə vuruşmalıdır. O, nəzərə almamışdı ki, sovet təcavüzkarlığı bütün xalqların ciddi etirazına gətirib çıxardacaq. Məhz buna görə də, Koreyadakı müharibə ilk günlərindən sovetlərin gözləmədiyi tamamilə başqa bir şəkil aldı. Sovetlərin hesab etdikləri qələbə əvəzinə, bir-birinin ardınca məğlubiyyətə uğradılar. Sovetlərin Koreyadakı macərası azad xalqların qəzəbini son həddə çatdırdı və sovet imperialis təcavüzkarlarına qarşı nifrət yaratdı. Çünki bütün xalqlar kimi Koreya xalqının da hüququ var ki, öz həyatını sərbəst qursun və sovetlərin müdaxiləsi olmadan azadlığın hər hansı bir xeyirindən istifadə etsin.
Sovetlərin Koreyadakı təcavüzkarlığının ilk günündən etibarən ABŞ-ın və Şimali Atlantikanın müdafiə paktına daxil olan bütün ölkələrin hərbi gücü sürətlə yüksəldi. Sovet imperialistlərinin yeni dünya müharibəsinə açıq-aşkar hazırlığı azad ölkələri daha da bir-birinə bağlayır, yaxınlaşdırır, digər tərəfdən isə bütün əzab-əziyyətlər bizim xalqın üzərinə düşür, onların yoxsulluğunu və əzabını artırır, çünki sovet hərbi istehsalının artması onsuz da sənayenin az sayda olan sahələrinin hesabına baş verir. Siyasi büro Leninin «zəncirdəki əsas nöqtə» nəzəriyyəsindən çıxış edərək əsas hərbi meydan qismində Asiyada Çini, Avropada isə Almaniyanı təyin edir. Bu məqsədlə sovetlər səylə Şərqi Almaniyanın silahlı qüvvələrini bərpa edirlər, Çinin hərbi sənayesini inkişaf etdirirlər ki, 3-cü yeni müharibə azad dünyanı məhv etməli və Siyasi Büronun hökmranlığını təsis etməlidir.
Lakin bu avantürist fikirlər sovetləri uçuruma apardı. Sovet imperializminin rəhbərləri öz düşərgələri ilə demokratik düşərgə arasında real gücün fərqini nəzərə almadan ІІІ dünya müharibəsini başlamağı və dünyəvi hökmranlığı əldə etməyi planlaşdırırdılar. Stalinin dünyadakı hökmranlıq planları Hitlerin planlarına nisbətən daha köksüz, zəif idi. Dünya tarixində ilk dəfə olaraq, vahid azad dünya uğrunda hərəkətin tam da olmasa təşkili müasir dövrün ən möhtəşəm hadisələrindən sayılır. Bu ondan xəbər verir ki, azad dünya iki sistemin eyni zamanda olmasına inanmır və Kreml tərəfindən əsarətə alınmış xalqların azad etməsini özünün əsas işi hesab edir. Azad xalqların müasir mücadiləsinin əsas xüsusiyyəti ondan ibarət idi ki, o bütün ölkələrdə yalnız bu ölkələrin daxilində kommunizmə qarşı yox, həmçinin yeni müharibənin və beynəlxalq Çekistin təşkilatçısı olan dünyanın bütün xalqlarının azadlığına və milli müstəqilliyinə qarşı çıxan Sovet imperializminə qarşı yönəlmişdir.
Vahid azad dünya uğrundakı hərəkatın artması nəinki, Sovet imperialist düşərgəsinin qəzəbinə gətirib çıxarırdı, həmçinin bu onları qorxudurdu. ABŞ-ın rəhbərlik etdiyi vahid azad dünya uğrundakı hərəkat və Alan Kerkin rəhbərlik etdiyi Amerika Komitəsi bu hərəkatın özəyi kimi öz müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan sovetlərin təsiri altında olan xalqların qələbəyə inamını gücləndirirdi.
Demokratik gücün möhkəmliyinin zəmanətçisi azad xalqların Kreml diktatorluğunun tabeliyində olan xalqlarla sıx əlaqədə olması idi. Hər hansısa bir şübhə ola bilərmi ki, əgər sovet imperialistləri ІІІ Dünya müharibəsinə başlasalar, onda bu ittifaq axırıncı imperializmə – sovet imperializminə son qoyacaq! Qanlı Sovet imperializmi tarixin dəhşətlərini unudaraq, öz təcavüzkarlıqları və amansızlıqları ilə Hitler imperializmini üstələdilər və Hitler imperializminin getdiyi və sona çatdığı abırsız yol ilə sonluğa doğru addımlayır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fetelibeyli-koreyada-sovet-tecavuzunun-meglub-olmasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Həmvətənlər!**Nəhayət, bizim öz xüsusi səsimiz var! Stalin polis terroru bizi öz evimizdə susmağa məcbur etsə də, xaricdə qorxmadan və maneəsiz danışa bilirik. Azadlığa olan daimi inamımız xalqımızın qəlbində sönmədi. Bizim birinci vəzifəmiz – azadlığa olan iradəmizi yaşatmaqdır. Kommunist tiranlığına qarşı olan müqavimət gücü də xalqımızda tükənmədi. Biz azərbaycanlılar, Sovet İttifaqının başqa xalqları kimi, kommunist rejimini məhv edib, alınmış azadlığımızı qaytarmaqda qərarlıyıq. Harda olmağımızdan asılı olmayaraq, istər Sovet İttifaqında, istərsə də xaricdə azad Qərbdə olaq, hamımız ürəkdən bir şeyi istəyirik: Kreml hakimiyyətinin yıxılmasını!
Əbdürrəhman bəy Fətəlibəylinin Milli Azərbaycan Qurultayındakı məruzəsiAzərbaycanın Milli azadlıq hərəkatının rəhbəri kimi Mili Birliyin Azərbaycan Məclisi öz qarşısına aşağıdakı vəzifələr qoyur:1. Bolşevizmin məhv edilməsi və Qafqaz Birliyinə daxil olan müstəqil Azərbaycan dövlətinin yaradılması
Əbdürrəhman bəy Fətəlibəylinin Məmməd Əmin Rəsulzadəyə məktubuMərhəba, çox möhtərəm Məhəmməd Əmin!Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adına salamlayıram.
Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskinin general L.Biçeraxova açıq məktubuCənab general!Bu yaxınlarda “Naş put” ((№3)) Rusiya Antikommunist Birliyinin xəbər məcmuəsində sizin “Kölə xalqların mühacirətinə açıq məktub”unuzu oxudum.
Стихи других поэтов
Haqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Cana, bu nə cadudur, qaşu göz arasındaCana, bu nə cadudur, qaşu göz arasında,Nitqim tutulur görcək hərdəm, soz arasında.
Səni tanımadım...Səni tanımadım...Adicə libasda,
Гульшан-и раз, глава 59بت اینجا مظهر عشق است و وحدتبود زنار بستن عقد خدمت