Rahat yaşamağı sevənlər üçün
«Şəhərin mərkəzində rahat yaşamağı sevənlərüçün 14 mərtəbəli bina tikilir» (telereklam)
Rahat yaşamağı kim sevməyir ki,Belə adam varsa, inanmaz ağıl.Rahatlıq hər kəsə qismət olmayır,Bəs niyə od tutub yanırsan, paxıl?!
Adamı adam eləyən puldur a!Gərək həyətində neft fantan vura.Yoldaş ol oğruya, qoşul quldura,Dunya sənin üçün olacaq nağıl.
Sən varsan – əlində varsa var-dövlət,Yoxsan – qismətində yoxsa səadət.İnsan olmağına onda nə hacət?Quma dön, səpələn, torpaq ol, dağıl!
Hanı o mürüvvət, o insan hanı?Tanı, ikiüzlü dünyanı tanı!Yenə də ağalar tutub dünyanı,Əvvəllər kasıb da insandı, mağıl!
Dünyanın işinə göz yumub Allah,Sən yuxarı baxma, dön cibinə bax!Sənə yazılmayıb rahat yaşamaq,Qayıt, get xaraba daxmana qaxıl!
Pulun bunca, hakim olduğu gündə,Sənin nə işin var göyün fövqündə?!Səbrini bas, yaşa həyət evində,Yıxılıb eləsən, torpağa yıxıl!
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-rahat-yasamagi-sevenler-ucun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Böyük Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Şəhriyarın bədii irsinin xeyli hissəsi farsca olsa da, onun doğma ana dilində – türkcə qələmə aldığı əsərlər də, özünün yüksək poetik məziyyətlərinə görə, misilsiz sənət nümunələridir. Son 50 ilin qəti şəkildə təsdiqlənmiş həqiqətlərindən biri budur ki, Şəhriyar təkcə Azərbaycan, İran və şərq poeziyasının deyil, ümumilikdə dünya ədəbiyyatının görkəmli simalarındandır. Amma bu da danılmaz həqiqətdir ki, Şəhriyar vətəndaşı olduğu ölkənin – İranın təəssübünü nə qədər çəksə də, farsdilli şeirin gözəl nümunələrini yaratsa da, soykökünü bir an unutmayıb, ömrü boyu ürəyində sonsuz Azərbaycan eşqi, türk dili sevdası daşıyıb. Hətta İranda irticanın ən amansız dövründə, şərin, şovinizmin meydan suladığı zamanlarda da Şəhriyar mənsub olduğu xalqa, Azərbaycana bəslədiyi əzəli-əbədi sevgini dilə gətirməkdən, Ana vətənini tərənnüm etməkdən çəkinməyib. Məhz, bu tükənməz sevginin məhsulu kimi Şəhriyar qələmindən Azərbaycan yanğılı poetik nümunələr çıxıb, türkdilli poeziyanın nadir incilərindən olan «Heydərbabaya salam» yaranıb. Şairin bu ruhda yaratdığı gözəl əsərlərdən biri də farsca qələmə aldığı «Azərbaycan» şeiridir. İranda türk sayılan, özünə «türkəm» deyən hər kəs üçün ağır bir dövrdə yazılmış bu şeirin meydana gəlməsinə görə biz, sözsüz ki, Şəhriyara – onun qüdrətli şair qələminə, böyük vətənsevərliyinə və hədsiz cəsarətinə əbədi borcluyuq.Son vaxtlar İran həm daxilən təlatümlər keçirir, həm də xarici aləmlə münasibətlər baxımından ciddi gərginlik içərisindədir. Bu proseslərin fonunda Şəhriyarın soydaşlarının – İrandakı azərbaycanlı-türklərin taleyi xüsusi narahatlıq doğurur. Görünür, bu da təsadüfi deyil ki, Şəhriyar zaman-zaman belə keşməkeşlər yaşamış Güney Azərbaycanın İrandakı azərbaycanlı-türklərin taleyini, sabaha gedən yolunu özünün «Azərbaycan» şeirində mükəmməl səviyyədə təcəssüm etdirib.
Mahirə Abdullanın qatmaqarışıq nizamıBu yazı – bu kitabı görən kimi fikrimə gələn ilk təəssüratdır! İlk təəssürat – ilk məhəbbət kimi, bir az kor, bir az mübaliğəli olur. Amma çox təbii, ilkin və saf!İndi keçirəm yazını oxumağa. Yaşımı nəzərə alın. Bu qədər sözü əzbər deyə bilmərəm.
Xocalı xəcilləriŞirvannəşr – 2006*Ələkbər Salahzadə. «Xocalı xəcilləri».*
Orda nəhəng vardırŞair Vaqif Hüseynovun xatirəsinə*Mən Vaqifi iki dəfə gözüm dolusu görmüşəm. Bir – 60-cı illərdə, Bakıda. Onda ADU nəşriyyatında bir almanax nəşr olunmuşdu. Orda Vaqifin 3 bəndlik bir qoşması vardı. Qoşma çox sadə, rəvan və aydın dillə yazılmışdı. «…Görən qalacaqmı o çağa şeirim?» sualına gec də olsa, bu gün cavab veririk. Sənin dediyin o günlər gəlib Vaqif, şeirin də gəlib çıxıb bu çağa. Olub bizimlə çağdaş.
Стихи других поэтов
Dəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Yat!Axşam namazını tələsik qıl, yubamna, yatSol böyriin üstünə uzanıb, qurdalanma, yat!
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,