Buludlar getdi
Buludlar getdi dənizə,Dəniz çiməcək bu gecə.Dənizə düşən damcınıBalıq əməcək bu gecə.
Ürək dolub bulud kimi,Bu bir köhnə bayatıdır.Ağlamağa ən xəlvət yer,Leysan yağışın altıdır.
Balıq deyiləm mən susam,Dəniz içində susuzam.Ömrüm dönüb yuxu ola,Mən onu tərsinə yozam.
Buludlar gedir dənizə,Hər damlası bir sözüdür.Buludların ağlamağa,Xəlvət yeri dənizidir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-buludlar-getdi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Nişanası
Duman, çiskin qalxdı ərşi-səmaya,Görünmür gözümə dağ nişanası,
Əsiri-möhnəti-hicran mənəm, mənƏsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
UşaqlarUşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.
Hardasınızİlk qar çiçəyini dərdiyim günlər,Ana nəvazişi gördüyüm günlər,