Döyüşdə ölmədim, deyəm,Bayrağı örtün üstümə.Üstündə son misram donmuş,Varağı örtün üstümə.

Dön bax illərə, aylara,Nəyim varsa para-para.Qara günüm çoxdur, qara,Torpağı örtün üstümə.

Ümidim – yaralı bir quş,Qolum-qanadım qırılmış…Üşüyürəm, xəzəl olmuşYarpağı örtün üstümə.

Günəşə baxdım bu səhər,Bir teli mənə bəs elər.Buluddan süzülən o zərSaçağı örtün üstümə.

Göylər niyə zalım olsun,Tale mənə zamin olsun.Bir dərə məzarım olsun,Bir dağı örtün üstümə.

Ağsu-Şamaxı-Bakı, 1992

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов