(«Qoca şairlərin sözü tükənib» deyən bir para gənclərə)«Sözüm tükənib» – deyirsən,Sözü görənə sözüm var.Sən şerimdə gecə gördün,O üzündə gündüzüm var.Dərələrdə nə gəzirsən,Çıx, gör, dağlarda izim var.Sənin gözündə bulananAydan aydın kəhrizim var.Doğru sözün təşnəsiyəm,Yalan sözə pəhrizim var.O sapand, o daş, götür at!Söz atmağa nə lüzum var?!Sevinmə ki, sönmüşəm ta,Qor altında çox közüm var.Nə olsun ki, qocalmışam,Nələ dünyada gözüm var.Hələ məndə Əyyub səbri,Hələ məndə zor dözüm var.Haqq söz üçün çox nahaqqı,Qatdamağa sərt dizim var.Üzümü yumşaq görmüsən,Dönəndə gör, boz üzüm var.Hər səhərdə bir az zülmət,Hər sevincdə bir hüzn var.Sən deyirsən qocalarıCırnatmağa qərəzim var.

Zərgər tənqidçi də deyir:«Mənim insaf tərəzim var».

Hər kəs üçün göyün altdaYer var, sıra var, düzüm var.

Sən «sizi» bilirsən, qocaq!Bilmirsən ki, bəs «bizim» var?!

Qərəzli sözə izn yox,Qərəzsiz sözə izn var!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов