Bir az çox sevinəndə,Zülüm girir araya.Yol hamara düşəndəÖlüm girir araya.

İşim nəhs gəlir, nəhsəm,Çaşıb bütöv söz desəm.Bütövləşmək istəsəm,Bölüm girir araya.

Düşmənə xoşdur halım,İstər ki, belə qalım.Bir iş görsə ağıllım,Dəlim girir araya.

Xəyalım göydən ensə,Yerdə bir yar bəyənsə,Ürəyim bir söz desə,Dilim girir araya.

Sentyabr, 1994

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов