O uzaqdan işıldayanGümüş deyil, dəmir imiş.Ömrüm boyu işıq gəzdim,Demə, bu da ömür imiş.

Dünya oyun, dünya ilğım,Təpə imiş uca dağım.Bəyaz bilib tanıdığım,Qapqaraca kömür imiş.

Təzə çəkmə, təzə qəlib,İş bacaran bekar qalıb.Əmir dönüb nökər olub,İndi nökər əmir imiş.

Çaş-baş qaldıq bu dünyada,O dünya düşmədi yada.Qəlbimizdən qopan nida,Səs deyilmiş, səmir imiş.

Biz gül ikən qanqal bitdik,Torpağa qarışıb itdik.Pis zamanda gəlib-getdik,Dünya evi təmir imiş.

May, 1995

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов