Mənim də öz səsim var,sözüm var.Səsimdir bu laylalar,laylalar.Qaranlıq saçlarımıBu dünyaya sərmişəm.Mən yuxu gətirmişəm,gəlmişəm.Dəyişsə də fəsillər,Dəyişsələr də illərMən hər axşam gəlirəm,gəlirəm.“Xoş gəlmisən” demirlər,deyirlər.Mən onsuz da gəlirəm,gəlirəm.Mən bir anayam, ana.Gəlirəm ki, cahanaYatın, bir az dincəlin.Adlayıram çayları,Adlayıram selləri,Tikanlı məftilləri,çölləri.Elə bir şey yoxdur ki,O mənim səddim olsun.Azəri deyiləm ki,Araz sərhədim olsun.Mənim də öz səsim var,

sözüm var.Səsimdir bu laylalar,laylalar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов