Sabah bayramdır.Bu gündən qara qayd alıb canımı,bu gündən çəkiblərsabahın əncamını.Alınan alınıb,düzələn düzəlib.Stollar açılıb,stullar düzülüb.Ortada şirnilər,şərbətlər,meyvələr,çiçəklər təzə-tər.Kənardaqədəhlər,qədəhlər,qədəhlər.Sabah bayramdı,mən isə tək qalmaq istəyirəm.Bir qara səhratək kar olmaq,bir qara daş kimitəklikdən qaralmaq istəyirəm.Sabah şirin zarafatlar,baxışlar, eyhamlar, gülüşlər...Açılmış ağızlarqırmanmış dodaqlardişlər,dişlər,dişlər...Sabah bayramdı,mən də tək qalmaq istəyirəm.Belə-belə işlər...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов