Mən elə bilirdim müəllim ölməz
Yenə kəndimizə qayıtdım bu il,Dolandım başına pərvanə kimi.Yaxşı ki, bu yerlər vəfasız deyil,Saxlayıb hələ də ayaq izimi.
«Muğan» bulağından yenə su içdim,Bulaq o bulaqdı, dərə o dərə.Çaydan ayaqyalın addayıb keçdim,Özümü yetirdim çəmənliklərə.
Necə də yaraşır dağlara lalə,Qüzeylər yamyaşıl, güneylər əlvan.Yenə həmin yerdən axır şəlalə,Fərəh eşidirəm hər addımımdan.
Dolaşıb, baş çəkdim qəbristana da,Ora da kənd qədər mənə doğmadır.O soyuq torpaqda, o yaş torpaqdaNeçə dostum yatır, qohumum yatır.
Saxladı önündə bir məzar məni,Uşaqlıq çağlarım yadıma düşdü.Aldı qanadına xəyallar məni,Ötən günlərimlə bir-bir görüşdüm.
Mən elə bilirdim müəllim ölməz,İlk müəllimimin məzarıdır bu.Üsyana çevrildi qəlbimdə bir səs,Odlu bir «ah» isə təsəllim oldu.
Mənim gəlməyimi görən bildimi?Səsimi, sözümü eşidəydi kaş!Geniş ürəyinə dar deyildimi,Bir ovuc görünən bu torpaq, bu daş?
Zərif çiçəklərdən dəstə bağladım,(Bunların adını o, yazdırardı).Güllərə, məzara baxıb ağladım.Birinci sinfə çəkib apardıTəsginlik gətirən xəyallar məni,Saxladı önündə bir məzar məni.
Şamaxı, 1957
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-men-ele-bilirdim-muellim-olmez
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Qutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
بیا، ای ساقی جانها، بیار آن باده در گلشنبه غایت خوشدلم کان یار میپرسد که: سن کیم سن؟
Güllərin bəhsiQ ı z ı l g ü lMən şahıyam qönçələrin, güllərin,
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?