Nə qədər desək də sənsən arxamız...
Öz ağrım ömürlük özümə bəsdi,özgəyə yamanlıq gəlmir əlimdən.Amma bu çarx ki, var – əvəz-əvəzdiyıxanlar yıxılır o mərtəbədən.
Yerdə bəndəsini Göylər unudub,Diz yerə dirənir, əl də yuxarı.Qarğanı bülbülə bərabər tutub,sən də yanılırsan ey ulu Tanrı!
Sənin dərgahına yazılmaq olmur,sən təksən, biz yerdə saysız-hesabsız.Adın arxamıza bir dayaq olmur,nə qədər desək də sənsən arxamız.
Çəkir qılıncını qisas alanlar,dərddi biri bilir, beşi də bilmir.Mığmığa səsinə həssas olanlar,şahin naləsini eşidə bilmir.
14.03.98
Kitabxana.az · https://kitabxana.az/ru/works/neriman-hesenzade-ne-qeder-desek-de-sensen-arxamiz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"