Bir cüt işıq teli
Gecələrin birində göyə baxdım,Ulduzlara uçmaq istədim.«Səmanın o üzündəgörəsən nə var?» dedim.Bir-bir alışdıqcayaxın-uzaq səyyarələr,alışıb yandı heyrətim,Gəzib dolaşmaq istədim kainatı.Gözlərimdən bir cüt işıq teliuzandı göyə.Mən «işıq teli» dedim, sən «xəyal» de!Bir cüt zəif parıltı,ilk bulud topasınıkeçincə qırıldı.Bir sap ümid,bir sap inam, bir sap arzu hörüb,düyün vurdumo bir cüt işıq telinə,göndərdim yenidən göyə.Özüm də eyvanda durubbaxdım arxasınca həsrətlə…Keçdi yerin cazibəsini,Dolandı ayın başına.Dan ulduzuna göz vurdu,Marsın yanından keçəndəİşıqdan göyərçin şəkli cızdı,qaranlıq səmada.(Hərb allahının acığına)
Axdı işıq gələnə,Ulduzdan-ulduza,Dumanlıqdan dumanlığa.İki böldü kainatı,Yarıb keçdi kəhkəşanı.Bir müddət görünmədi,qaldım nigaran.Hardasa oldu cazibəyə əsir,Hardasa sındı, əyildi,güzgüyə toxundu elə bil.Axdı… axdı… axdı.Bir cüt işıq teligeri dönmədi,axdı yalnız irəli!Axırda yenə doğma yerə qayıtdı,kainatın o üzündən,Magellanın gəmiləri kimi.Göründü doğma Vətən,doğma şəhər,doğma küçələr, məhəllələr.Doğma ev, qapı…Hətta durduğum eyvan,Çevrilib gördüm,Bir cüt göz baxır mənə arxadan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-bir-cut-isiq-teli
Клавиши ← → для перехода, R — случайное стихотворение