Biz necə oxşarıq, ay qaratoyuq,biz eyni quşlarıq, ay qaratoyuq.Yerdə dən gəzirsən, yem axtarırsan,Çaşıb dimdiyini daşa çalırsan.Boylanıb baxırsan gözün dörd olub,Halal yaşamağın sənə dərd olub.Yüyürüb balaca barmaqlar üstə,Elə ki, qonursan budaqlar üstəTəzədən coşursan, ay qaratoyuq,Nəğmələr qoşursan, ay qaratoyuq.Ötürsən, demirsən qısqanan olar,Sənin bir nəğməni yüz danan olar.Bülbülün adı var, sənin adın yox,Toyuqsan üstəlik, ay qaratoyuq.Səsinə, nəğmənə heyran qalıblar,Adını gör necə gözdən salıblar,Yüyürə, yüyürə yerdə qaçırsan,Şaqqanaq çəkirsən, qanad açırsan.Sən ey insanlara nəğmələr deyən,Qoru insanlardan özünü hərdən.Quzğunlar havada pusquda durur,Pişiklər gözüylə tələlər qurur.Dillərə salıbdı, o dillər səni,Elə buna görə yeyirlər səni.Səni məhv etməyə hey əlləşirlər,Taleyin hökmüdü bu əbədiyyət.Təqib olunanlar heykəlləşirlər,Ölümlə üz-üzə yaranır sənət.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов