Bu gün xoşbəxtliyiməqoy qibtə etsin hamı.Dartıb cırıb yaxamı,Sərilmişəm göydəkiulduzların üstünə.Kədər dolu gözümdəşam yandırır arzular.Ürək arzusuz olsaÜrək olmaz, buz olar.Bahardan da xoşbəxtəm.Ruhum musiqi dolu,Könlüm laləli dərə.Bu gecədən vuruldumMən bütün gecələrə,

Hələ gündüzlərə də.Qəlbim dənizə bənzər,Sevincim – fırtınası.Bu boyda sevinc olmazyanasıyam, yanası.Heç yata da bilmirəm,Sevincimə bax mənim,mat qalmışam özümə.Səbəbi də heç nədir, –Bir qız gülüb üzümə.Qəribə insanlarıq.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе