Mərsiyə əvəzinə
Əlibala Hacızadənin xatirəsinə(Eşitdim, bir az əvvəl qəbristanlıq-qəbristanlıqgəzib, özünə münasib yer axtarmısan)
Ömür gəlib dirəndi axır ki, kor dalana,Yerdə yer qəhət oldu yerdə yeri olana.
Nədən haqqı olanın üzünə gülmür həyat?Niyə geciksin, axı sənə veriləsi ad!
Səndən sonra «təəssüf» dedilər ehtiyatla,Cabirin məşhur şeiri yenə də çıxdı yaddan.
Uyu, düşdüyün yerdə hər yer sənə Vətəndir,Sənin hekayələrin nə ölən, nə itəndir!
Hamı elə bilirdi xoşbəxtdi Əlibala,«Batıb bir əli yağa, batıb bir əli bala».
Burda ruhun qırıldı, orda ruhun şad olsun,İnsan gərək əzəldən bəxti üstdə doğulsun.
Sənin bəxtin – qələmin! Yazdıqların qalacaq!Haqqa haqq verilmirsə, xalqa dərd olur, ancaq!
Bir-bir gedir dostlarım, dünyada qalıram tək,Mən gedəndə görəsən kim mərsiyə deyəcək?!
Bakı, 10.2009
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-mersiye-evezine
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Böyük Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Şəhriyarın bədii irsinin xeyli hissəsi farsca olsa da, onun doğma ana dilində – türkcə qələmə aldığı əsərlər də, özünün yüksək poetik məziyyətlərinə görə, misilsiz sənət nümunələridir. Son 50 ilin qəti şəkildə təsdiqlənmiş həqiqətlərindən biri budur ki, Şəhriyar təkcə Azərbaycan, İran və şərq poeziyasının deyil, ümumilikdə dünya ədəbiyyatının görkəmli simalarındandır. Amma bu da danılmaz həqiqətdir ki, Şəhriyar vətəndaşı olduğu ölkənin – İranın təəssübünü nə qədər çəksə də, farsdilli şeirin gözəl nümunələrini yaratsa da, soykökünü bir an unutmayıb, ömrü boyu ürəyində sonsuz Azərbaycan eşqi, türk dili sevdası daşıyıb. Hətta İranda irticanın ən amansız dövründə, şərin, şovinizmin meydan suladığı zamanlarda da Şəhriyar mənsub olduğu xalqa, Azərbaycana bəslədiyi əzəli-əbədi sevgini dilə gətirməkdən, Ana vətənini tərənnüm etməkdən çəkinməyib. Məhz, bu tükənməz sevginin məhsulu kimi Şəhriyar qələmindən Azərbaycan yanğılı poetik nümunələr çıxıb, türkdilli poeziyanın nadir incilərindən olan «Heydərbabaya salam» yaranıb. Şairin bu ruhda yaratdığı gözəl əsərlərdən biri də farsca qələmə aldığı «Azərbaycan» şeiridir. İranda türk sayılan, özünə «türkəm» deyən hər kəs üçün ağır bir dövrdə yazılmış bu şeirin meydana gəlməsinə görə biz, sözsüz ki, Şəhriyara – onun qüdrətli şair qələminə, böyük vətənsevərliyinə və hədsiz cəsarətinə əbədi borcluyuq.Son vaxtlar İran həm daxilən təlatümlər keçirir, həm də xarici aləmlə münasibətlər baxımından ciddi gərginlik içərisindədir. Bu proseslərin fonunda Şəhriyarın soydaşlarının – İrandakı azərbaycanlı-türklərin taleyi xüsusi narahatlıq doğurur. Görünür, bu da təsadüfi deyil ki, Şəhriyar zaman-zaman belə keşməkeşlər yaşamış Güney Azərbaycanın İrandakı azərbaycanlı-türklərin taleyini, sabaha gedən yolunu özünün «Azərbaycan» şeirində mükəmməl səviyyədə təcəssüm etdirib.
Mahirə Abdullanın qatmaqarışıq nizamıBu yazı – bu kitabı görən kimi fikrimə gələn ilk təəssüratdır! İlk təəssürat – ilk məhəbbət kimi, bir az kor, bir az mübaliğəli olur. Amma çox təbii, ilkin və saf!İndi keçirəm yazını oxumağa. Yaşımı nəzərə alın. Bu qədər sözü əzbər deyə bilmərəm.
Xocalı xəcilləriŞirvannəşr – 2006*Ələkbər Salahzadə. «Xocalı xəcilləri».*
Orda nəhəng vardırŞair Vaqif Hüseynovun xatirəsinə*Mən Vaqifi iki dəfə gözüm dolusu görmüşəm. Bir – 60-cı illərdə, Bakıda. Onda ADU nəşriyyatında bir almanax nəşr olunmuşdu. Orda Vaqifin 3 bəndlik bir qoşması vardı. Qoşma çox sadə, rəvan və aydın dillə yazılmışdı. «…Görən qalacaqmı o çağa şeirim?» sualına gec də olsa, bu gün cavab veririk. Sənin dediyin o günlər gəlib Vaqif, şeirin də gəlib çıxıb bu çağa. Olub bizimlə çağdaş.
Стихи других поэтов · О божественной любви
Gəl ey arif, sana hər dəm təvafi-həcci-əkbərdir,Ki, qiblən-nuri-peyğəmbər, imamin nəqdi-Heydərdir.
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
آفاق زیر خاتم خوارزم شاهی اَستمانا ز بخت یافت نگین پیمبری