Bu daşı biz qaldırmışıq,Hər küncündən birimiz yapışıb.İndi üçümüzün adı çəkilir,Unudublar birimizi.

O daşın bir küncündəsızım-sızım sızıldayırbirimizin əl izi.

Bu körpünü biz salmışıq,dörd dayaq üstdə.Əllərimizdən güc alıb,taqət alıb,körpü olub durdudayaq üstdə.İndi üçümüzün adı çəkilir,unudublar birimizi.Dayağın birində buza dönüb,birimizin əl izi.

Bu bulağın gözünü biz açdıq,Şırıl-şırıl axıb, gedir dərəyə.Yol keçən hər təşnə adamƏyilib su içəndə hərəyəbir «sağ ol» deyir.O «sağ ol» üçümüzə çatır,birimizə yox.Birimizin «sağ ol»uçaya qarışıb axır…

Dayanbı düşünürəm,Hamı birdən sevinməz ki…Qoy bu dəfə onlar sevinsin,Bu – oyun-oyuncaq deyil,Həyatdır, axı!

Bakı, 08.1998

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов