Diktordu səsi ilə,yemləyir balasını,Səsi ilə bəsləyirsəs puluna aldığıTüfəngi, tulasını.Yazılanı oxuyur,Gördüyünü şərh edir.Bu kişinin dilindəyalan nədir, şər nədir.İşi çox ağır işdi,özü də azarkeşdiBizimkilər hər dəfəfutbolda uduzanda,boksda döyüləndə,güləşdə yıxılandayazığın babası yandı.Bundan ağır dərd olarrəqib qələbəsiniözün elan edəsən.Özün də bir kişisən,uşaqlara dədəsən –evə necə gedəsən?Heç vaxt heç kəs bilmir kibiz uduzan günlərdənələr çəkirsə diktorgecə səhərə kimidiktora dərman,diktora doktor...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов