Adi bir sözdü paxıllıq,adi bir kəlmədi.Söz bizim sözdü,kəlmə bizim kəlmədi,amma, özü gəlmədi.Tək-tək yaşayıbbirləşə bilməmək də,Nahaqqa baş əyibhaqqa yaxın gəlməmək dəgəlmədi, vallah gəlmədi.Rüşvət, yalan, nəfsitilik gəlmədi.Qorxaqlıq, alçaqlıq,mütilik gəlmədi,Haçaqsa bu Ana yurdunelə günü-güzaranı,elə çağı olub.Kişilik gündəlik işi,Mərdlik adi yerişi,Düzlük onun bayrağı olub.Qalanları gəlmədi,gəlmədi, qardaş,vallah, gəlmədi,billah, gəlmədi.Kim gətirdi bunları bəs?Bir kimsə görmədi,bir kimsə bilmədi?

Bakı, 1991

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов