Məlumdur ki, bolşeviklər özlərini ortodoks marksist sayırlar. Başqa sözlə, bolşeviklər üçün Marksdan başqa Allah yoxdur, Stalin də onun peyğəmbəridir. Marksizmdə əsas məsələ nədir?

Bolşeviklərin öz etiraflarına görə, Marksizmdə baş və əsas məsələ proletar diktatorluğu məsələsidir. Bütün başqa məsələlər buna tabedir və bundan irəli gəlir. Proletar diktatorluğuna gətirən başlıca yollar sinfi mübarizə və vətəndaş müharibəsidir. Marksın təyin etdiyinə görə, proletar diktatorluğunun başlanğıc dövrü bütün köhnə dövlət mexanizmini, bütün milli ənənələri, adətləri, mənəviyyatı və mədəniyyəti yıxmaq, dağıtmaq, parçalamaq, məhv etməkdən ibarətdir. "İnternasional"ın sözləri ilə ifadə etsək, "Yıxaq bu köhnə cahanı..." Proletar diktatorluğunun ikinci dövrü qurulmuş dövrdür”.

"Quraq yeni bir aləm..." Bolşeviklərə görə bu yeni aləm, yenə də çeşidbaçeşid qeyri-proletar elementləri əleyhinə yaşayışın hər sahəsində, köhnə rejim qalıqları əleyhinə amansız sinfi mübarizə nəticəsində qurulmalıdır. Nəticə etibarilə proletar diktatorluğu qurulduqdan sonra belə, sinfi mübarizə nəinki, zəifləyir, əksinə, daha şiddətlənərək "yeni aləm quruluşunun" bütün sahələrini də bürüyür. Beləliklə, biz görürük ki, Stalinə görə sosializm quruluşu ancaq sinfi mübarizə əsasında mümkündür.

Xalqın bütün təbəqələrinin qüvvələrini, qeyri proletar ünsürlər də daxil, sülhən sosializm quruluşuna cəlb etməyə cəhd etmək, proletariata, maksizmə xəyanət olduğundan sosializm quruluşunu fəlakətə sürükləyə bilər. Buxarin və onun tərəfdarlarının qeyri-proletar ünsürlərini sülhən sosializm quruluşuna cəlb etmək nəzəriyyəsi və onların bu yolda səmərəsiz addımları və faciəli aqibətləri hər kəsə bəllidir. Milyonlarla insan qeyri-proletar, sinfi düşmən deyə damğalandı və kütləvi halda məhv edildi.

Bu adamlar sırasında yalnız aristokratları deyil, Ordu və Donanma zabitlərini, məmurları, ziyalıları, qolçomaq deyə adlandırılan kəndlilərin ən zəhmətkeş qismini soydular və məhv etdilər. Məhv edilmiş beş milyon qolçomaq ailəsi ilə kifayətlənmədilər. "Stalin sosializminin" daha sağlam quruluşu üçün "qolçomaq quyruğu" damğası altında başqa kəndliləri də məhv etdilər. Sonra isə çeşidbəçeşid bəhanələrlə, partiyada, sənayedə, kənd təsərrüfatında, orduda, donanmada, elmi müəssisələrdə, müxtəlif "ünsürlər" məhv edilirdilər. Həqiqətən, komunizmin həyata tətbiqi dəhşətli oldu.

Bütün insani həyatın əsaslarını sarsıdan kommunizm nəzəriyyəsinin çürüklüyünü və öldürücülüyünü, dünyanın altıda birində yaşayan bədbəxt insanların üzərində aparılan təcrübələrdə gördük. Hər dəfə sovet hökuməti kommunizmdən müvəqqəti çəkilməklə fəlakətdən qurtarmışdı. Məsələn, hərbi kommunizm dövründə Sovet hökuməti mütləq ölümə doğru gedirdi. Yeni iqtisadi siyasətə - NEP-ə keçməklə Lenin onu bu fəlakətdən qurtardı. Kommunizmin nəzəriyyəsi ilə azacıq tanış olanlar bilirlər ki, NEP-in kom- munizmlə heç bir əlaqəsi yoxdur.

Buna görədir ki, o müsbət nəticələr verdi və beləliklə, Lenin Sovet hökumətini yaşatmağa, bolşevik hökmranlığını davam etdirməyə müvəffəq oldu. Hətta, bolşevik idarəsi altında, kommunizm nəzəriyyəsindən müvəqqəti ayrılmaq iqtisadi həyatın, rifahın yüksəlməsini təmin etdi. Fəlakətdən qurtardıqdan sonra bolşeviklər NEP-ə dözə bilərdilərmi? Əsla, yox!

Əks təqdirdə isə onlar bolşeviklikdən çıxardı. Qısası, yox olub gedərdilər. Maraqlısı budur: çoxları mülahizə edir ki, əgər Lenin həyatda olsaydı, o zaman yaşayış başqa cür olacaqmış.

Çünki Lenin kommunizmin çürüklüyünü başa düşdükdən sonra, ondan yan keçdi və kommunizmlə heç bir əlaqəsi olmayan yeni iqtisadi siyasəti yaratdı. NEP-in məhvi Stalinin günahıdır. Əgər bu mülahizələr doğrudursa, əgər Lenin özü komminizmin həyata tətbiqinə inanmırmışsa, nə deyək bu komminizmə. Budur, "Qanlı toxumu", qanlı meyvəsi olan proletar diktatorluğunun iç üzü. Proletar diktatorluğu da kommunist çərçivəsi içində yaşaya bilmədi. Kronstadt matrosları "kommunistlərsiz demokratiya" şüarı altında üsyan qaldırdılar. Bunun nəticəsində, proletar diktatorluğunu boğub, onu kommunist partiyasının diktatorluğu ilə əvəz etdilər.

Leninin ölümündən sonra partiyada da müxalifət çıxdı, partiyanın da diktatorluğunu onu Mərkəzi Komitənin diktatorluğu ilə əvəz etdilər. Sonra isə hökmranlıq Siyasi Büroya keçdi və nəhayət Stalin təkbaşına hökmran oldu. Bu gün Sovet İttifaqını idarə edən Beriyalar, Malenkovlar, Molotovlar və Bulganinlər Stalinin idarəsini kor-koranə ifa edən kölələrdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əbdürrəhman bəy Fətəlibəylinin Klement Ettliyə məktubu

Cənabınıza məlumdur ki, bolşevizmin tarixi satqınçılıq, müharibə və soyğunçuluq tarixidir. 1917-ci ildə onlar rus xalqının kürəyinə bıçaq sancdılar, onu müharibədən çıxardılar və bu xalqı satdılar. Onlar eyni zamanda, Rusiyanın müttəfiqləri olan İngiltərəni, Fransanı, Amerikanı güdaza verdilər. 1939-cu ildə bolşevizm Hitlerlə müqavilə bağlayaraq, Yer kürəsinin 1/6 hissəsinin, İngiltərənin, Fransanın və digər sülhsevər xalqların mənafeyini satdı və müharibənin əsas səbəbkarı oldu.Bolşeviklərin müharibəqabağı planları hər kəsə məlumdur. Almaniya, İngiltərə, Fransa və digər Avropa ölkələrini bir-birilə toqquşdurmaq və hər iki tərəfə qan tökməyə imkan verərək, sonra bolşevik çəkmələri ilə onların qanlı bədənlərini tapdalamaq. Belə asanlıqla Stalin dünya xarabalığı üzərində hökmranlıq etmək istəyirdi.

3 мин
Əbdürrəhman bəy Fətəlibəylinin Məhəmməd Əmircana məktubu

Məhmədciyim!Göndərdiyin dokumentləri aldıq, çox sağ ol. Zahid xanla göndərdiyin bir şüşə rakıyı da aldım. Çox sevindim, çocuqcasına sevindim. Bu iki ilin içində bir adam tapıldı belə bir risk etdi. Haradandır bu cəsarət səndə? Hələ içməmişəm, saxlayıram.

19471 мин
Əbdürrəhman bəy Fətəlibəylinin Əbdüləli bəy Əmircana məktubu

Hörmətli və əziz Əbdüləli bəy!Müsbət nəticələri gözləyərkən uzun müddət sizə yaz-mırdım. Yaxınlarda Türkiyə komissiyasının Avropada olmasının 3 ayı tamamlanacaq, lakin hələ ki bir hərəkət yoxdur. Bizim vəziyyətimiz isə sülh müqaviləsinin ratifikasiyası ilə əlaqədar olaraq çətinləşdi. Bu müqavilədə isə İtaliyaya saxlamaq və təhvil vermək öhdəliyi qoyan maddə var. Öncə İtaliya toplanma düşərgələrində yerləşənlər üçün təhlükə mövcuddur. Dr.Həsən İsmayıl (Misir nümayəndəsi) bizim vəziyyətimizi yaxşılaşdırmaq üçün çox iş gördü. O, həmçinin İtaliya hökuməti nümayəndələri önündə müsəlmanların azad edilməsinə və onların göndərilməmişdən öncə bizim müsəlmanların asas çoxluğunun olduğu və Reggio-Emiliyada yerləşən İRO düşərgəsinə təyin edilməsinə nail olurdu. Lakin italiyalılar nəqliyyat gələnə qədər müsəlmanları azad etmək istəmirlər. İndi isə nəqliyyat gələnədək Kababçı gələ bilər və italiyalılar onların hamısını təhvil verəcəklər. İtaliya düşərgələrində olanların vəziyyəti dəhşətlidir. Kababçının "pis qoxulu nəfəsi" olmasaydı, bütün bunlara dözmək olardı.

19472 мин
Əbdürrəhman bəy Fətəlibəylinin Ziyad Əbüzziyaya məktubu

Əzizim Ziyad bəy!Xəstəliyiniz məni və bütün vətəndaşlarımı üzür. Vəziyyətinizin ağır olduğunu bilməmiş deyilik. Şərq Komissiyası Avropanı dolaşmaqdadır, bizlər isə öz yerlərimizdə daha da artıq təhlükə altında yaşamaqdayıq. Komissiya buraya gəldikdə bizdən artıq ingilis-amerikalılar sevindilər ki, nəhayət, türkləri aparacaqlar. Yüzdən çox vətəndaşımız noyabr ayının 10-na qədər İRO düşərgələrini tərk etməlidirlər.

19471 мин

Стихи других поэтов