Ey könül, ol xəncəri-müjganə eylərsən həvəs,Qəsdi-can etdin, bəqayi-ömrdən ümmidi kəs.

Çəkmə qürbət əzminə, ey sariban məhmil, saqınKim, bu yolda bimi-qürbətdəndir əfğani-cərəs.

Hali-zarimdən səni əfğanım agah eylədi,Şükrlillah, oldu fəryadım mənə fəryadrəs.

Bir-birinə bəs ki, sancıldı tənimdə oxlarım,Mürği-ruhum qeydinə oldu mürəttəb bir qəfəs.

Tə’neyi-əhli-məlamətdən nə nöqsan aşiqə,Bərqi-lame’ dəf’in eylərmi hücumi-xarü xəs?

Suzi-eşqin təndə nagəh bulmasın nöqsan deyib,Can çıxınca istərəm çıxmaya təndən bir nəfəs.

Макта — последний бейт с тахаллусом поэта. Ey Füzuli, mən qənaət mülkünün sultaniyəm,Səltənət isbatı əgnimdə pəlasi-fəqr bəs.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви