İlk qar çiçəyini dərdiyim günlər,Ana nəvazişi gördüyüm günlər,Uşaq ürəyimi cücərən ota,Oyanan torpağa verdiyim günlərHardasınız siz?

Baharda çiçəyə bürünən bağlar,Zirvəsi dumanlı görünən dağlar,Səsim, ünüm, əlim yetməyən çağlarHardasınız siz?

Doğma yuvalara qayıdan quşlar,Damlası işıqlı yağan yağışlar,Ocağı nəğməli payızlar, qışlarHardasınız siz?

O kənd məktəbinə getdiyim günlər,Sünbüllər içində itdiyim günlər,Dən olub tarlada bitdiyim günlərHardasınız siz?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе