Oğlum Orxana

Məbədi – Yer kürəsi,Mehrabı – sonsuz səma.Bir qoca diz çökübdü,Dilində həzin dua.

Zilləyibdi gözünüDüz Allahın gözünə.Pərişan ağ saçlarıDağılıbdı üzünə:

– Allah, eşit fəryadımı,Qırma mənim soyadımı.Rəhm et, düymə göy əsgiyəMənim dərdli həyatımı.Bir şirin nəvə bəxş elə –Noğulların acığına!

Ya küləyə bələ göndər,Ya buluda bələ göndər,Ya da elə-belə göndər.Bəsdir bəla göndərdiyin,Bu dəfə də bala göndər.Canlı nağıl göndər mənə,Nağılların acığına.

Ya Ayın ay qucağında,Ya Günəşin saçağında,Nur parçası göndər mənə,Qoy sevinim bu çağımda.Nəvə mehriylə isinim,Paxılların acığına!..

Fevral-mart, 1998

O duadan yeddi il keçəndən sonra

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов