Sükut buzu sındırıldı
Atillanın atlılarısu içdiyi Dunay üstə – Budapeştdə,Bir işğalçı erməniyləAcı sözə dözəmməyənBir Türk oğlu arasındadava düşdü.
Birdən-birə qövr elədi,ürəyində puçurlayan torpaq dərdi.İllər keçir, yurddaşları hələ də ki,Didərgindi, dərbədərdi.Guya səbr kəsası var,bir gün daşar.Bəs bu səbr kəsasınınGörən həcmi nə qədərdi?İllərdir ki, söz deyirlər,Təkcə sözlə iş düzəlməz,Söz hədərdir!
Xocalını yandıran o,Qarabağı tapdayan o,O «yan»ların birisindən qisas aldı,Ər oğlu ər, milli əsgər Ramil Səfər.
Bu xəbəri eşidəndəDədəm Qorqud qopuz çaldı.Boy boyladı, söz söylədiBamsı Beyrək baş qaldırıb:«Çal qılıncın, Ramil Səfər, yetdim» – dedi.Qoç Koroğlu Çənlibeldən:«Çal qılıncın, Ramil Səfər, yetdim» – dedi.Qaçaq Nəbi Araz üstdən:«Çal qılıncın, Ramil Səfər, yetdim» – dedi.Tankçı Həzi öz tankından:«Çal qılıncın, Ramil Səfər, yetdim» – dedi.Neçə ana: «Muradıma yetdim» – dedi.Hamı ona: «Oğlum» – dedi, «kətdim» – dedi.O gün bir az ürəkləndi,Ana yurdun oğlu, qızı,Sındırıldı sükut buzu!
Talançıya qəhmər çıxmaq,Yalançıya qəhmər çıxmaq,Dəbə düşüb, nə adətdir?Gör BMT nə BMT,Gör bu ATƏT nə ATƏT-dir.Məndən mini qurban gedir, dunya susur,Ondan biri getsə əgər, qiyamətdir.
Bu, bir haray, bir çağırış!Bu, gələcək döyüşlərəxəbərdarlıq işarəsi,haqqın səsi!Sonra hücum… Sonra zəfər,Onda bizim sıramızda olacaqdır,Ər oğlu ər, milli əsgər Ramil Səfər…
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-sukut-buzu-sindirildi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu adda iki şerim var,Bu bambaşqa, bambaşqadı.
Pərakəndə və bütövGecə yarı,dön, bax yuxarı!
GörkAğzındakı dilindən bir ibrət al!Çevik gərdişinə bax!
Bu yağışBu şeir – meydanda çaxan qığılcımdan yarandı.Bir az hündürə çıxmışdım. Birdən-birə insan dənizinə baxıb gördüm ki, bir-birinə sıxılmış daşlar, vaxtilə Bakının küçələrinə döşənmiş iri, yumru çay daşlarına bənzəyir. Bir-birinə sıxılmış o daşlar kimi, elə bu daşların da hərəsi bir yana baxırdı. Yoxsa bütövləşə bilməmək, pərakəndəlik elə bu daşlardan çıxıb başlarımıza.