Qafar Kəndliyə

Səfər bir ay olar, beş ay, bir il, bəsSəfərin nə uzun çəkdi, a qardaş?Sinəmdə elə bil daralır nəfəs,Gəlsənə, bacına olasan sirdaş.

Səfərə gedənlər, adətdi bizdə,Məktubu məktuba calayar, axıGözləyir anam da, el də, Təbriz də,Boylanır yollara Savalan dağı.

Yamandır ayrılıq, intizar yaman,Yolunu gözləmək ölümdən betər.Taqətim, səbrim də tükənmiş, inan,Otuz il ayrılıq, qardaşım, yetər.

İllər gəlib keçir, bir varaq kağızKöçəri quş olmuş, tuta bilmirəm.Sənin həsrətini, sənin dərdiniÜrəkdən çıxarıb, ata bilmirəm.

Elə bil heç sənsiz olmamışam mən,Surətin könlümdə, gözümdə qalmış.Yadına salmırsan bəs məni nədən?Min şübhə, min xəyal qəlbimi almış...

Qardaş bacısına yazanda cavab,Bircə sətir yazdı, ancaq bir sətir,Bu sətir bir kitab, qalın bir kitab,Orda könül açan min hörmət, xətir.

– Divardan asdığım sazıma deymə!Mən onu bir səhər dindirəcəyəm.Mən sənə nisgilli məktublar deyil,Görüş müjdəsini göndərəcəyəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке