On ildən sonra tapılmış qoşma

İndi, çıxart məni, bu sıxıntıdan,İş işdən keçəndən sonra neynirəm?!Sən məni vaxtında köçürt yaylağa,El-oba köçəndən sonra neynirəm?!

Sənə kim dedi ki, təsəlli göndər,Təsəlli yaşamaq üçündür, məgər?Sən mənə ruzini bu qıt vaxtda ver,Yoxsa ki, biçindən sonra neynirəm?!

İndi tut əlimdən, yoxsa gec olar,Arxasız, köməksiz adam necə olar?Bu heç olmuş ömrüm heçdən heç olar,Tale – don biçəndən sonra neynirəm?!

İyul,1999

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов