Baharın əyyamı gələr, başa-baş,Al, yaşıl bəzənər budaxlar yenə.Qaynar çiçəkləri, açar gülləri,Bəzənər yamyaşıl bu dağlar yenə.

Bu sinəmdi, bu yarası, bu dağı,Ya insaf et, ya dəfn elə, bu dağı,Leyli də, Məcnun da gəzmiş bu dağı,Fərhad Şirin deyib budağlar yenə.

Vəli ağlar, yandı oda sinəm, ə!Tifil sızlar, nalə çəkər sinəmə,Bir bivəfa yar əlindən sinəmə,Çəkildi çal-çarpaz bu dağlar yenə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе