Bu dağlar şahının öz aləmi var,Onun sevinci var, onun qəmi var.Qışda fikrə dalır, çatılır qaşı,Ağarır daha da ağarmış başı.Yaz gələndə yalı, yamacı gülür,Üstünə güllərdən şabaş tökülür.Öpür ayağını bənövşə, lalə,Sinəsindən axır neçə şəlalə,Çağlayır qəlbində sərin bulaqlar.Onu ata sayır özünə dağlar,Ətəyi Bahardır, zirvəsi Qışdır,Yaxın gəl, daş alnı qırış-qırışdır.

Kim bilir o dağın neçə yaşı var,Kim bilir, kim bilir üstündəki qarHansı qərinənin yadigarıdır?!Bəlkə də dünyanın ən ilk qarıdır.Baxanda adama elə gəlir ki,Dünyanın özündən qocadır Şahdağ.Gözümdə o qədər o yüksəlir ki,Deyirəm, hər dağdan ucadır Şahdağ.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе