Daş olarmış nadan səsi,Sındı könlümün şüşəsi.Qanmaz başlara düşəsiAllahın bir daşı yoxdu.

“Dərd əlindən çıxdım dağa”Dərdim var dağ dağlamağa.Görürəm, gəl ağlamağaGözlərimin yaşı yoxdu.

Bu günlərdən ötən yazıq,Yetməyən vay! yetən yazıq.Neyləsin bu vətən yazıqBaşçımızın başı yoxdu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости