Olmasa
Ocağın odu olmasa,Kişinin adı olmasa,Evin fərhadı olmasaBelə qapını kim açar?
Kişi hər gün yeyib-yatsa,Yuxuda ömür uzatsa,El içində adı batsa,Arvadı evindən qaçar.
Ər olan işdə ər olsa,Təxəllüsü hünər olsa,Sözü şirin, şəkər olsaQapısını bəylər açar.
Arvadı qeyrətsiz olsa,Kobud, nəzakətsiz olsa,Qonağa hörmətsiz olsa,O evdən bərəkət qaçar.
Kişi igid, nər olsa da,O, ər oğlu, ər olsa da,Şaha bərabər olsa daO arvadla olar naçar,O evdən bərəkət qaçar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mirvarid-dilbazi-olmasa
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ay ağalar, gəlin vəsfin söyləyim,Heç bilmirəm birdən puş olur könül.
Keçən günlərO günlər ki, sarmaşıqlar divardan,Saçlarını bizim bağa tökərdi.
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.