Aldı gülzar içrə su əksi-üzari-alini
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму.
Aldı gülzar içrə su əksi-üzari-alini,
Çəkdi güllər surətin mənzur edib timsalini.
Adın etmiş gün, alıb bir əks mirati-fələk,
Sübh göstərdikdə sən rüxsari-fərrüxfalini.
Şərhə bir gün qıldığın bidadi çəkməz həşrədək,
Ol mələk kim, yazmaq istər nameyi-əmalini.
Seyli-xun xalın xəyalilə pozub göz mərdümün,
Mərdüm etmiş çeşmi-xunbarə xəyali-xalini.
Mürği-dil qalmadı kim, seyd olmadı, ey şux çeşm,
Sakin et pərvazdən şəhbazi-mişginbalini.
Qoymadın bir kimsə cövrün çəkməyə, rəhm et dəmi,
Mən qıl xunrizlikdən qəmzeyi-qəttalini.
Qəm günü üstümdə səndən qeyri yox, ey dudi-ah!
Lütf qıl, məndən götürmə sayeyi-iqbalini.
Ey Füzuli, bəs ki, qəmnak oldu əhvalın sənin,
Qəmdən ölsən, hiç kim sormaz dəxi əhvalini.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-aldi-gulzar-icre-su-eksi-uzari-alini
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey gözəl, zatın məarif birlə rəngin edə gör,Xətti-mişkin, pərdeyi-rüxsari-gülgun olmadan.
Əlindən ahlər, ey əxtəri-bəxti-siyahim, kimƏlindən ahlər, ey əxtəri-bəxti-siyahim, kim,Məni xəlq içrə aliqədr ikən, qayətdə xar etdin.
Ey könül, mütləq ibadət qılmayıb, ömrün təmamEy könül, mütləq ibadət qılmayıb, ömrün təmamEylədin sevdayi-zülfi-hər pərirüxsarə sərf.
Xirədməndi ki, daim aləmi-elm içrə seyr eylərXirədməndi ki, daim aləmi-elm içrə seyr eylər,Əsalibi-fünuni-şe’rdən, əlbəttə, qafildir.