Ömür-gün yoldaşıma

Mən çox arzuma çatmışam,Bir arzum qalıb dünyada.Öləndən sonra hardasaDönüb olum əks-səda.

Əks-səda, əks səda,Əks-səda olaydım kaş!Bu dünyada qalaydım kaş!Ya meşədə, ya qayada,Ya dağda, dərədə, çayda,Göydə, səmada, hər yerdə.Dünyada – bütün səslərdə,Özümə məskən tapaydım.Ağaca, gülə, çiçəyə,Divara, daşa hopaydım.Əks-sədaya dönəydim,Ümid olub görünəydim,Ürəklərə damanlarıƏvvəldən bilə biləydim.Dara düşən adamlaraKöməyə gələ biləydim.

Haray deyənə «hay» verən,Quruca bir səs olsa da,Yollarda yol azmışlara,Təsəllidi əks-səda.

Evə tələsən oğula,Gözü yol çəkən anaya,Qəlbi nisgilli gəlinə,Bir gözü yaşlı sonaya,Bir doqqazda dayanıb da,Yola baxıb çığırana –Qəmli-qəmli çağırana –«Gəlirsənmi, ehey-ehey?..»

Mən də eşidib, bu yandanQışqıraydım: «Hə, hə, hə, hə!»O, da mənə inanaydı,Doqqazdaca dayanaydı.Mən çox arzuma çatmışam,Bir arzum qalıb dünyada.Öləndən sonra hardasaDönüb olum əks-səda.

Dekabr, 1987-yanvar, 1988

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов