Tanrı türkü qorusun
Eramızdan yüz illərlə əvvəllərdən Türk dövlətlərinin bayraqlarında Aypara çəkilib. Bütöv ayın lap dörddə biri. Türklər o qədər təvazö sahibi olublar ki, bütöv ayı bayraqlarına çəkməyiblər. Çox olublar: tayfa-tayfa, qəbilə-qəbilə, dövlət-dövlət və para-para. Bundan da elə Aypara doğur. Nə Oğuz, nə Mete, nə Atilla, nə Çingizxan, nə Osman, nə Atatürk bayraqlarına bütöv ay çəkməyiblər. Bütöv ay – bütün türklərin birləşməsindən sonra çəkiləcək bayrağımıza. Hələ ki, Ayparalar yaşadır bizi. Bəzi qüdrətli dövlətlərə paxıllığım tutur. Məs: Yaponiya. Onların bayrağında bütöv günəş var. Yəqin orda millət də, dövlət də bütövdür. Bizim kimi dağınıq deyil. Bizi Ayparalar zəfərdən-zəfərə, yüzillikdən yüzilliyə aparır.
Gün o gün olsun ki, türklər minillik arzularına çatsınlar. Onda Ayparamız bədirlənmiş Ay olar. İnşallah!
Tanrısına tapınıb, Tanrısından güc alıb,Ox-yayıynan tanınıb, qılıncıyla ucalıb,Yeri-göyü fəth edib, ulduzlardan bac alıb,Adını eşidəndə düşmən udub sarısın,Türk özünü qorumur, Tanrı türkü qorusun!
Uşaq kimi aldanan, Qorqud kimi ağıllı,Dili sərt – hünər dili, bayatılı, nağıllı.Yer üzünə ulduz tək səpələnib, dağılıb,Ana yurddu türklərə bu dünyanın yarısı,Türk özünü qorumur, Tanrı türkü qorusun!
İldırım kimi çaxan, bulud kimi dolandı…Bir ucdan çiçək açan, bir ucdan da solandı.Dilim-dilim kəsilən, parça-parça olandı,Başına daş salıbdı erməninin, urusun,Türk özünü qorumur, Tanrı türkü qorusun!
Böyük Atilladan ta böyük Sabirə qədər,Ərləri, şairləri adlı-sanlı, mötəbər.Fəqət, dönük türk də var sərasər niyyəti şər,Damarından axan qan yarı qandı, yarı su –Türk özünü qorumur, Tanrı türkü qorusun!
Sabir düz deyib, vallah, bu qəribə millətdi,Bunun qəribəliyi bilinmir nə illətdi,Dərdi var qalaq-qalaq, Qarabağ təzə dərddi.Hələ qisası qalır Zəngəzurun, Gorusun, –Türk özünü qorumur, Tanrı türkü qorusun!
Bölünüb məhlə-məhlə, tayfa-tayfa, kəndbəkənd,Bu ona atır kəmənd, o buna atır kəmənd.Qurdu öz içindədir, ovur içini bənd-bənd,Bu xislətdə, bu dərddə millət necə yarısın?!Türk özünü qorumur, Tanrı türkü qorusun!
Dili, dini bir olan əqidəcə bir gərək,Bu millət bir olunca bizlərə səbir gərək,İyirmi, yüz il azmış, bəlkə iyirmi bir gərək?Gəlsin, Türkün açılan yarasını sarısın,Türk özünü qorumur, Tanrı türkü qorusun!
Oktyabr, 2000
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-tanri-turku-qorusun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О божественной любви
Səfi, naməhrəmi-dərgah dəri-Heydərdir,Yoxsa lənət ona gəlsin, bu nə şou-şərdir.
Лаали-манзуме, глава 26ای نصرّ لعمرک افسر شاهی توجبریل فرومانده ز همراهی تو
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
XoflanmaSözün ziyanı yox, sazın ondan çox,Sənətkar görəndə xoflanma bir də.