Noolsun tez yeriyirəm,Amma idmançı deyiləm.Üstümü unlu görmüsən,Mən dəyirmançı deyiləm.

Tanımadım dostu-yadı,Tanıyan məni qınadı.Bu dünya yalan dünyadı,Özüm yalançı deyiləm.

Başdan-ayağa dərdmişəm,Həsrət çəkmək mənim peşəm.Bir qəlbi talan etmişəm,Əsla talançı deyiləm.Fələkdən sinə dağlıyam,

Bəndi-dərəsi bağlıyam.Xalqımın şair oğluyam,Quru dilmançı deyiləm.

Sentyabr, 1996

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов